Məhkəmə qərarları › İş №3(011)-1027/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1027/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1027/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Orxan Novruz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X1 iştiraklarl ilə, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsi Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 27 yanvar 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Mitsubishi L200» minik markalı, 10PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinə verməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqan Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X4 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin nümayəndəsi X3 təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək göstərdi ki, Bakı Şəhər Xətai Rayon Polis İdarəsinin X12 Şöbəsi tərəfindən 27 yanvar 2021-ci il tarixdə Şəxs barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair AP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin mülkiyyətində olan “Mitsubishi L200” minik markalı, 10PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən fiziki şəxsin barəsində məlumat verilməsi barədə sorğu göndərilmiş, sorğu 15 yanvar 2021-ci il tarixdə qəbul edilmiş, 19 yanvar 2021-ci il tarixdə sorğuya cavb verilmişdir. Bu səbəbdən də inzibati xəta tərkibinin olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinin sorğu məktubunundan görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsi «Mitsubishi L200» minik markalı, 10PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat verilməsi hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətindən xahiş olunmuşdur; xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinin sorğu məktubu 15.01.2021-ci il tarixdə Hüseynov soyadlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol X6 Təcrübə üzrə baş inspektoru, polis mayoru X8 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 27 yanvar 2021-ci il tarixli, AP ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «Mitsubishi L200» minik markalı, 90PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinə vermədiyindən hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir; Məktubdan və yol qaiməsindən görünür ki, Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsinin sorğusuna cavab 19.01.2021-ci il tarixdə poçta təqdim edilmiş, 26.01.2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin X12i Şöbəsi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi X12i Şöbəsinin sorğu məktubunu hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti 15.01.2021-ci il tarixdə almış, sorğuya cavab məktubub 19.01.2021-ci il tarixdə poçta təqdim edilməklə hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti tərəfindən 5 gün keçmədən Xətai Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilmişdir. Müəyyən edilmişdir ki, MMC-nin mülkiyyətidə «Mitsubishi L200» minik markalı, 90PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcuddur, sorğuya cavabda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanın texniki səhv olaraq 90PZ179 əvəzinə 10PZ179 kimi göstərilməsi sorğuya cavab verilməməsi kimi qiymətləndirilməməlidir. Həmçinin, MMC-nin mülkiyyətidə «Mitsubishi L200» minik markalı, 10PZ179 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mövcud olmamışdır. Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməməsini nəzərdə tutmuş, MMC isə nəqliyyat vasitəsini xəta törədilən tarixdə X7 tərəfindən idarə edilməsini sorğuda göstərməklə xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı vermişdir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Məhdud Məsluliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar