Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1004/2021 28.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, X2 Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib olunmuş ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(011)-1004/2021 saylı qərardadına əsasən X2 buraxılmış müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkməsinin xx.xx.2021-ci il tarixli 3(103)-734/2021 saylı qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(011)-1004/2021 saylı qərardadı ləğv edilmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, “X1 Company” MMC-də təmizlik işçisi vəzifəsində xidmət göstərir. xx.xx.2020-ci il tarixdə işə gedərkən səhər saatlarında polis əməkdaşı onu saxlayaraq icazəsinin olub-olmamasını soruşmuşdur. O isə polis əməkdaşına MMC-də çalışdığını, icazə portalında adının olduğunu bildirmiş və iş yerindən icazə arayışını ona təqdim etmişdir. Lakin həmin gün polis əməkdaşı icazəsinin olmasına məhəl qoymayaraq onun barəsində cərimə protokolu tərtib etmişdir. Bu barədə ona Nərimanov Rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2020-ci il tarixdə müvafiq bildiriş məktubu gəldikdən sonra xəbərdar olmuşdur. Bundan sonra Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixli ******* saylı protokol əsasında tərtib olunmuş ******* saylı qərarın surətinin ona verilməsini xahiş etmişdir. Məlum qərarın surətini xx.xx.2021-ci il tarixdə aldığı üçün qanunda nəzərdə tutulmuş şikayət verilmə müddətini ötürmüşdür. Beləliklə, ona qarşı tərtib olunan müvafiq cərimə protokolu əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayətçi və səlahiyyətli orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X2 qərardan şikayət vermə müddətinin bərpa edilməsi barədə vəsatətini nəzərdən keçirib hesab edir ki, müddət üzrlü səbəbdən buraxıldığına görə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidmətinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada X3 rəsmi qaydada verilməsi iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol patrul xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə saat 09:40 radələrində M.Hadi küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu əsas gətirilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmiş və barəsində 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir; “X1 Company” MMC-nin xx.xx.2020-ci il tarixli arayışı verilir ondan ötəri ki, X4 həqiqətəndə həmin MMC-də təmizlik vəzifəsində çalışır və arayış xx xxxxx 2020-ci il tarixə qədər etibarlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında 02 aprel 2020-ci il tarixli 124 nömrəli qərarının 1.4-cü bəndinə əsasən bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.4.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.4.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; 1.4.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Həmin qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.4-cü bəndinə göstərilən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidirlər (SMS məlumatlar ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı 3 indeksdən biri və şəxsin şəxsiyyətini təsdiq edən məlumat qeyd edilməlidir; Həmin qərarın 1.5.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarına əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etmişdir ki, X2 xx.xx.2020-ci il tarixdə saat 09:40 radələrində M.Hadi küçəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozduğu əsas gətirilərək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi barədə protokol tərtib olunmuş və barəsində 100 (bir yüz) manat məbləğində inzibati qaydada cərimə tətbiq edilmişdir. X4 şikayət ərizəsində xx.xx.2020-ci il tarixdə ona yaxınlaşan polis əməkdaşına iş yerindən arayışını təqdim etdiyini qeyd etsədə, “X1 Company” MMC tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayış xx.xx.2020-ci il tarixinədək etibarlı olmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, X4 (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair tətbiq olunan tədbirləri pozduğu üçün barəsində Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol patrul xidmətinin inspektoru, polis serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Beləliklə, məhkəmə, X2 İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən inzibati tənbehin vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Xətai rayon X8 İdarəsinin Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1004/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1004/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver