Məhkəmə qərarları › İş №3(011)-1031/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1031/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1031/2020 07.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, “xxxxxx” ASC-nin İdarə heyətinin sədri X1 Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: “xxxxxx” ASC-nin İdarə heyətinin sədri X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edə-rək, Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 vəfat etdiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxxx 2020ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ 105769 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 baş beyin ocaqlı travması səbəbi ilə xx.xx.2020-ci il tarixdə ölmüşdür. İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X1 Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhəri İdarəsinin xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar