Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 23 avqust 1981-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 24.05.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)-10274/2018 saylı icra sənədinə əsasən 3 uşağın yetkinlik yaşına qədər saxlanılması üçün hər ay cəmi 462 manat məbləğində aliment Şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Lakin borclu Şəxs icra sənədi üzrə yaranmış aliment borcunu ödəməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)-10274/2018 saylı icra sənədinə əsasən hər ay cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Maddi vəziyyəti ağır olduğundan və heç yerdə işləmədiyindən aliment borcunu icra sənədində göstərildiyi məbləğdə ödəyə bilməmişdir. Lakin icra sənədini icra etməkdən boyun qaçırmır və hər ay 3 uşağının saxlanılması üçün müəyyən məbləğdə aliment ödəyir. Odur ki, o, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla razılaşmayaraq, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Şəxs 01.11.2007ci il təvəllüdlü X3, 24.09.2011-ci il təvəllüdlü X2 və 16.01.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 05.11.2018-ci ildən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin cavabdeh tərəfindən borc vaxtında ödənilmir. Odur ki, o, icra məmuru tərəfindən tərtib olunmuş protokolla razılaşdığını bildirərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)- 10274/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs 01.11.2007-ci il təvəllüdlü X3, 24.09.2011-ci il təvəllüdlü X2 və 16.01.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 05.11.2018-ci ildən başlayaraq hər ay hər uşağa görə 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; icraata başlamaq haqqında 19.12.2018-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)-10274/2018 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, həmin qərar əsasında iş üzrə icraat başlanılmış, icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 3(011)-1549/2019 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir; Bakı Apellyasiya Məhkəməsinin 01 iyun 2020-ci il tarixli, 3(103)-725/2020 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2019-cu il tarixli, 3(011)-1549/2019 saylı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 3(011)-948/2020 saylı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tapılana və olduğu yer müəyyən edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd olunan iş materiallarından və müvafiq qanunvericiliyin tələblərindən göründüyü kimi, Şəxs tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(011)-10274/2018 saylı icra sənədi üzrə olan aliment borcu vaxtında ödənilmədiyindən və icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədiyindən, ödənilməli olan məbləğ ümumilikdə 1971 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasına dəlalət edir. Digər tərəfdən qeyd edilməlidir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olsa belə, sonuncu barəsində 24.05.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin vaxtdan hazıradək 2 ildən artıq müddət keçmişdir. Bu isə onu göstərir ki, şəxsin əməlində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi olsa belə, qeyd olunan inzibati xəta haqqında protokol üzrə həmin əmələ görə, yəni inzibati xətanın törədildiyi gündən 3 aydan artıq müddət keçdiyindən Şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Bakı şəhər Xətai rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 24.05.2019-cu il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməsi üçün müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver