Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1023/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Hacı-zadə İlham Etibar oğlunun iştirakı ilə Hacı-zadə İlham Etibar oğlunun barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Hacı-zadə İlham Etibar oğlu şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hacı-zadə İlham Etibar oğlu şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq yaşadığı mənzilin yaxınlığında, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ərazisində özünə məxsus “Kia Sportage” markalı, 77DN547 dövlət qeydiyyat nişanlı avtomobili özü avtomobilin içində oturmaqla təxminən 5 dəqiqə park etmişdir. Daha sonra elə həmin tarixdə ona “SMSRADAR” elektron sistemi vasitəsilə məlumat verildi ki, barəsində “Bakı Nəqliyyat Agentliyi” tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə BNA ******* saylı Protokol tərtib edilərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. Ona təqdim edilən məlumatlar əsasında elə həmin tarixdə elektron poçt vasitəsilə Bakı Nəqliyyat Agentliyinə müraciət etmiş və “inzibati xəta haqqında" Protokolun əsasında tərtib edilmiş “inzibati tənbeh vermə haqqında" Qərarın elektron formasının təqdim edilməsini xahiş etmişdir. Müvafiq Qərarda da, qeyd olunub ki, həqiqətən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hesab edir ki, aşağıda qeyd etdiyi hüquq normalarına əsasən, barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” Protokol və onun əsasında tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” Qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Belə ki, hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası müəyyən edilmişdir. Həmin maddəyə görə, AR İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Bakı Nəqliyyat Agentliyi" ilə şifahi telefon danışığı zamanı müvafiq maddənin tələblərini bildirdikdə ona bildirildi ki, barəsində tərtib edilən qanunsuz protokolun hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 122-ci maddəsinin deyil, Həmin Məcəllənin 124.5 və 124.6-cı maddələrinin pozulması faktını əsas gətirsin. Bu barədə hüquqi mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsində deyilir: Bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında Qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin maddənin qeyd hissəsində isə maddədə qeyd olunan “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” anlayışına tərif verilərək qeyd edilir ki, Bu Məcəllənin 124.5-ci maddəsində “yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Lakin təqdim edilən foto çəkilişlərə baxdıqda məlum olur ki, "yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallardan söhbət belə gedə bilməz. Bundan əlavə, həmin Məcəllənin 124.6-cı maddəsində qeyd olunur ki, Bu Məcəllənin 346.1 346.2, 346- 1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafı/ə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Təqsirliliyin sübuta yetirilməsində qanunazid əldə edilmiş sübutlardan istifadə edilmişdir və buna görə də iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Hacı-zadə İlham Etibar oğlu şikayətdə göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Bakı Nəqliyyat Agentliyinin etibarnamə üzrə nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati xəta haqqında qərarın surətindən görünür ki, Hacı-zadə İlham Etibar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayəti, iş materiallarını araşdırıb hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. “X1” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. İş materiallarına əlavə edilmiş fotoşəkildən məlum olur ki, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində, 2-ci cərgədə durmuşdur. 2-ci cərgədə saxlamaqla digər hərəkət iştirakçılarının, xüsusilə də ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkətinə əhəmiyyətli dərəcədə maneə yaratmışdır. Şikayətçi Hacı-zadə İlham Etibar oğlunun şikayətində göstərdiyi xüsusat, yəni icraat zamanı təqsirliliyin sübuta yetirilməsində qanunazid əldə edilmiş sübutlardan istifadə edilməsi onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Belə ki, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində göstərilən inzibati xəta haqqında iş üzrə icraat həmin Məcəllənin 124-cü maddəsinə uyğun aparılmışdır. İş materiallarında olan şəkillərdən məlum olur ki, “Kia Sportage” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilin daxilində və yaxud yanında heç kim yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Hacı-zadə İlham Etibar oğlu xx.xx.2022-ci il tarixdə Xətai rayonu, M.Hadi küçəsində “Kia Sportage” markalı, **- DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə durma qaydasını pozmuş və bu fakt fotoşəkillərlə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi Hacı-zadə İlham Etibar oğlunun şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Hacı-zadə İlham Etibar oğlunun Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-1023/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1023/2022
14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver