Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10109/2025 08.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə olunmuşdum. Həmin qərardan Xətai Rayon Məhkəməsinə şikayət vermişdim. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 iyul 2025-ci il tarixli 3(011)-522812025 nömrəli qərarı ilə şikayətim qismən təmin edilmiş Bakı şəhər X5 İdarəsinin inzibati tenbeh vermə haqqında xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhər X4ne göndərilmişdir. Lakin 13 oktyabr 2025-ci il tarixində elektron ünvanıma (qeydiyyat nömrəsi: xx.xx.2025-ci il tarixli M-169061 nömrəli) göndərilən Bakı şəhər Baş Polis İdarəsinin X4 İdarəsinin rəisi Rəşid Piriyevimzası ilə təsdiq edilmiş məktubda barəmdə yenidən qərar qəbul edildiyi, eləcə də İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (yüz) manat cərimə edildiyim göstərilmişdir. Lakin qeyd etmək istəyirəm ki, sözügedən məktuba barəmdə qəbul edilən qərar qoşma kimi əlavə edilməmişdir (bununla bağlı dəfələrlə məktubun icraçısı ilə əlaqə saxlamaq istəsəm də sonuncu telefonu açmamışdır (içraçının telefon nömrəsi məktubda qeyd edilmişdir)). xx.xx.2025-ci il tarixdə özüm səlahiyyətli orqana yaxınlaşaraq barəmdə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh barədəqərarı rəsmi olaraq əldə etmişəm. Hesab edirəm ki, Bakı Şəhər X5 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı 7530335nömrəli inzibati tənbeh barədə çıxardığı qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. Qərarın qəbul olunarkən mənim iştirakım təmin edilməmiş, mənə məlumat verilməmiş və heç bir video görüntü təqdim edilməmişdir. Qeyd edim ki, səlahiyyətli orqanın elektron sistemindən əldə etdiyim fotoşəkillərdən də həmin pozuntunu törədən avtomobilin dövlət qeydiyyat nişanının görülmədiyi məlumdur. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Baş X4 İdarəsinin nümayəndəsi və X2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onlkarın iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (bir yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-5228/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı Şəhər X4 İdarəsinə göndərilmişdir. Bakı Şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 100 (bir yüz) manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Şəhər X4 İdarəsinin X1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyiniz «Toyota» markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV hissəsinin tələblərinə riayət etməyərək, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda idarə etdiyinizə görə barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən qərarın ləğv edilərək icraata xitam verilməsi ilə bağlı məhkəməyə etdiyiniz şikayət üzrə Xətai Rayon Məhkəməsinin müvafiq qərarına əsasən, inzibati xəta haqqında işə yenidən baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməniz təsdiqini tapdığından barənizdə inzibati tənbeh tatbiq etmə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.1-1-ci maddəsinə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarından görünür ki, inzibati xətaya dair protokol tərtib edilmişdir. Protokol inzibati işlər üzrə sübut hesab edilir. Həmin protokol əsasında da qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Belə ki, qeyd olunan protokol əsasında tərtib edilmiş qərar məhkəmə tərəfindən bir dəfə ləğv edilərək işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılması üçün səlahiyyətli orqana göndərilmişdir. Bundan başqa, şikayət edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar X1 xx.xx.2025-ci il tarixdə təqdim edilmiş, onun tərəfindən həmin qərardan xx.xx.2025-ci il tarixdə şikayət verilmiş, yəni qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxmış və müddətin bərpası üçün vəsatət verməmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Baş X4 İdarəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-10109/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10109/2025
08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver