Məhkəmə qərarları › İş №3(011)-1024/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1024/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1024/2024 04.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Abbaslı Türkan İsmayıl qızının katibliyi Şikayətçi şəxs X4 iştirakları ilə, X1 Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi və iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə qanuni şəkildə idarə etdiyi “HYUNDAİ AZER MİNİK” markalı, “**-BM- ***” dövlət qeydiyyat nömrəli avtomobillə hərəkətdə olarkən **-YP-*** dövlət qeydiyyat nömrəli DYP avtomobili ona saxla əmrini verdi. DYPİ-nin Müşayiət - Eskort bölüyünün YPX inspektoru, polis baş serjantı X7 onun sənədlərini tələb etdi. Kompüter vasitəsi ilə onun məlumatlarını yoxladı və sənədlərində heç bir qanun pozuntusu aşkar olunmadı. Daha sonra ona irad tutdu ki, dumana qarşı işıqlarında qeyri-qanuni olan led lampalar var və o səbəbdən də avtomobil cərimə meydançasına aparılmalı, orada lampalar dəyişdirildikən sonra cəriməsi ödənilməklə avtomobil dayanacaqdan buraxılmaldıır. O həmin əməkdaşa bildirdi ki, əvvəla onun avtomobilində olan lampaları qanunvercilik qadağan etmir, digər tərəfdən, əgər, YPX əməkdaşı hesab edirsə ki, lampalar standartlara uyğun deyil, onda o, dərhal həmin lampaları yerində dəyişdirməklə qeyd olunan standarta uyğun olan lampanı quraşdımağa qadirdir. O nə qədər desə də, YPX əməkdaşı lampanı dəyişdirməsinə və onun dediyi nasazlığı aradan qaldırmasına imkan vermədi. Ailə üzvləri avtomobildə ola-ola avtomobili cərimə meydançasına aparıldı. Cərimə meydançasında o, avtomobildə olan led lampaları çıxarıb öz standart lampalarını quraşdırdı. Lampanı dəyişmək üçün xüsusi biliyə və ya mütəxəssisə ehtiyac yoxdur. Avtomobilin dayanacağa qəbulu zamanı tərtib olunmuş aktda da tərəfindən led lampaların zavod istehsalı lampalarla əvəz olunması qeyd olunmuşdur. Həmin aktla o, Bakı DYPİ-nin 30-cu otağına yaxınlaşdı. İnzibati otaqda birinci dəfə Anar adlı əməkdaş onun avtomobilini dayanacaqdan çıxarmasına icazə verməyərək bildirdi ki, lampaların dəyişdirilməsi mütəxəssis tərəfindən həyata keçirilməli, bu barədə akt tərtib olunmalı, həmin akt idarəyə təqdim edildikdən sonra avtomobilin dayanacaqdan götürülməsinə icazə verilməlidir. O buna etirazını bildirsə də, faydası olmadı. O ilk öncə Hyundai servizə müraciət etdi. Onlar belə bir xidmətlərinin olmadığını bildirdilər. Daha sonra o, da məcbur qalıb gedib Renault avtomobil servis mərkəzinə müraciət etdi. Həmin servizdən elektrik mütəxəssislə birgə dayanacağa gəldik. Mütəxəssis lampalara baxış keçirdi və lampaların tərəfindən düzgün qaydada zavod istehsalına dəyişdirildiyi müəyyən edildi və bu barədə servizdən ona arayış verildi. Tərəfındən həmin an videoya çəkilmişdir və məhkəməyə təqdim ediləcəkdir. O həmin arayışla birgə yenidən DYPi-nin 30-cu otağa yaxınlaşdı. İnzibati otaqda polis kapitanı X3 təqdim etdiyi arayış əsasında avtomobilimin cərimə meydançasından götürülməsinə icazə kağızı verdi. Bununla o, avtomobilini cərimə meydançasından çıxardı. Avtomobili Xətai rayonu, Y.Səfərov küçəsində saxlanılsa da, orada tələb etməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmədi və protokol ona verilmədi. Əməkdaş ona sabah Bakı şəhəri DYPi-nə yaxınlaşmaqla protokolu oradan götürməsini söylədi. Protokol ona hadisədən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə 30-cu otaqda Zaur adlı şəxs vermişdir. İnzibati tənbeh vermə haqqında protokol da həmin tarixdə ona təqdim edilmişdir. O, protokola baxanda anlamışdır ki, o, bir gün öncəki xx.xx.2023-cü il tarixlə ona protokol tərtib etmişdir. Protokoldan görünür ki, barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə protokol tərtib etmiş, həmin maddə ilə də inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. DYP-nin qərarından Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətinin qismən təmin edilməsi, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsilə inzibati xəta törətməyimə dair Bakı şəhəri BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri X13 İdarəsinə qaytarılması qərara alınmışdır. Qərar icraya göndərildikdən sonra ona Bakı şəhər DYPİ-dən məktub gəlmişdir ki, xx.xx.2023-cü il tarixədək Bakı şəhər BPİ DYP İdarəsinə gəlməlidir. O da xx.xx.2023-cü il tarixdə həmin idarəyə qeyd olunan otağa yaxınlaşmışdır. Orada əyləşən inzibati araşdırma üzrə baş inspektor X8 cəriməni ödəyib ödəməmək istəməsini soruşdu. O isə cavabında bildirdi ki, məhkəmə qərarı ləğv edib yenidən araşdırmaya göndərib, O niyə cərimə ödəməlidir? Arzuman Arzumanlı cavab verdi ki, onda yenə qərar verib səni təqsirli bilirik. O dedi ki, bəs araşdrıma aparmadan qərar qəbul edə bilməzsiniz. O dedi ki, biz qərarı verdik, narazısansa get yenə məhkəməyə ver. Yenidən həmin qərardan məhkəməyə şikayət vermişəm. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə DYP-nin qərarı yenidən ləğv edilmiş, və təkrar araşdırmaya göndərilmişdir. xx.xx.2024-cü il tarixdə DYP tərəfindən ona poçtla məktub göndərilmiş və ləğv edilmiş qərar üzrə araşdırmanın apaılması üçün xx.xx.2024-cü ilədək idarəyə dəvət edilmişdir. xx.xx.2024-cü il tarixdə O DYP-yə yaxınlaşdı. Biraz gözlədikdən sonra ona gətirib qərar verdilər ki, get cəriməni ödə! Qərardan aydın oldu ki, idarə tərəfindən həmin gün dəvət edilməsinə və heç bir araşdırma aparılmamasma baxmayaraq xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və ona yenidən şablon xarakterli inzibati tənbeh verilmişdir. Necə ola bilər ki, O rəsmi qaydada araşdırma apanlması üçün xx.xx.2024-cü il tarixədək dəvət edilir, amma, qərar ondan xeyli əvvəl, xx.xx.2024cü il tarixlə qəbul olunur. Hesab edir ki, DYP- nin bu hərəkəti həm vərəndaş olaraq ona, həm də qərarı yenidən araşdrımaya göndərən məhkəməyə çox böyük hörmətsizlikdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasına şikayətçi şəxs X6 ərizənin məzmununa uyğun izahat verərək Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X12 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 342.2.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 150 (yüz əlli) manat cərimə edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4474/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə - yüz əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Yol hərəkəti haqqında” Qanunun: 1 saylı Əlavənin İİİ bəndinə əsasən, 1) xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; (Qeyd: İstehsaldan çıxarılmış nəqliyyat vasitələrində başqa marka və modeldən olan nəqliyyat vasitələrinin xarici işıq cihazlarının qurulmasına yol verilir.) 2) faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; 3) Xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; 4) İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; 5) Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; 6) Geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, şikayətçinin şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir; 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Bakı şəhəri X13 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar