Məhkəmə qərarları › İş №3(010)-995/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-995/2021

13.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-995/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, X2, 04 may 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 63PJ4UC, subay, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, 8 nömrəli evin 29 nömrəli mənzilində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 1 nömrəli evin 5 nömrəli mənzilində yaşayan, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində qəbul edilmiş 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 20 may 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X4 qəbul etdiyi 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla N.Ə.Cavadov Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan başqa, 26 may 2021-ci il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında EXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla N.Ə.Cavadov Azərbaycan Respublikası İXM-nin 211.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, N.Ə.Cavadovun şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Barəsində inzibati qərar çıxarılmış şəxs X2 isə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X4 qəbul etdiyi 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti Bakı şəhər Suraxanı rayon Məhkəməsinin dəftərxanasına 03 avqust 2021-ci il tarixdə daxil olmuşdur. Bununla da N.Ə.Cavadov barəsində qəbul edilmiş 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 65 gün sonra, 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərardan isə qanunla müəyyən edilmiş şikayət vermə müddəti bitdikdən 59 gün sonra şikayət vermişdir. N.Ə.Cavadov şikayətində mübahisələndirilən qərarların surətlərinin ona, 29 iyul 2021-ci il tarixdə təqdim edildiyini qeyd etsə də, lakin şikayət ərizəsinə həmin qərarların surətini rəsmi olaraq nə vaxt ona təqdim edilməsinə, bununla da qanunvericilikdə müəyyən edilmiş 10 gün ərzində şikayət verdiyinə dair hər hansı bir mötəbər sübut əlavə etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Barəsində inzibati qərar çıxarılmış şəxs X5 tərəfindən verilmiş şikayətə buraxılmış müddətin bərpa edilməsinə dair hər hansı bir vəsatət əlavə edilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər, İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati xəta haqqında işlər üzrə qərarlardan verilən şikayətlərin aidiyyəti barədə məhkəmələr arasında yaranmış fikir ayrılığı ilə əlaqədar məhkəmə aidiyyətinin müəyyən edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş işlər üzrə həmin məhkəmə tərəfindən qəbul edilmiş qərarlarda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinin məzmunundan göründüyü kimi, qanunverici inzibati xəta haqqında işin baxılma yeri kimi əsas meyar olaraq xətanın törədildiyi yeri müəyyənləşdirmişdir.” Barəsində qərar çıxarılmış X2 şikayətindən və ona əlavə edilmiş sənədlərdən isə görünür ki, 20 may 2021-ci il tarixdə inzibati xəta Bakı şəhəri Binəqədi rayonunun, 26 may 2021-ci il tarixdə isə inzibati xəta Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində törədilmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, barəsində qərar çıxarılmış X5 şikayətinə yaşadığı yer üzrə baxılmasına dair hər hansı bir vəsatət də əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılması zamanı hakim inzibati xəta haqqında icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. Buna görə də məhkəmə hesab edir ki, N.Ə.Cavadovun şikayəti geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, X3 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli və 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayətlə buraxılmış müddətin bərpa edilməsinə və şikayətinə yaşadığı yer üzrə baxılmasına dair vəsatətlərlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə və yaxud buraxılmış müddətin bərpa edilməsinə dair vəsatələrlə 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə, 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan isə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciətetmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin rəisi X4 qəbul etdiyi 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli və Azərbaycan Respublikası İXM-nin 211.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəisi X1 qəbul etdiyi 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət X3 qaytarılsın. X3 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli və 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayətlə buraxılmış müddətin bərpa edilməsinə və şikayətinə yaşadığı yer üzrə baxılmasına dair vəsatətlərlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə və yaxud buraxılmış müddətin bərpa edilməsinə dair vəsatələrlə 20 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə, 26 may 2021-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan isə inzibati xətanın törədildiyi yer üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciətetmək hüququnun olduğu izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar