Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10040/2025 04.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şəhriyar Əliyev İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Hüquqi şəxs X1 Birliyinin nümayəndəsi X3 iştirakı ilə, Hüquqi şəxs X1 Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında protokoldan görünür ki, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsi tərəfindən 07 noyabr 2025-ci il tarixdə Xətai rayonu, ünvan 1 ünvanında yerləşən X2 Birliyinə məxsus ofisdə keçirilən YTM zamanı məlum oldu ki, YTQ №01-2001, bənd –1.9.4, 2.5, 10.4-ün tələbləri pozulmuşdur. Bu səbəbdən, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin inspektoru Əkbərov Rəhman tərəfindən X1 Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 07 noyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X1 Birliyinin nümayəndəsi X4 protokola etiraz edərək bildirmişdir ki, biz yoxlama aparılan ünvanda yerləşən ofisdə iş fəaliyyətimizi İcarəyə verən X5 ilə bağlanmış xx.xx.2024-cü il tarixli, KA 02/2024-cü il tarixli İcarə müqaviləsi əsasında fəaliyyət göstəririk. Həmin Müqaviləyə əsasən İcarəyə verilən obyekt qismində MA0158687 №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İcarəyə verənin mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, Babək prospekt 64 D ünvanında, 1847.4 kv.metrlik torpaq sahəsində yerləşən qeyri- yaşayış sahəsinin, 504.2 kv.metrlik texniki xidmət və ofis binasının 150 kv.metr ofis sahəsi çıxış etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, İcarə müqaviləsinin 2.1.5-ci maddəsinə əsasən, İcarəyə verən İcarəyə verilmiş obyektin və onun daxilində olan məişət təyinatlı avadanlıqların texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, sanitariyagigiyena və digər müvafiq normativ hüquqi aktların tələblərinə cavab verdiyini, avadanlıqların saz, işlək və təmizlənmiş vəziyyətdə olduğunu təsdiq edir. İcarəçi obyektin və avadanlıqların təyinatı üzrə təhlükəsiz istismarını, qanunvericiliklə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə Müqaviləyə uyğun istifadə etməsini təmin etməyi və bu məqsədlə tələb olunan tədbirləri görməyi öhdəsinə götürür. Müqavilənin 2.1.9-cu maddəsinə əsasən, İcarəyə verən "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, obyektin yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir, obyektin fövqəladə hallardan qorunması üçün zəruri tədbirləri görür və bu sahədə aidiyyəti dövlət orqanları qarşısında məsuliyyət daşıyır. Müqavilənin 2.1.10-cu maddəsinə əsasən, İcarəçi, icarəyə verilmiş obyektin yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq zəruri yanğın mühafizə vasitələri (o cümlədən, yanğınsöndürən balonlar, tüstü detektorları və digər aidiyyəti avadanlıqlar), eləcə də obyektin isitmə və soyutma sistemləri ilə təmin edilməsini həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 2.1.13- cü maddəsinə əsasən, İcarəyə verən İcarə obyektini yanğın siqnalizasiya qurğuları və ilkin yanğınsöndürmə vəsaitləri ilə təchiz etməlidir. Müqavilənin 2.1.14-cü və 2.1.15-ci maddəsinə əsasən, İcarəyə verən İcarəçini Obyektin texniki təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydaları ilə bağlı məlumatlandırmalıdır və İcarəçiyə Obyektin təxliyə planını təqdim etməlidir. Bütün bu qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, bu inzibati xətanın törədilməsi ilə bağlı məsul şəxs müəssisəmiz deyildir və İcarə müqaviləmizdən də aydın göründüyü kimi, yanğın təhlükəsizliyi ilə bağlı bütün məsuliyyət və lazımi tədbirlərin görülməsi ilə bağlı öhdəliklər İcarəyə verənə aiddir. Bu məsələdə müəssisəmiz cavabdeh olmamışdır. Bununla yanaşı, əlavə olaraq bildirmək istərdik ki, iş materiallarına əlavə edilmişd ofisimizdə 07 noyabr 2025-ci il tarixli, 4948 №-li Yanğın-Texniki Müayinə aktında qeyd edilmişdir ki, obyekt yanğın təhlükəsizliyi balonları ilə təmin edilməmişdir. Bu qeydlə də razılaşmır və obeyktimizdə olan yanğın təhlükəsizliyi balonlarının fotoşəkillərini də məhkəməyə təqdim edirik. Qeyd etmək istəyirik ki, həmçinin inzibati orqan tərəfindən bizə sənədlərin təqdim edilməsi, pozuntunun aradan qaldırılması ilə bağlı nə müddət təyin edilmişdir nə də rəsmi məlumat göndərilmişdir. Yuxarıda göstərilən əsaslara görə, “Keyfiyyət Assosiasiyasi” İctimai Birliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol üzrə biz cavabdeh deyilik və inzibati xəta törədən şəxs deyilik. Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin rəisi Mehti Mehtizadə tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli yanğın-texniki müayinənin aparılması haqqında qərardan görünür ki, Xətai rayonu, Babək prospekti, 64D ünvanında yerləşən X2 Birliyinə məxsus mağazada xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən “X2 Birliyində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plan üzrə (növbəti) müayinə həyata keçirilməsi üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixdə KY252450424 nömrəli çıxarış verilmişdir. 07 oktyabr 2025-ci il tarixli, 4948 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, yanğın-texniki müayinə zamanı aşağıdakı qanun pozuntuları aşkar edilmişdir: Azərbaycan Respublikası ərazisində fəaliyyət növündən asılı olmayaraq bütün sahibkarlıq subyektlərinin icbari sığortaya cəlb edilməsi, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinin təmin edilməsi sahəsində vəzifələri, təxliyyə yollarının normalara uyğunluğu və saxlanılma vəziyyəti, köçürmə yollarına dair yanğın təhlükəsizliyi tələbləri, elektirik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri, istilik va havalandırma (ventilyasiya) sistemlerinin normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyəti. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü ərazi X6 İdarəsinin rəisi daxili xidmət mayoru Mehti Mehtizadə tərəfindən qəbul edilmiş 3-18-65/Q-4948/2025 nömrəli xx.xx.2025-ci il tarixli yanğın-texniki müayinənin aparılmasının nəticələri haqqında qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraata başlanılması və aşkar olunmuş pozuntuların aradan qaldırılması haqqında qərar qəbul edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, X6 dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. X6 tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumu dövlət orqanları, mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatlar və onların vəzifəli şəxsləri, eləcə də vətəndaşlar tərəfindən tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq hüququna malikdir. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 5.1-ci bəndinə əsasən, köçürmə çıxışlarının sayı, ölçüsü, işıqlandırma şəraiti, tüstülənməmənin təmin olunması, eləcə də köçürmə yollarının uzunluğu, yanğına qarşı tikinti-layihə normalarına uyğun olmalıdır. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 6.5-ci bəndinə əsasən, elektrik qurğularının istismarı zamanı aşağıdakılar qadağan olunur: - elektrik aparatlarını və cihazlarını onu hazırlayan müəssisənin tövsiyyələrinə (təlimatlarına) uyğun olmayan şəraitdə və ya yanğına səbəb ola bilən nasazlığı olduqda istifadə etmək, eləcə də örtüyü (izolyasiyası) zədələnmiş və ya sıradan çıxmış naqilləri və kabelləri istismar etmək; - nasaz elektrik qurğularından istifadə etmək; -elektrik lampasını və işıqlandırıcısını kağıza, parçaya və digər yanar materiallara bükmək, eləcə də ondan mühafizə qapağı örtük (plafonu) çıxarıldıqda istifadə etmək; - dayağı yanmayan materiallardan olmayan elektrik ütülərindən, elektrik çaydanlarından və digər elektrik qızdırıcı cihazlarından istifadə etmək; - standartlara uyğun olmayan (qeyri standart) elektrik istilik cihazlarından, düzgün seçilməmiş əriyən qoruyuculardan, qısa qapanmadan və artıq yüklənmədən mühafizə edən digər (əldəqayırma) aparatlardan istifadə etmək; - magistral kabel xəttlərini və elektrik naqillərinin anbar otaqlarından, yanğın təhlükəli və yanğın partlayış təhlükəli zonalardan tranzit (birbaşa) çəkmək; - elektrik qızdırıcı cihazlarını, televizorları, radio qəbuledicilərini və.s qurğuları şəbəkəyə qoşulu halda nəzarətsiz qoymaq. Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydalarının 10.4-cü bəndinə əsasən otaq, bina və tikililər normalara uyğun olaraq, ilkin yanğınsöndürmə vəsaitləri ilə təmin edilməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.6-cı maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs X2 Birliyinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Məhkəmə araşdırması zamanı X2 Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393- 1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X1 Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməli və cərimə şərti olaraq tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİM: Hüquqi şəxs X1 Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxsə 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin və 01 (bir) ay sınaq müddəti müəyyən olunsun. Qoyulmuş müddət ərzində nöqsanların aradan qaldırılması ilə bağlı məhkəməyə məlumat vermək vəzifəsi barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin üzərinə qoyulsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-10040/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10040/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver