Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1011/2025 30.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X4 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan X2 barəsində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X3 qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən X2 İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 30 yanvar 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, protokolda qeyd edilənlərlə razıdır, əməlindən peşmandır, vətən müharibəsi iştirkaçısı olmuş və dörd ədəd medal ilə təltif edilmişdir, bir daha belə hallara yol verməyəcək. Beləliklə o, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 protokolun məzmununa uyğun izahat verərək X2 İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 30 yanvar 2025-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, X2 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 30 yanvar 2025-ci il tarixli, 326 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsin aktından görünür ki, X1 THC aşkar olunmuşdur; inzibati qaydada tutma haqqında 29 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, X3 29 yanvar 2025-ci il tarixdə, saat 22:00-da tutulmuşdur; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 29 yanvar 2025-ci il tarixdə qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası medalının İ-16584 nömrəli vəsiqəsindən görünür ki, X3 “Xocavəndin azad olunmasına görə”medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2716 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası medalının İ-9112 nömrəli vəsiqəsindən görünür ki, X3 “Şuşanın azad olunmasına görə”medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyun tarixli 2711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası medalının İ-22306 nömrəli vəsiqəsindən görünür ki, X3 “Füzulinin azad olunmasına görə”medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 iyun tarixli 475s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası medalının İ-90721 nömrəli vəsiqəsindən görünür ki, X3 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X3 qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Bununla da, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini, (İXM-32.1.1), müharibə iştirakçısı olmasını və müxtəlif medallar ilə təltif edilməsini (İXM-32.2) məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli, barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. X3 dərhal məhkəmə iclas zalından azad edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1011/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1011/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver