Məhkəmə qərarları › İş №3(011)-10/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 30 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nazim Hacıyev 7 ünvanında fəaliyyət göstərən "DZ Lazer Academy" salonunda müştəri kimi, ona lazım olan prosedurların edilməsi üçün getmişdir. Həmin zaman salona məxsus aparatın nasazlığının aradan qaldırılması üçün usta iş görürdü. Salonun işçiləri sırada olan müştəriləri yola salmaq üçün, ondan həmin ustanın yanında gözləməyini və ehtiyac olarsa onlara məlumat verməyini xahiş etmişlər. O da həmin salona artıq illərdi gəldiyinə görə həmin ustanın yanında gözləmişdir. Həmin zaman AR Səhiyyə Nazirliyinin əməkdaşları otağa daxil olaraq, ondan şəxsiyyət vəsiqəsini tələb etdilər. O onlara şəxsiyyət vəsiqəsini təqdim etdikdə ondan həmin salonda işləyib-işləməməyini soruşdular, o isə həmin salona müştəri olaraq gəldiyini və salonda işləmədiyini bildirdi. Lakin AR Səhiyyə Nazirliyinin əməkdaşları onun məlumatlarını yoxlayacaqlarını, həmin salonda işçi kimi qeydiyyatda olub-olmadığını, özəl tibb fəaliyyətinin olub-olmaması və əmək müqaviləsinin olubolmaması barədə məlumat əldə etdikdən sonra tədbir görəcəklərini bildirdilər. Belə ki, bir müddət sonra AR Səhiyyə Nazirliyi tərəfindən onun özəl tibb fəaliyyətinin olmaması səbəbindən ******* saylı 30 avqust 2024-cü il tarixli Qərar əsasında 2000 (iki min) manat məbləğində cərimə hesablanmışdır. Həmin cərimə tamamilə əsassız, qanunsuz və onun hüquqlarımın pozulması nəticəsində tərtib edilmişdir. O, müştəri kimi prosedurlar almağa getdiyi salonda AR Səhiyyə Nazirliyinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində cərimələnmişdir. Həmin əməkdaşlar tərəfindən onun özəl tibb fəaliyyətinin olubolmamasına görə cərimə hesablanması tamamilə absurddur. O əməkdaşlara həmin salonda müştəri olduğunu bildirdiyinə baxmayaraq onlar buna məhəl qoymamışlar. Bundan əlavə olaraq, ümumiyyətlə onun salonun işçisi olmağını təsdiq edən hər-hansı bir fakt və sübut yoxdur. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin AR Səhiyyə Nazirliyinə ünvanladığı 27 sentyabr 2024-cü il tarixli məktubda onun işləyib-işləməməyinin, işaxtaran və ya işsiz kimi nazirliyin informasiya sistemində məlumatın mövcud olmaması qeyd edilmişdir. Yəni onun həmin salonda işçi kimi fəaliyyət göstərmədiyi faktı həmin məktubda öz təsdiqini tapmışdır. Göründüyü kimi, AR Səhiyyə Nazirliyinin əməkdaşları onun salonun işçisi olmadığı halda qərəzli cərimə tətbiq etmişlər.Onun həmin cərimədən yalnız Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişi təqdim edildikdən sonra məlumatı olmuşdur, bu səbəbdən həmin cərimənin silinməsi üçün tərtib etdiyi şikayətin müddəti. Yəni AR Səhiyyə Nazirliyi tərəfindən qərar qəbul edildikdən sonra ona məlumat verilməmişdir. Bu səbəbdən, ona tərtib edilmiş 2000 (iki min) manat məbləğində cərimənin silinməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ona "özəl tibb fəaliyyətinin olmamasına görə" hesablanmış 2000 (iki min) manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X5 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu barədə rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 30 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarla bağlı müvafiq material məhkəməyə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 ünavnında yerləşən “DZ” Lazer Academy”-də X8 tədbiri keçirilmiş və fiziki şəxs X3 xüsusi razılıq(lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb faəliyyət(kosmetoloji(lazer epilyasiyası) fəaliyyəti üzrə) ilə məşğul olduğu müəyyən edilmişdir. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 2000 manat cərimə növündə inzibati tənbeh olunması qərara alınmışdır. Bakı şəhəri X8 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 ünavnında yerləşən “DZ” Lazer Academy”-də X8 tədbiri keçirilmiş və fiziki şəxs X3 xüsusi razılıq(lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb faəliyyət(kosmetoloji(lazer epilyasiyası) fəaliyyəti üzrə) ilə məşğul olduğu müəyyən edilmişdir. “Dövlət vergi orqanları tərəfindən X8 tədbirlərinin həyata keçirilməsi Qaydaları” na Əlavə № 10- əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, fiziki şəxs X5 heç bir səbəb göstərmədən protokolu imzalamaqdan imtina etmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “DZ” Lazer Academy yazısı olan obyektin içərisində lazer aparatı, divan və lazer fəaliyyətinin həyata keçirilməsi üçün stol müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması; 210.1-ci maddəsinə əsasən Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə- fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X3 şikayətinin əsasını təşkil edən hallar əsassız olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. X5 qanunvericiliyin tələbini pozmuş, 09 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 ünavnında yerləşən “DZ” Lazer Academy”-də fiziki şəxs X3 xüsusi razılıq(lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan özəl tibb faəliyyət(kosmetoloji(lazer epilyasiyası) fəaliyyəti üzrə) ilə məşğul olduğu müəyyən edilmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar