Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10304/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixində Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qubadlı rayonu Sarıyataq kəndində ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixində saat 09:42-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102“ xidməti-zəng mərkəzi sistemindən Xətai RPİ-nin 35-ci PŞ-nə ********** saylı məlumat daxil olmuşdur. Həmin məlumatda Zeytun Sovxozu ev 4, mənzil 2-də yaşayan X3, Bəhruz adlı şəxs tərəfindən təhqir olunmasını bildirdi. Araşdırma nəticəsində xətanı törədən xx.xx.1985-ci il təvəllüdlü Şəxs barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, ailəlidir, 4 övladı var, ali təhsillidir, övladlarından heç biri yetkinlik yaşına çatmamışdır, 2-i isə azyaşlıdır. O, iş yoldaşı Şıxəliyev Raminə hissə-hissə müəyyən məbləğlərdə, ümumilikdə 8350 manat borca pul vermişdir, iş yoldaşı isə 1000 manatını ödəyib, qalan borcu ödəmir. Ailə vəziyyəti qarışıq olduğundan və pula ehtiyac duyduğundan iş yoldaşından borcunu geri qaytarmasını tələb etmiş, bu zaman aralarında mübahisə olmuş və ona qarşı kobud ifadə işlətmişdir. Həmin an əsəbi olmuş, özünü idarə edə bilməmişdir, lakin əməlindən peşmanlıq duyur və öz təqsirini qəbul edir. Sonda Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin sahə inspektoru, polis baş leytenantı X5 izahatında göstərdi ki, 2xx.xx.2025-ci il tarixində saat 09:42-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102“ xidməti-zəng mərkəzi sistemindən Xətai RPİ-nin 35-ci PŞ-nə ********** saylı məlumat daxil olmuşdur, X1 müraciəti əsasında xx.xx.2025-ci il tarixində X1 ev ünvanında xırda xuliqanlıq hərəkətləri etdiyi üçün xx.xx.1985-ci il təvəllüdlü Şəxs 35-ci Polis Şöbəsinə dəvət edilmişdir. Araşdırma nəticəsində xətanı törədən xx.xx.1985-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş İnzibati xəta haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş və həmin Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak etmiş X4 izahat verərək bildirdi ki, Şəxs borcu var, 1000 manatı ödəyib, qalan pulu ödəyə bilmir deyə Şəxs ondan borc pulu istəyəndə aralarında mübahisə düşmüşdü. Məhlədə bir-birləri ilə mübahisə etmişdilər, o da polisə müraciət etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozmuşdur. xx.xx.2025-ci il tarixli, AZA 000002 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il il saat 16:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları, azyaşlı iki övladının olmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3, 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclasından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №3(011)-10304/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10304/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver