Məhkəmə qərarları › İş №3(011)-1/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1/2023 14.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidmətinin inspektoru polis baş serjantı X3 və Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, X1 iştirakları ilə, X5 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ 10429297 saylı elektron protokol əsasında yazılmış EQ 10429297 saylı xx.xx.2022 ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2435/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 saylı inzibati xəta haqqında qərarı ləğv edilmiş, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2823/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə qəbul edilmiş DİN-nin BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 saylı inzibati xəta haqqında qərarı ləğv edilərək həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2435/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN-nin BDYPİ tərəfindən onun barəsində xx.xx.2022-ci il tarixli EQ 10429297 saylı elektron protokol tərtib edilmişdir və həmin protokol əsasında EQ 10429297 saylı xx.xx.2022 ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilir ki, o, xx.xx.2022-ci il tarixdə Zorgi küçəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görədə 20 manat məbləğində cərimə olunmuşdur. EQ 10429297 saylı xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın qeydə alınmasında istifadə olunan avadanlıq xanası boşdur. Onun barəsində tərtib edilmiş EQ 10429297 saylı xx.xx.2022-ci il tarixli qərar ləğv edilməlidir. DİN-nin BDYPİ-nin EQ 10429297 saylı xx.xx.2022 tarixli qərarı ona verilməmişdir, həmin qərarı o, xx.xx.2022-ci il tarixdə şəxsən DİN-nin BDYPİ-nin inzibati binasında əldə etmişdir. Qərarın yuxarı sol küncündə qərarın çap tarixi qeyd edilib”xx.xx.2022” DİN BDYPİ nə edib? DİN-nin BDYPİ öz növbəsində qanun pozuntusunu təsdiq etmək üçün: 1) xx.xx.2022-ci ildə “shot on mi note 10” mobil telefonla (şəkiləri əlavə olunub); bunu “Asan Pay” sisteminə yüklənmiş şəkillərin sol tərəfində görmək olur. 2) Qərarın surəti isə avtomobilin ön şüşəsinə qoyulmamışdır. Yəni DİN-nin BDYPİ-nin EQ 10429297 saylı xx.xx.2022 tarixli qərarı qəbul edəndə 2 dəfə İXM 346.1-ci maddəsinin tələbləri pozulmuş və qənunsuz qərar qəbul edilmişdir. Belə ki: 1) Qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamış; 2) DİN-nin BDYPİ-nin şəkilləri və protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə mobil telefonun kamerasıyla çəkilmişdir. DİN-nin BDYPİ-nin hərəkətləri qanuna ziddir və sübutların əldə edilməsi qanun pozuntusuyla həyata keçirilmişdir. Məhkəmə iclasında X7 şikayət ərizəsində göstərdiyi xüsusatları təsdiqləyərək barəsində Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 izahatında bildirmişdir ki, X7 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Zorgi küçəsində dayanma və ya durma qaydalarını pozduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli EQ 10429297 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və barəsində 20 (iyirmi) manat məbləğində cərimə tətbiq edilmişdir. Belə ki, “Nissan Sunny” minik markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşın yolun hərəkət istiqamətinə perpendikulyar dayanmışdır. Hazırki yol hərəkəti qayda pozuntusu onun tərəfindən bilavasitə aşkar edilmiş və o, fotoşəkil çəkməklə DİN-nin BDYPİ-nin X4 yerləşdirmiş, avtomatik olaraq tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmçinin o, əlavə olaraq qeyd etmişdir ki, inzibati xəta hadisəsi ona təqdim olunmuş elektron planşet vasitəsilə çəkilmiş və dərhal müvafiq icra hakimiyyəti orqanının X4 inteqrasiya olunmuşdur, əgər şikayətçinin qeyd etdiyi formada inzibati xəta hadisəsi telefon vasitəsilə çəkilmiş olsaydı, o zaman həmin xəta və fotoşəkillər öz əksini mərkəzi informasiya sistemində tapmaz idi. Bundan başqa, tərəfindən fotoşəkil çəkildikdən sonra, inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmuşdur, lakin həmin qərarın sürücü tərəfindən aşkar edilməməsinin səbəbləri ona məlum deyil. Odur ki, o, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli EQ 10429297 nömrəli qərarın məzmununa uyğun izahat verərək X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini və şikayət ərizəsi əsassız olduğundan inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X11 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 xx.xx.2022-ci il tarixində, saat 14:54-də Zorgi küçəsində “Nissan Sunny minik” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının X4 inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu X4 yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində X4 yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.5-ci maddəsinə əsasən bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda” nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Beynəlxalq hüquq normalarının milli-hüquqi implementasiyası beynəlxalq hüququn tələblərinin milli hüquq normalarının köməyilə dövlətin ərazisində həyata keçirilməsi prosesidir. Azərbaycan Respublikası 1968-ci il tarixli «Vyana Konvensiyası»na qoşularaq ratifikasiya etdiyindən həmin konvensiya daxili qanunvericiliyin bir hissəsi hesab olunur ki, bu isə öz növbəsində beynəlxalq hüquq üçün zəruri hüquqi göstərişlər yaratmaq və hüquqi kolliziyanı aradan qaldırmaq məqsədi ilə daxili qanunvericilik aktlarının beynəlxalq qanunvericiliyin prinsip və normalarına uyğunlaşdırılmasını tələb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2022-ci il tarixində, saat 14:54-də Zorgi küçəsində “Nissan Sunny minik” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 20 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X2 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanın xx.xx.2022-ci ildə “shot on mi note 10” mobil telefonla çəkildiyini, qərarın surətinin avtomobilin ön şüşəsinə qoyulmadığını, həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin X5 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət eskort bölüyü yol patrul xidmətinin inspektoru polis baş serjantı X6 izahatında qeyd olunan xüsusatlarla bağlı bildirmişdir ki, inzibati xəta hadisəsi ona təqdim olunmuş elektron planşet vasitəsilə çəkilmiş və dərhal müvafiq icra hakimiyyəti orqanının X4 inteqrasiya olunmuşdur, əgər şikayətçinin qeyd etdiyi formada inzibati xəta hadisəsi telefon vasitəsilə çəkilmiş olsaydı, o zaman həmin xəta öz əksini mərkəzi informasiya sistemində tapmaz idi. Bundan başqa, tərəfindən fotoşəkil çəkildikdən sonra, inzibati xəta haqqında qərar nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmuşdur, lakin həmin qərarın sürücü tərəfindən aşkar edilməməsinin səbəbləri ona məlum deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qanuni olduğundan və qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilmədiyindən, X7 tərəfindən verilmiş şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ seriyalı 10429297 saylı inzibati xəta haqqında iş üzrə elektron qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar