Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-995/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 12 fevral 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 27 fevral 2025-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, avtomobil gətizdirmək üçün tanışına müraciət etmişdir. Avomobili gecikdiyi üçün avtomobili sifariş verdiyi tanışına müraciət etmiş və həmin şəxs avtomobil gələnə qədər müvəqqəti olaraq özünə məxsus BMW 430İ minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobilini 10 günlük işlərini yoluna qoyması üçün ona verməyi təklif etmiş və həmin avtomobili sürməsi üçün ona etibarnamə vermişdir. Lakin avtomobili götürməmiş və etibarnamə onun adında qalmışdır. Ondan sonra BMW 430İ minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürülməsi üçün Rasim Orucov adlı şəxsə etibarnamə verilmişdir. Rasim Orucova verilmiş etibarnamə ləğv olunduğuna görə cərimələr onun adına yazılmışdır. Onun elektron poçtuna cərimə ilə bağlı məlumat gəlmişdir. O, dərhal avtomobilin sahibinə məlumat vermiş və həmin cərimə qərarından Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yazılmış cərimələrin avtomobilin mülkiyyətçisinə və ya etibarnamə əsasında idarə etmiş şəxsə yazılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Şəxs BMW 430İ minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürmədiyi halda adında etibarnamə olduğu üçün ona cərimə yazılmışdır. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olubolmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıbtoplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi Şəxs BMW 430İ minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı avtomobili sürmədiyi halda adına etibarnamə olduğu üçün ona cərimə yazılmış və məhkəməyə təqdim olunmuş sənədlər natamamdır. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımı qaydada icra etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 12 fevral 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-995/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-995/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver