Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10/2022 11.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən “X21” MMC-nin İdarə Heyətinin sədri X7 nümayəndəsi X16 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən “X21” MMCnin İdarə Heyətinin sədri X17 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul “X21” MMC-nin İdarə Heyətinin sədri X17 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Elçin Bədəlov şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə İnzibati tənbehvermə haqqında xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması əsası ilə 4800 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməyi qərara alınmışdır. O, həmin qərarla razı deyil, hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan, ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, X18 adlı şəxs onun rəhbərlik etdiyi “X21” MMC ilə hər hansı əmək münasibətlərində olmamışdır. Bu barədə X14 Xidmətinə xx.xx.2021-ci il tarixdə məktubla məlumat verilmişdir. Sonradan məlum olmuşdur ki, həmin şəxs “X21” MMC-nin "xxxx" MMC ilə bağladığı 01 iyun 2018-ci il tarixli “Xidmətlərin göstərilməsinə dair” müqavilə əsasında sonuncunun da subpodratçı qismində cəlb etdiyi fərdi sahibkar Rəfail İsmayılov adlı şəxslə əmək münasibətlərində olmaqla, onun işçisi olmuşdur. Eyni hal üzrə rəhbərlik etdiyi “X21” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə X14 tərəfindən MN ******* saylı protokol tərtib edilərək, baxılıb qərar qəbul edilməsi üçün Kəlbəcər Rayon Məhkəməsinə göndərilmişdir. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, Kəlbəcər rayonunun ərazisində X18 adlı şəxs idarə etdiyi avtomobillə qəza törətmiş və qəzadan sonra X15 Rayon Polis Şöbəsində izahatı alınmışdır. Kəlbəcər Rayon Polis Şöbəsində toplanmış material ilə birlikdə müvafiq qərar qəbul edilməsi üçün X14 Xidmətinə göndərilmişdir. X14 Xidməti bu material əsasında vəzifəli şəxs olaraq X9 və onun rəhbərlik etdiyi “X21” MMC barəsində inzibati xəta haqqında protokollar tərtib edərək, vəzifəli şəxsi və hüquqi şəxsi inzibati qaydada məsuliyyətə cəlb etmişdir. X14 Xidmətinin protokol və qərarları ilə razılaşmırlar. Belə ki, dəfələrlə həmin quruma və məhkəmə iclaslarında məlumat vermişdik ki, adı çəkilən X18 “X21” MMC ilə hər hansı əmək münasibətlərində olmamışdır. Əmək münasibətində olmadığı bir şəxslə də, əmək müqaviləsinin bağlanmasından da söhbət gedə bilməzdi. Bundan başqa, X14 Xidməti sözügedən qərarı qəbul edərkən X8 və digər şəxslərin izahatını almamış, sadəcə polis şöbəsindən daxil olan materiallarla kifayətlənmişdir. Halbuki, müvafiq səlahiyyətli dövlət qurumu olaraq, işin mahiyyətini obyektiv araşdırmaq üçün geniş imkanları vardır və iş ilə bağlı istənilən şəxslərin izahatlarının əldə edilməsini həyata keçirə bilərdi. Lakin buna baxmayaraq, X14 Xidməti səthi araşdırması ilə tələsik şəkildə qərar qəbul etmişdir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, inzibati xəta haqqında icraatın başlanmasın əsas yaradan izahatı alınmış şəxs - X18 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Kəlbəcər Rayon Polis Şöbəsində imzaladığı izahatda işlədiyi şirkət kimi hər hansı şirkətin adını çəkməmişdir və adı çəkilən “X21” MMC-ni tanımır və belə bir şirkətlə hər hansı əmək münasibətində olmamışdır. Onu işlərə cəlb edən Rəfail adlı şəxs olmuşdur, onunla əmək haqqı barədə razılaşmış və iş yerinə göndərilmişdir. X17 barəsində inzibati araşdırma aparılarkən, 29 oktyabr 2021-ci il tarixli iclasın təxirə salınması üçün X14 Xidmətinə vəsatətlə müraciət edilmişdir. Belə ki, vəsatətin məqsədi müvafiq qayda da hüquqi müdafiəni təşkil etmək, şəxsin vəkil xidmətindən istifadə etmək üçün hüquqi xidmət müqaviləsinin imzalanması olmuşdur. Həmin vəsatət X14 Xidmətinə 28 oktyabr 2021-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, X14 Xidməti tərəfindən həmin vəsatətə hər hansı bir münasibət bildirilməmiş və inzibati xəta haqqında işə tərəfin iştirakı olmadan baxılmışdır. Qeyd edilən səbəblərə görə, qanunvericiliklə ona verilmiş hüquqlar pozulmuş, işin ədalətli həlli üçün dəlillər təqdim etmək, izahat vermək və öz hüquqi müdafiəsini təmin etmək imkanı olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən “X21” MMC-nin İdarə Heyətinin sədri X7 nümayəndəsi X16 göstərdi ki, məhkəmə iclası gedişində X14 Xidmətinin nümayəndəsi bildirmişdir ki, X8 məhkəmə iclasında verdiyi ifadə hər hansı əhəmiyyət kəsb etmir. Belə ki, o, artıq Kəlbəcər Rayon Polis Şöbəsində “X21” şirkətində işlədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3ci maddəsinə (təqsirsizlik prezumpsiyası prinsipi) əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd edilən normanın tələblərindən çıxış etsək, ilkin izahatı ilə sonrakı ifadəsi arasında fərq olması inzibati xəta törətməsi istinad edilən şəxsin təqsirli olmasında şübhələr yaradır. Bunu nəzərə alsaq, inzibati xəta haqqında icraat məhz X8 istinad edilən Kəlbəcər Rayon Polis Şöbəsində olan izahatından qaynaqlanmışdır, onda məhkəmə iclasında verdiyi ifadələr ilkin izahatına şübhə ilə yanaşmağa vadar edirsə, bu şübhələr inzibati xəta törətməsində təqsirləndirilmiş şəxsin təqsirliyini şübhə altına almaqla onun xeyrinə həll edilməlidir. Nəzərə alınmalıdır ki, X8 qəza zamanı idarə etdiyi nəqliyyat vasitəsi barəsində inzibati icraat aparılan vəzifəli şəxs X7 və onun rəhbərlik etdiyi “X21” MMC-nin adına qeydə alınmamışdır. Burada da, həmin şəxslə və ya onun idarə etdiyi nəqliyyat vasitəsi ilə nə Elçin Bədəlovun, nə də onun rəhbərlik etdiyi “X21” MMC-nin hər hansı əlaqəsi müəyyən edilmir. Burada da, təqsiri sübut edə biləcək hər hansı bağlılıq yoxdur. Bundan başqa, "xxxx" MMC və fərdi sahibkar X3 tərəfindən “X21” MMC-yə ünvanladığı məktublarda aşkar şəkildə X8 “X21” MMC ilə əmək münasibətlərinin olmadığı, həmin şəxsin X3 ilə əmək münasibətlərində olması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələblərinə (inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir) baxmayaraq, inzibati tənbehin tətbiq edilməsi barədə qərarı qəbul edən X14 Xidmətindən fərqli olaraq onlar tərəfindən kifayət qədər sübutlar məhkəməyə təqdim edilmişdir. X14 Xidməti tərəfindən qərar qəbul edilərkən inzibati xəta barədə icraatın başlanmasının qaynaqlandığı şəxsin özünü ayrıca olaraq izahatını almamış, Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən toplanmış materialda adları keçən şəxslərin izahatları X14 Xidməti tərəfindən alınmamış, X8 “X21” MMC ilə əmək münasibətində olmasına dəlalət edən digər hər hansı yazılı sübutlar (məsələn Əmiri Mahmuda həmin şirkət tərəfindən əmək haqqı ödənilməsi, yaxud hər hansı digər ödənişlər edilməsi, hər hansı digər əmək təminatlarının təqdim edilməsini göstərən sənədlər, adı çəkilən şəxslə hər hansı mülki hüquqi müqavilə və ya sazişin olmasını təsdiq edən sənədlər) toplanmamış, aşkar edilməmiş, X8 qəza etdiyi zaman idarə etdiyi nəqliyyat vasitəsinin nə X10 və “X21” MMC-yə məxsus olmaması halı, “X21” MMC-yə "xxxx" MMC və fərdi sahibkar X3 tərəfindən ünvanlanmış məktublarda X8 fərdi sahibkar X3 ilə əmək münasibətində olmasının göstərilməsi araşdırılmamışdır. Göstərilənlərə əsasən, X14 Xidməti tərəfindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X2 şikayəti əsassız hesab edərək bildirdi ki, Kəlbəcər Rayon Polis Şöbəsi tərəfindən toplanmış Cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialdan görünür ki, vətəndaş X18 tərəfindən izahat verilmiş və həmin şəxs öz izahatında 09 avqust 2021-ci il tarixdə “X26” adlı şirkətdə işə sürücü kimi qəbul edilmiş və həmin tarixdə sürücü olaraq fəaliyyətə başlamışdır. Həmin şirkət tərəfindən ona ağ rəngli **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi L200” markalı abtomobil istifadəsinə verilmiş və o, həmin avtomobillə Kəlbəcər rayonunda olan işçilərə yemək və qida məhsullarını daşımaqla məşğul olmuşdur. Bundan başqa X18 öz izahatında “X21” şirkətinin onunla heç bir müqavilə bağlamadığını, nəqliyyat vasitəsinin onun istifadəsinə verdiyini, ona heç bir sənəd təqdim edilmədiyini, şirkət ilə müqavilələrinin sözlə olduğunu, şifahi xarakter daşıdığını bildirmişdir. Qeyd edilən halları “X21” MMC-nin işçisi olan X19 tərəfindən verilmiş olan izahatdan da, görmək olar. Bundan başqa, X4 tərəfindən verilmiş izahatın surətindən də görünür ki, X18 və X4 “X21” MMC-də qeyriqanuni işləyirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 göstərmişdir ki, o, fərdi sahibkar olan Rəfail adlı şəxsə məxsus avtomaşında sürücü kimi işə qəbul olunmuş və ona aylıq maaşının 600 manat olması bildirilmişdir. O, Rəfail ilə razılıq əldə etdikdən sonra işğaldan azad olunmuş əraziyə getmiş və Əbülfəz adlı şəxs ona “Mitsubishi L200” markalı, **-RD- *** dövlət qeydiyyat nişanlı avtomaşını istifadəsinə vermişdir. O, Kəlbəcər rayonunda işləyən fəhlələrə qida məhsulları daşımaqla məşğul olmuşdur. 11 avqust 2021-ci il tarixdə o, işçilərə yemək aparmaq məqsədi ilə Kəlbəcər rayonu ərazisində idarə etdiyi ağ rəngli “Mitsubishi L200” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən, yol kənarında olan qayaya çırpılmaqla, yol qəzasını törətmişdir. Daha sonra Kəlbəcər Rayon Polis Şöbəsinə çağılaraq izahatı alınmışdır. Lakin, polis şöbəsində izahatı kompüter vasitəsilə tərtib olunmuş və o, izahatını oxumadan imza atmışdır. O, işğaldan azad olunan əraziyə getməmişdən əvvəl və getdikdən sonra da yalnız Rəfail adlı şəxsi tanımışdır. “Nort Vest” şirkəti barədə onun heç bir məlumatı olmamış və həmin şirkət tərəfindən ona heç bir tapşırıq verilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Kəlbəcər Rayon Polis X6 təhqiqatçısı Rüstəm Rüstəmli tərəfindən qəbul edilmiş 13 sentyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, 12 avqust 2021-ci il tarixdə, saat 10:40-da Kəlbəcər şəhər ərazisində olan Müdafiə Nazirliyinə məxsus hərbi hospitaldan 1954-cü il təvəllüdlü X8 döş qəfəsinin sol yarısının küt travması, burun arakəsməsinin qapalı yerinin dəyişmiş sınığı ilə hospitala müraciət etməsi barədə xəstəxanadan məlumat daxil olmuşdur. Material üzrə izahatı alınmış X18 göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə “Nort Vest” adlı şirkətdə sürücü kimi işə qəbul olunmuş və həmin tarixdən sürücü olaraq fəaliyyətə başlamış, həmin şirkət tərəfindən ağ rəngli **-RD-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobilin onun istifadəsinə verilmiş və həmin avtomobil ilə Kəlbəcər rayonunda olan işçilərə qida məhsulları daşımaqla məşğul olmuş, “Nort Vest” şirkətinin onunla heç bir müqavilə bağlamadığını, aralarında yalnız şifahi razılaşma olduğunu, nəqliyyat vasitəsi istifadəsinə verilərkən, ona hər hansı bir sənəd verilmədiyini bildirmişdir. Material üzrə izahatı alınmış “Nort Vest” şirkətində sürücü işləyən X4 oxşar məzmunlu izahat verərək, Mahmud Əmirinin izahatını təsdiq etmişdir. Material üzrə izahatı alınmış X20 öz izahatında “Nort Vest” şirkətində nəqliyyat vasitələrinə nəzarətçi vəzifəsində işlədiyini, işlədiyi “Nort Vest” şirkətinin istifadəsində olan ağ rəngli, **-RD-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobilin yüksəklikdə yerləşən düşərgədə şirkətin işçilərinə ərzaq təminatını həyata keçirmək üçün 09 avqust 2021-ci il tarixdə X8 istifadəsinə verildiyini, Mahmud Əmiri ilə işlədiyi “Nort Vest” şirkəti tərəfindən heç bir müqavilənin bağlanmadığını bildirmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması, əməldə cinayət tərkibinin olmaması əsası ilə rədd edilmiş, “Nort Vest” şirkəti **-RD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini heç bir etibarnamə olmadan X8 istifadəsinə verdiyinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, həmin hüquqi şəxsin barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə Kəlbəcər Rayon Polis X22 Polisi Bölməsinə göndərilməsi, “Nort Vest” şirkəti Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tuulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, X11 hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə, həmin hüquqi şəxsin barəsində qanuni tədbir görülməsi üçün, HK-1/140 nömrəli materialdan başqa material ayrılaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən “X21” MMC-nin rəhbərliyinə ünvanlanmış məktubların surətindən görünür ki, Kəlbəcər Rayon Polis Şöbəsindən daxil olmuş məktuba X14 Xidmətində baxılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmamasını nəzərə alaraq, iş üzrə icraatın başlanılması və əlavə sənədlərin araşdırılmasına ehtiyac olması ilə əlaqədar, 08 oktyabr 2021-ci il tarixdə və 14 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə dəvət olunmuşlar. İş materiallarında olan X14 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 19 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, inzibati xəta ilə əlaqədar 14 oktyabr 2021-ci il tarixdə, saat 11:00-da dəvət olunmuş “X21” MMC-nin səlahiyyətli nümayəndəsi X17 müzakirədə iştirak etməmiş və telefon vasitəsilə əlaqə yaradılsa da, iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən “X21” MMC-nin İdarə heyyətinin sədri X7 barəsində tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Kəlbəcər rayonu ərazisində təmir-bərpa işləri ilə məşğul olan “X21” MMC tərəfindən X18 əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin “X21” MMC-nin İdarə heyyətinin sədri X10 ünvanladığı bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, X14 Xidmətinin 19 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə işə baxılması 29 oktyabr 2021-ci il tarixə, saat 11:00a təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə, “X21” MMC-nin İdarə heyətinin sədri X17 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 4800 (dörd min səkkiz yüz) manat məbləğində cərimə olunmuşdur. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən hüquqi şəxs “X21” MMC-nin barəsində tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Kəlbəcər rayonu ərazisində təmir-bərpa işləri ilə məşğul olan “X21” MMC tərəfindən X18 əmək müqaviləsi və ya mülki hüquq müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. İş materiallarında olan Kəlbəcər Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarından görünür ki, “X21” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20000 (iyirmi min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmçinin, məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş X8 ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni inandırıcı hesab etmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, “X21” MMC-nin İdarə heyətinin sədri X17 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “X21” MMC-nin İdarə heyətinin sədri X17 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №3(011)-10/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10/2022
11.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver