Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X4 və etibarnamə üzrə nümayəndəsi “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili X11, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs Şahid3 Şəxsndə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmadan işə (xidmətə) cəlb etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol üzə Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 3(011)-2695/2024 saylı qərarı ilə hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2024cü il tarixli, 3(103)-2009/2024 saylı qərarı ilə apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs direktoru X4 etibarnamə üzrə nümayəndəsi “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili Nümayəndə bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-3117/2024 saylı qərarının ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2010/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi, tərəflər arasında münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət vermədən və bunu araşdırmadan erkən nəticəyə gəlmişdir. Bunun aydınlaşdırılması üçün birinci instansiya məhkəməsi bir sıra nüansları müəyyən etməli idi. İşə obyektiv, hərtərəfli və çəkişmə prinsipinin tələblərinə riayət edilməklə baxılmasını təmin etmək üçün aşağıda Bakı Apellyasiya Məhkəməsinin aydınlıq gətirilməsini tələb etdiyi məsələlərə münasibət bildirməyi zəruri hesab edirlər: a) ilkin olaraq, Şahid3 MMC-nin intizam qaydalarına tabe olması, müqavilə üzrə şərtləşdirilmiş funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi müəyyən edilirmi? Şahid3 heç bir müəssisədaxili intizam qaydalarına uyğun əmək fəaliyyəti həyata keçirməmiş, müəssisəyə heç bir rəsmi sənəd (ərizə, əmək kitabçasının sürəti və s.) təqdim etməmişdir. Şahid3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində “Direktor müavini” vəzifəsində çalışmış, bununla yanaşı Express Groupun rəhbəri olaraq iddia ərizəsində qeyd etdiyi dövr - fevral, mart, aprel aylarında müxtəlif korporativ şirkətlərə öz fiziki (VÖEN-i №: **********) əsasında kommersiya xarakterli təlimlər verməklə yüksək məbləğdə gəlir əldə etmişdir. Şahid3 Şəxs MMC-yə məxsus olan və həmin müəssisənin əməkdaşlarının çalışdığı 404 nömrəli ofisdən ümumiyyətlə istifadə etməmişdir və müəssisə ilə əməkdaşlıqda gəlir formalaşdıracaq heç bir xidmət və ya iş göstərməmişdir. Ayrıca vurğulamaq istəyirlər ki, xx.xx.2024-cü il tarixində Şəxs MMC tərəfindən keçirilən 1 günlük “World HR Sammit” tədbirində Şahid3 heç bir xarici qonağın qarşılanmasında iştirak etməmişdir və tam ödənişsiz olaraq bu tədbirdə iştirak etməkdən yararlanmışdır. Şahid3la müəssisə arasında heç bir əmək münasibətləri olmamışdır, mövcud əlaqələr dostluq münasibətlərindən irəli gəlmişdir. O, yalnız bəzi vaxtlarda, epizodik olaraq Şəxs MMC-yə məxsus olmayan 403 nömrəli otağa gəlmiş, orada öz fiziki VÖEN ilə biznes təlimləri, həmçinin "B4B: Business for Business” kitabının tərcüməsi, Rusiyadan gələn qonaqlarının qarşılanması ilə məşğul olmuşdur. Şahid3 istifadə etdiyi 403 nömrəli otaq həmin vaxt fəaliyyəti müvəqqəti olaraq dayandırılmış “Lego Construction” şirkətinə məxsus olmuşdur. Şəxs MMC-nin rəhbəri E.Hüseynovun həmin şirkətdən aldığı şifahi icazə əsasında 2024-cü ilin fevral ayından may ayınadək olan dövrdə Şahid3 həmin şirkətə məxsus otaqdan öz şəxsi işlərini həyata keçirmək üçün istifadə etmişdir. May ayından etibarən E.Hüseynov Şahid3 həmin şirkətə məxsus otağı təhvil verməyi xahiş etmişdir. Mübahisənin başlamasına da səbəb məhz bu hal olmuş, Şahid3 öz şəxsi məqsədləri üçün istifadə etdiyi otaqdan çıxarılmasından inciyərək X10 Xidmətinə guya əmək müqaviləsiz işlədildiyi barədə şikayətlə müraciət etmişdir; b) MMC və Şahid3 arasında yerinə yetiriləcək xidmət qarşılığında aylıq sabit əmək haqqı müəyyən edilmişdirmi? Şahid3 şikayətində və məhkəmə iclasında verdiyi ifadələrdə qeyd etmişdir ki, guya müəssisə rəhbəri Emil Hüseynov fevral ayında ona artıq işə qəbul olunduğunu bildirmiş, lakin əmək haqqını cəm şəkildə aprel ayının sonunda (15.000 manat) ödəyəcəyini vəd etmişdir. Hətta, Şahid3 şikayətində göstərmişdir ki, yalnız 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etmişdir. Yuxarıda sadalanan bu iddialar əsassız olmaqla yanaşı olduqca da gülüncdür. Necə olar bilər ki, uzun müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı Mərkəzində “Direktor müavini” vəzifəsində çalışmış və əmək qanunvericiliyinin tətbiqi ilə bilavasitə bağlı olan rəhbər vəzifəni icra etmiş Şahid3 müəssisə rəhbəri E.Hüseynov bu cür sadə vədlərlə aldatsın? Təbii ki, ağlabatan deyil. Fəaliyyəti bilavasitə əmək qanunvericiliyinin tətbiqinə yönəlmiş və rəhbər vəzifədə çalışmış Şahid3 bu cür vədlərlə aldadılaraq və əmək müqaviləsi bağlanılmadan əmək fəaliyyətinə cəlb edilməsi nə qədər inandırıcıdır? Eləcə də Şahid3 məhkəmə iclasında verdiyi ifadələrdə iddia etmişdir ki, guya aralarında olan razılığa əsasən 3 ayın sonunda 15.000 manat əmək haqqı alacağı ona bildirilib. Belə çıxır ki, Şahid3 aylıq 5000 manat əmək haqqının ödənilməsi vəd edilmişdir. Müəssisənin maliyyə imkanları nəzərə alındıqda isə bu məbləğdə əməkhaqqının ödənilməsi heç də real deyil və müəssisə Şahid3 həmin məbləğdə əmək haqqı ödəmək qabiliyyətində olmamışdır. Bütün bunlar isə Şahid3 iddialarının həqiqəti əks etdirmədiyini sübuta yetirir. Şəxs təsisçisi və direktoru olaraq E.Hüseynov Şahid3la 3 təlim proqramı üzrə xidmətin göstərilməsi ilə bağlı ilkin olaraq müzakirələr aparmış, xidmətin göstəriləcəyi təqdirdə hər proqram üzrə ödənişdən əldə edilən gəlirin 50%-nin ona ödəniləcəyini ona bildirilmişdir. Bütün bu xidmətlərin isə həyata keçiriləcəyi təqdirdə mülki hüquqi müqavilə (xidmət göstərilməsinə dair müqavilə və ya tapşırıq müqaviləsi) ilə rəsmiləşdiriləcəyi barədə tərəflər razılığa gəlmişdirlər. Bu xidmətlər göstərilmədiyi halda Şahid3 heç bir xidmət haqqının ödənilməyəcəyi öncədən bildirilmişdir. Lakin, Şahid3 müəssisənin fəaliyyət istiqamətlərindən irəli gələn heç bir təlim vermədiyindən və heç bir təlimdə təlimçi qismində iştirak etmədiyindən tərəflər arasında heç bir mülki-hüquqi müqavilə bağlanılmamış və müəssisənin ona borcu yaranmamışdır. Şəxs MMC tərəfindən Şahid3 aylıq sabit əmək haqqı ilə bağlı heç bir müzakirə və vəd verilməmişdir. c) MMC və Şahid3 arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyəti olmuşdurmu? Məhkəməyə təqdim edilmiş “Whatsapp” ani mesajlaşma platforması vasitəsilə aparılmış danışıqlardan (səs yazısı) görünür ki, E.Hüseynov iyul ayında keçirilməsi planlaşdırılan CEO Club tədbiri üçün Şahid3 təklif edə biləcəyi şəxslərin siyahısını xahiş etmişdir. Lakin, səs yazısından da görünür ki, E.Hüseynov sonda bu məlumatın Şahid3 tərəfindən təqdim edilməsinə ehtiyac olmadığını, artıq iştirakçı siyahılarının tərtib edildiyini bildirmişdir. Bütün bu danışıqlar son nəticədə Şahid3la müəssisə arasında heç bir hakimiyyət tabeçilik münasibətlərinin olmamasını, mövcud əlaqələrin dostluq münasibətlərindən irəli gəldiyini sübuta yetirir; d) Şahid3 sahibkarlıq fəaliyyəti ilə məşğul olurmu və münasibətlər faktiki cəhətdən bərabər olan subyektlər arasında yaranmışdırmı? Şəxs şikayətçi Şahid3la əmək müqaviləsi bağlayaraq onu əmək fəaliyyətinə cəlb etmək məqsədi heç vaxt olmamışdır. Çünki, Şahid3 İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində elmi yaradıcılıq və tərcümə xidmətlərinin göstərilməsi ilə bağlı fərdi sahibkar kimi qeydiyyatda olmaqla vergi ödəyicisidir (VÖEN № **********). Bu səbəbdən də Şəxs MMC Şahid3la heç bir əmək müqaviləsi bağlamaq niyyətində olmamışdır. Həmçinin, AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli məlumatında qeyd edilir ki, vergi ödəyicilərinin dövlət reyestrində Şahid3 (VÖEN № **********) 2024-cü ilin fevral-may ayları ərzində vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. Yəni, Şahid3 faktiki olaraq aktiv vergi ödəyicisi kimi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan onunla əmək müqaviləsi bağlanıla bilməzdir. Birinci instansiya məhkəməsində baxış zamanı X10 Xidmətinin nümayəndəsi bildirmişdir ki, Şahid3 guya sərbəst iş qrafikində işləmişdir. Bununla bağlı bildirməlidir ki, AR Əmək Məcəlləsində tam və ya natamam iş vaxtı rejimləri müəyyən edilmiş, “sərbəst” iş vaxtı rejimi anlayışı ümumiyyətlə təsbit edilməmişdir. Sərbəst rejim təbii ki, yalnız mülki hüquqi münasibətlər zamanı mövcud ola bilər. Çünki, bu növ münasibətlər tərəflərin hüquq bərabərliyinə və iradə azadlığına əsaslandığından bir tərəf digər tərəf üçün iş vaxtı rejimi müəyyən edə bilməz. Nəticə etibarı ilə X10 Xidmətinin nümayəndəsi dolayı yolla Şahid3 "xxxx" MMC ilə əmək münasibətlərində olmadığını təsdiq etmişdir; e) Şahid3 münasibətdə iş vaxtı, istirahət vaxtı, məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normalar olmuşdurmu? Şahid3 münasibətdə nə iş və istirahət vaxtı müəyyən edilmiş, nə də ona işçiyə verilən digər təminatlar onun üçün nəzərdə tutulmamışdır. Çünki, Şahid3la müəssisə arasında heç bir əmək münasibəti mövcud olmamışdır. Həmçinin, Şahid3 19 mart 2024-cü il tarixinədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X14 Şəxsdə “Direktor müavini” vəzifəsində işləmişdir. Həmçinin, Şahid3 sosial şəbəkə hesablarından çıxarışlardan görünür ki, o, 04 (cümə axşamı), 08 (bazar ertəsi) və 16 (çərşənbə axşamı) aprel 2024-cü il tarixlərində öz VÖEN-i əsasında korporativ şirkətlərdə kommersiya təlimləri keçmişdir. Göründüyü kimi bu tarixlər heç də şənbə və bazar günlərinə təsadüf etmir. Yəni, Şahid3 həftə sonları başqa şirkətlərdə təlim keçdiyini bildirsə də, onun sosial şəbəkə hesablarında çıxarışlar bunun tamamilə əksini sübuta yetirir. Bu isə Şahid3 ifadələrinin ziddiyyətli olmasını və Şəxs MMC-nin rəhbərinə qarşı qərəzli münasibətini göstərir; f) Şahid3 münasibətdə müəssisədaxili intizam qaydaları və iş vaxtı rejimi olmuşdurmu? Hazırkı mübahisə üzrə müəssisədaxili intizam qaydalarından ümumiyyətlə bəhs edilə bilməz. Çünki, Şahid3 "xxxx" MMC-yə məxsus otaqlardan ümumiyyətlə istifadə etməmiş, normal iş vaxtı ərzində müəssisənin inzibati otaqlarında olmamış, yalnız şəxsi məqsədləri üçün kommersiya xarakterli təlimlər keçmək, Rusiyadan gələn şəxsi qonaqlarının qarşılanması, "B4B: Business for Business" kitabının tərcüməsi və s. məqsədilə qonşu müəssisəyə məxsus 403 nömrəli otaqdan istifadə etmişdir. İş vaxtı rejimi ilə bağlı bildirmək istəyirlər ki, Cəmiyyətdə çalışan HR Strategiyası və İnnovasiyalar şöbəsinin müdiri Şahid1 və təlim koordinatoru vəzifəsində çalışan Şahid2 əmək müqavilələri məhkəmə baxışına təqdim edilmişdir. Həmin əmək müqavilələrində işçilərin beş günlük iş rejimində işləməsi və 09-18 saatlarında iş vaxtları konkret müəyyən olunmuşdur. Yəni, Şahid3 şikayətində qeyd etdiyi saatlar (gecə saat 10-11 radələri) ümumiyyətlə müəssisədə iş vaxtı olmamış və müəssisə həmin vaxtlarda fəaliyyət göstərməmişdir. Birinci instansiya məhkəməsində baxış zamanı X10 Xidmətinin nümayəndəsi bildirmişdir ki, Şahid3 sərbəst iş qrafikində işləmişdir. AR Əmək Məcəlləsində tam və ya natamam iş vaxtı rejimləri müəyyən edilmiş, “sərbəst” iş vaxtı rejimi anlayışı ümumiyyətlə təsbit edilməmişdir. Sərbəst rejim təbii ki, yalnız mülki hüquqi münasibətlər zamanı mövcud ola bilər. Çünki bu növ münasibətlər tərəflərin hüquq bərabərliyinə və iradə azadlığına əsaslandığından bir tərəf digər tərəf üçün iş vaxtı rejimi müəyyən edə bilməz. Nəticə etibarı ilə X10 Xidmətinin nümayəndəsi dolayı yolla Şahid3 "xxxx" MMC ilə əmək münasibətində olmadığını təsdiq etmişdir. Əlavə olaraq “Express Group” şirkətinin rəsmi internet səhifəsidə qeyd edilir ki, 2007-ci ildən bəri Şahid3 həmin şirkətin direktoru - baş meneceridir, şirkət adından davamlı olaraq biznes təlimləri həyata keçirməkdədir (rəsmi sayt https://master-class.az); g) Şahid3 əmək funksiyası nədən ibarət olmuş, tərəflər arasında nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirmişdirmi? xx.xx.2024-cü il tarixdən bəri həm birinci instansiya, həm də apellyasiya məhkəməsində keçirilmiş məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, Şahid3 Şəxs MMC-nin müqavilə bağladığı heç bir şirkətə hər hansı xidmət göstərdiyini və ya onlar üçün hansısa işlər gördüyünü sübuta yetirə bilməmişdir. Lakin iş üzrə materiallardan aydın olur ki, DƏMX istinad etdiyi inzibati xətanın törədilməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Yalnız AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsindən şübhələnərək, yalnız bu şübhənin əsasında tamamilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, şəxsin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün həmin maddədə nəzərdə tutulan fakt, yəni fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi sübuta yetirilməlidir. Ancaq iş materiallarına baxsalar görərlər ki, xətanın törədilməsinin konkret olaraq hansı sübutlarla təsdiq olunduğu qeyd edilməmiş, yalnız şikayətçinin ifadələri əsas götürülməklə Şəxs MMC-nin barəsində protokol tərtib edilmişdir. Eləcə də hazırkı mübahisə üzrə Şəxs MMC-nin və ya onun vəzifəli şəxslərinin heç bir hüquqazidd əmələ yol vermədiyinin şahidi olurlar. Belə ki, Şahid3 müəssisənin əsas fəaliyyət istiqamətləri üzrə hansı işlərin (xidmətlərin) yerinə yetirildiyi sübuta yetirilmədiyindən Şəxs MMC-nin vəzifəli şəxslərin əməllərində İXM-nin 192-ci maddəsində təsbit edilmiş inzibati xəta tərkibinin əlamətləri mövcud olmamışdır. Şəxs MMC-nin rəhbəri məhkəmə iclasında Şahid3 28 fevral tarixində keçirilən World HR Sammit tədbirində hansı qonaqları qarşıladığını soruşduqda Şahid3 bu sualı cavablandıra bilməmiş, konkret hansı qonağı qarşılamağı barədə dəqiq ifadə verməmişdir. Belə olan halda, yalnız guya qonaq qarşılamaqla məşğul olan, müəssisənin əsas fəaliyyət istiqamətləri barədə isə ümumiyyətlə məlumatsız olan şəxsin müəssisədə əmək fəaliyyətinə cəlb edildiyini bildirməsi nə qədər inandırıcıdır? Məgər Şəxs MMC daşıma xidmətləri və ya turist xidmətlərinin göstərilməsi ilə məşğul olan şirkətdirmi? Əlbəttə ki yox. Şahid3 yalnız qonaq qarşılamaq işində dəstək olmuşdur ki, bu fəaliyyətin də müəssisənin fəaliyyət istiqamətləri ilə heç bir bağlılığı yoxdur; h) əlavə olaraq, Bakı Apellyasiya Məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, Şahid3 ali təhsillidir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Bakı Peşə Hazırlığı X14 Şəxsdə direktor müavini vəzifəsində çalışmışdır. İki aydan çox müddət keçdikdən sonra - 02 may 2024-cü il tarixdə onunla əmək müqaviləsinin bağlanılmadığını aşkar etməsi barədə iddia əsaslı görünməmişdir. Həqiqətən də belə bir vəzifə tutan şəxsin onunla əmək müqaviləsi bağlanılmadan işlərin görülməsinə cəlb edilməsi və onun 3 aydan sonra bundan xəbər tutması sadəcə olaraq gülüncdür; i) Bakı Apellyasiya Məhkəməsi həmçinin qərarında qeyd etmişdir kı, Şahid3 "xxxx" bölməsində adının qeyd edilməsi də, birmənalı olaraq onun MMC-də işə cəlb olunması anlamına gəlməmişdir. Məhkəmə həmin xüsusatı araşdırmalı, bunun hansı səbəblərdən baş verməsini, "xxxx" bölməsində yalnız işçilərin və ya digər şəxslərin göstərilib- göstərilməməsini aydınlaşdırmalı idi. Bu ona görə zəruri idi ki, MMC bunu mübahisələndirmiş, müəssisənin elektron saytının eyni bölməsində aparıcı yerli və xarici şirkətlərin nümayəndələrinin, tanınmış ekspertlərin şəkillərinin yer aldığını göstərmişdir. Bununla bağlı bildirmək istəyərlər ki, müəssisənin internet səhifəsində kiminsə adının və şəklinin "xxxx" bölməsində əks olunması həmin şəxsin müəssisənin işçisi olduğu və onunla əmək müqaviləsinin bağlandığına dəlalət etmir. Eləcə də sosial şəbəkə səhifələrində “komandamıza xoş gəldiniz” başlıqlı paylaşımların edilməsi də həmin şəxsin müəssisənin işçisi olması mənasına gəlmir. Komandamız müəssisə ilə birbaşa və ya dolayı olaraq öz tövsiyələri ilə əməkdaşlıq edən, müəyyən hallarda HR sahəsinin idarəedilməsi ilə bağlı məsləhətindən bəhrənlənən şəxsləri özündə əks etdirir və işçi anlayışı mənasını heç bir halda ifadə edə bilməz. Bu daha çox müəssisənin marketinq işinin təşkili ilə bağlı məsələlərdə istifadə edilən alət kimi istifadə edilir. Müəssisənin elektron saytının eyni bölməsində aparıcı yerli və xarici şirkətlərin nümayəndələri, tanınmış ekspertlər, hətta nazirin müşavirinin adı və fotosu da yer almışdır. Belə çıxır ki, həmin şəxslər də Şəxs MMC-nin işçisidir? Əlbəttə ki yox. Bundan əlavə, müəssisənin ƏMAS və MAT sistemində mövcud olan ştat cədvəlinə nəzər salsalar orada "xxxx" vəzifəsinin mövcud olmadığını görərlər. Şahid3 isə olmayan bir ştat üzrə onunla əmək müqaviləsinin bağlandığını iddia etmişdir; j) Bakı Apellyasiya Məhkəməsi həmçinin qərarında qeyd etmişdir ki, MMC tərəfindən təqdim edilmiş vizit kartın MMC-yə aidiyyətinin olmadığını bildirmiş, müəssisənin işçilərinin vizit kartları tamamilə fərqli formada və fərqli rekvizitlərə malik olduğunu demiş, bu xüsusatlar da araşdırılmamış qalmışdır. Bu hal ilə bağlı bildirmək istəyərlər ki, məhkəmə baxışında da sübuta yetirilmişdir ki, müəssisənin işçilərinin vizit kartları tamamilə fərqli formada və fərqli rekvizitlərə malikdir. Şahid3 təqdim etdiyi vizit kartı onun özü tərəfindən hazırlanmış və şirkətə məxsus olmamışdır; k) Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi qərarında qeyd etmişdir ki, izahatlara qiymət verilməsi və həmin izahatın sübutun əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar aşağıdakılardır: həmin izahatı verən şəxsin kimə qarşı izahat verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin izahatda ümumilikdə baş vermiş hadisəni (həqiqəti) özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı izahatın ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İzahat maddi faktlara dair qaynağı insan olan bu səbəbdən xəta və ya yanılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Şəxslər tərəfindən verilmiş izahatlarda əksər hallarda özlərinin leyhinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, tərəflərin prosesdə qarşı tərəf olması, aralarında davam edən mübahisələri və mənafelərin toqquşması olması tərəfsiz olması ehtimalını azaldır. Bu zaman şəxslərin intiqam hissi ilə hərəkət edə biləcəyi, həqiqətdə törədilməmiş əməli mənfəət təmini kimi səbəblərlə doğru olmayan izahat verə biləcəyini göz önünə alaraq izahat dəyərləndirilməlidir. Hazırkı iş üzrə yalnız Şahid3 izahatı əsas götürülməklə müəssisə və vəzifəli şəxs barəsində protokol tərtib edilmiş və onlar məsuliyyətə cəlb edilmişlər. İş üzrə Şahid3 izahatından başqa heç bir mötəbər sübut mövcud olmamışdır. Həmin izahat isə tamamilə qərəzli, yalan və ziddiyyətli olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 təqdim edərək bildirmişdir ki, Şahid3 rəhbərin təkidi ilə məzuniyyətə çıxmış, məzuniyyətdə olduğu dövrdə müəyyən işlər görüb və məzuniyyət bitdikdən sonra müqavilə bağlayaraq həmin şirkətdə işləmiş,ondan əmək müqaviləsi bağlanılması üçün şəxsiyyət vəsiqəsinin surəti istənilmiş o da təqdim etmiş, həmçinin “Azərbaycan HR İnstitute”un korporativ vizitkartından görünür ki, Şahid3 Ceo Advisor vəzifəsini icra etmiş, mail yazışmaları rəhbər Emil Hüseynovla aparmış, E.Hüseynov ona göstərişlər verəndə tək onun adını yox digər işçilərin də adını göstərmiş, bu da Şahid3 komandanın üzvü olduğunu dəlaət etmiş, həmçinin ona whatsapp yazışmalarında görməli olduğu işlər yazılmışdır. Odur ki, protokolu müdafiə edərək hüquqi şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində inzibati tənbeh tədbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs direktoru X6 nümayəndəsinin göstərdiyi xüsusatları təsdiqləyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, E.Hüseynovla tanışlığı 5 il öncə baş vermiş, tədbirlərdə tam təmannasız iştirak etməklə həmçinin vaxtaşırı ondan məsləhətlər almış, o tam təmannasız sponsor dəstəyi göstərərək onu başqa şirkətlərlə tanış etmiş, daha sonra E.Hüseynov tərəfindən dəvət olunaraq aya 5000 manat maaşla razılığa gəldiyini iş vaxtlarının sərbəst qrafikdə olduğunu demiş, o da bununla razılaşmışdır. 2024-cü ilin fevral ayından 04 may 2024-cü il tarixədək Babək prospekti Rusel Plazada yerləşən “Azerbaijan HR İnsitute “MMC-də "xxxx" vəzifəsində çalışmış, həmin işə MMC-nin rəhbəri və təsisçisi Emil Hüseynov tərəfindən dəvət olunmuş, işlədiyi müddət ərzində şənbə, bazr günləri, bayram günləri çox zaman 18:00-dan sonra, saat 22:00-23:00-dək və bəzi zamanlar daha gec saatlarda qonaq qarşılama, qonaqların yerləşdirilməsi və digər işlərlə məşğul olmuş, işlədiyi müddətdə Emil Hüseynov onun artıq işə qəbul olunduğunun, lakin əmək haqqını toplam olaraq aprel ayının sonunda 15.000 ( on beş min) manat (vergilər daxil olmadan) ödəyəcəyini vəd etsə də ona heç bir əmək haqqı ödənilməmiş, bu azmış kimi 02 may tarixində məlum olmuşdur ki, etibarından suiistifadə edərək onunla əmək müqaviləsi bağlanmamış, 04 may 2024-cü il tarixdə Emil Hüseynovla danışıqlar zamanı ona bir az gözləməyini, əlavə xərclərinin olmasını deyərək və digər bəhanələr gətirərək (yeni daha perspektifli vədlər verərək) danışıqdan boyun qaçırtdığını görmüş və artıq etibarından sui-istifadə edərək onu aldatdığını anlamış, hesab edir ki, MMC-də işləyən bir çox işçilər də əmək müqaviləsi bağlamamış, ona ödənilməmiş əmək haqqının ödənilməsində köməklik göstərilməsini və “HR İnstitution“MMC-də ətraflı yoxlamaların aparılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 iyun 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs X6 Şəxs Şəxs Şahid3 Şəxsndə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqaviləsi bağlanmadan işə (xidmətə) cəlb etmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 22 sentyabr 2022-ci il tarixli qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında icarə müqaviləsindən görünür ki, müqaviləyə görə “İcarəyəverən” X2 rayonu, Babək prospekti 10E (Rusel Plaza) ünvanında yerləşən əmlakını (bundan sonra “İcarə obyekti” adlanacaq) müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada “İcarəçi”nin - Şəxs istifadəsinə verməyi, “İcarəçi” isə həmin əmlakı istifadəsinə qəbul edib əvəzində “İcarəyəverən”ə icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. 17 mart 2023-cü il tarixli HRDA/2023 saylı xidmət göstərilməsi haqqında müqaviləsindən görünür ki, sifarişçi xidmət müqaviləsi çərçivəsində “Təlim və konsultasiya” xidmətinin həyata keçirilməsini sifariş verir və İcraçı qeyd olunan xidmətin göstərilməsini öz öhdəsinə götürməklə müqavilənin şərtlərinə əsasən “İcraçı” “Sifarişçi” tərəfindən təqdim edilmiş müvafiq sifarişlər əsasında bu müqaviləyə əlavə olunmuş “Xidmətlərin Həcmi və Ödəmə şərtləri”ndə ( bundan sonra -əlavə) göstərilən xidmətləri ( bundan sonra- xidmətlər) razılaşdırılmış şərtlərlə Sifarişçiyə göstərməyi, Sifarişçi isə həmin xidmətlərin dəyərini müvafiq ödəniş sənədləri əsasında İcraçıya ödəməyi öz öhdəsinə götürür. “Kəngərli və Partnyorları” vəkil bürosunun vəkili X11 iş üzrə şahid qismində dindirilən Şahid3 “Facebook” profilindən əldə etdiyi materialdan görünür ki, Şahid3 “Bakı Peşə Hazırlığı X12 şəxsi”ndə 2024-cü il mart ayından direktor müavini kimi çalışmışdır. Şahid3 Şəxsndə işlədiyinin təsdiq edilməsinə dair sənədləri korporativ vizit kartı (işə götürən tərəfindən xüsusilə onun üçün sifariş olunmuş), təyinatı ilə bağlı müxtəlif saytlardan skrinşotları (şirkətin öz saytı, linkedin və Facebook sosial şəbəkələrində şirkətin və onun səhifələri), Emil Hüseynovla arasında olan şəxsi yazışmaları (işə götürən şəxslə xx.xx.2024- xx.xx.2024 tarixli), “World HR Summit” keçirilmiş beynəlxalq tədbiri ilə bağlı təqdimat (xx.xx.2024 Bakı şəhəri, Fairmont oteli) votsapp və meyl yazışmaları, fotoşəkillər və vizit kartları, “CEO Club Azerbaijan” layihəsi ilə bağlı təqdimat, votsapp və meyl yazışmaları,təchizatçıların təklifləri,vizit kartları və görüşlərdə etdiyi qeydləri, “Learning&Development” fəaliyyət istiqaməti ilə bağlı təqdimat (Emil Hüseynovun tapşırığına görə hazırlanmış), votsapp və meyl yazışmaları, digər tapşırıqlarla və işgüzar görüşlərlə bağlı votsapp yazışmaları və qeydləri (xx.xx.2024-xx.xx.2024 müddətində) “Azerbaycan HR İnstitute” şirkəti adından xarici işgüzar tərəfdaşlar və həmkarlarla korporativ meyl yazışmaları (xx.xx.2024-xx.xx.2024 müddətində) təqdim etmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 16 avqust 2024-cü il tarixli, 3(011)-2695/2024 saylı qərarından görünür ki, hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 3(103)-2009/2024 saylı qərarından görünür ki, apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair 16 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 23 noyabr 2024-cü il tarixli, 3-21-2-1/2-7497/2024 saylı məlumatların təqdim edilməsi haqqında məktubdan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində Şahid3 (VÖEN: **********) 2024-cü ilin fevral, mart, aprel və may ayları üzrə vəziyyətinin aktiv olması barədə məlumat mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-2/2- 58000/2024 saylı sorğuya cavab məktubundan görünür ki, Şahid3 xx.xx.2022-xx.xx.2024cü il tarixlərdə Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzinin direktor müavini vəzifəsində çalışmışdır. O, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək məzuniyyətində olmuşdur. Məhkəməyə təqdim olunmuş “Whatsapp” proqramı vasitəsilə aparılmış danışıqlardan görünür ki, Şahid3 ilə Şəxs MMC-nin direktoru Emil Hüseynov arasında aparılmış yazışmalarda onlar siyahıların tərtib olunması, tədbirlərin təşkil edilməsi və işlə əlaqədar olan digər məsələlər barədə müzakirələr aparmışlar; Şəxs MMC-nin rəsmi web saytında olan “biz kimik” bölməsindən əldə edilmiş ekran görüntüsündən görünür ki, internet səhifəsində şirkətin təsisçisi Emil Hüseynov və digər işçilərlə yanaşı "xxxx" vəzifəsini icra edən Şahid3 da şəkli yerləşdirilmiş, həmçinin şirkət və təsisçi tərəfindən “Hörmətli Şahid3, EMBA Azərbaycan HR İnstitutu komandasına xoş gəldiniz. Zəngin bilik və təcrübələrinizlə bizə qatacağınız dəyər üçün öncədən təşəkkür edirik”, “Şahid3, EMBA komandamıza qoşulmağınız üçün səbirsizlənirik” yazıları paylaşılmışdır; Məhkəməyə təqdim olunmuş elektron poçt vasitəsilə aparılmış danışıqlardan görünür ki, Şahid3 şirkətin "xxxx"u kimi tədbirlərin təşkil edilməsi və keçirilməsi ilə bağlı müxtəlif otellərin administratorları ilə yazışmalar aparmışdır. Məhkəməyə təqdim olunmuş korporativ vizit kartının nümunəsindən görünür ki, Şahid3 “Azerbaijan HR İnstitude”-nin “CEO Adviser”-i kimi göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlər və izahatlarla sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şahid3 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Tərəflərin təqdim etdiyi sənədlər sübut qismində tanınsın və iş materiallarında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver