Məhkəmə qərarları › İş №3(010)-997/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-997/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-997/2021 19.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şəxs, ünvan 1, barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşları tərəfindən 27 iyul 2021-ci il tarixdə Şəxsnə məxsus təsərrüfat subyekti sayılan ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə plandankənar (növbədənkənar) yoxlama aparılmış, nəticədə həmin aptekdə dövlət qeydiyyatına alınmış dərmanların satışı zamanı qiymət intizamı pozuntusuna yol verildiyi müəyyən edilmişdir. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 27 iyul 2021ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X5 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq etməyərək göstərdi ki,Şəxsnə məxsus təsərrüfat subyekti sayılan aptekdə satılan dövlət qeydiyyatına alınmış dərmanların hər birinə, üzərində qiymət yazılmış müvafiq yapışqanlar yapşdırılmışdır. Lakin sonradan həmin üzərində qiymət yazılmış yapışqanın dərmanın üzərindən qopub düşməsi istisna olunmur. Belə ki, üzərində qiyməti göstərilməyən iddia edildiyi dərmanın bir qutusunda 20 dərman olur. 27 iyul 2021-ci il tarixdə aparılmış növbədənkənar yoxlama zamanı da belə hal aşkar olunmuş və bu fakt inzibati xəta kimi qiymətləndirilmişdir. X5 şəxs Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında 27 iyul 2021-ci il tarixli, 000042 nömrəli qərarından görünür ki, rəsmi vətəndaş müraciəti əsasında Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitələrinin satışının olub-olmamasını, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl edilib-edilməməsini müəyyən etmək məqsədilə 27-28 iyul 2021-ci il tarixdə Şəxsnə məxsus təsərrüfat subyekti sayılan ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 27 iyul 2021-ci il tarixli, 000041 nömrəli yoxlama aktından və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus təsərrüfat subyekti sayılan ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə aparılmış plandankənar (növbədənkənar) yoxlama zamanı Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən fərqli qiymətə dərman vasitələrinin satışının həyata keçirilməsi aşkar edilməsə də, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı zamanı qiymət intizamına əməl edilmədiyi, yəni 03 ədəd “Tornakson”, 02 ədəd “Ornazar” və 01 ədəd “Diprospan” adlı dərman vasitələrinin qiymətlərin göstərilmədiyi müəyyən olunmuşdur. Akt iki nüsxədə tərtib edilmiş və bir nüsxəsi Şəxs işçisi X1 təqdim edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 27 iyul 2021-ci il tarixli, KY211593744 nömrəli çıxarışdan görünür ki, Şəxsnə məxsus təsərrüfat subyekti sayılan ünvan 1 ünvanında fəaliyyət göstərən aptekdə 27-28 iyul 2021-ci il tarixdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2015-ci il tarixli, 209 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət Qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən aptek təşkilatlarında satılan dərman vasitələrinin üzərində dövlət tərəfindən tənzimlənmiş qiymətlər göstərilməlidir. Həmin Qaydaların 6.2-ci bəndinə əsasən, dərman vasitələrinin üzərində pərakəndə satış qiymətlərinin göstərilməsi istehsalçılar tərəfindən təmin edilir. Dərman vasitələrinin ƏDV daxil olmaqla, təsdiq edilmiş pərakəndə satış qiymətləri onların qablaşdırmalarının üzərində mətbəə qaydasında çap edilir. Qiymətin qablaşdırmanın üzərində çap edilməsi mümkün olmadıqda, dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş digər üsullarla göstərilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə, dərman vasitələrinin satışında qiymət intizamına, o cümlədən dərman vasitələrinin qiymətlərinin bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq göstərilməsinə nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ticarət, İctimai iaşə, Məişət və digər növ xidmət Qaydaları”nın 5.31-ci maddəsinə əsasən satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.7-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır. Həmin Qanunun 18-ci maddəsinə görə, bu Qanunun pozulmasında təqsirli olan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və hallarda mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə - səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar