Məhkəmə qərarları › İş №3(011)-1031/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1031/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1031/2023 16.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X4, X1, onun nümayəndəsi və vəkili X5 iştirakları ilə, X8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla. Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-yə rəhbərlik edir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin əməkdaşları direktoru olduğu "xxxx" MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanına gələrək Rentgen avadanlıqlarının olub-olmamasını, bu avadanlıqlardan istifadə üçün müvafiq icazənin olub-olmamasını, bu avadanlıqların istifadə qaydalarına riayət olunmasını, həmçinin istifadəsi zamanı təhlükəsizlik qaydalarının qorunmasını yoxlayacaqlarını bildirmişlər. Bundan sonra iş otaqlarına və texniki otaqlara baxış keçirilmişdir. Fəaliyyət sahələrində rentgen avadanlığının olmamasına baxmayaraq yoxlamanı həyata keçirən böyük məsləhətçi X9 tərəfindən klinikada rentgen avadanlığının fəaliyyəti üçün xüsusi icazənin olmaması səbəbi əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkləri barədə xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. Daha sonra isə bu protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN № ******* saylı qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən 2.500 (iki min beş yüz) manat məbləğində cərimə olunmuşdur. Əslində isə yuxarıda da qeyd etdiyi kimi, klinikada quraşdırılmış və fəaliyyət göstərən hər hansı bir radioloji və ya rentgen avadanlığı olmamışdır. Belə olan halda hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 15 fevral 2023-cü il tarixli MN № ******* saylı qərarı və xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu əsassız olaraq yazıldığından ləğv edilməlidir. Göründüyü kimi, şikayətçi olaraq o, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin inzibati xəta haqqında qərarını mübahisələndirdiyi üçün işə inzibati icraat qaydasında baxıla bilməz. Şikayətə əlavə olunmuş Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron məlumat sistemindən əldə edilmiş çıxarışdan da göründüyü kimi direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1, Xətai rayonu ərazisidir. Beləliklə hesab edir ki, inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə əlaqədar verdiyi şikayətin hüquqi şəxsin ünvanı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməyi qanunamüvafiqdir. Qərarın sonunda qeyd edilmişdir ki, bu qərar təqdim edildiyi gündən 10 gün müddətində şikayət və protest verilməzsə qanuni qüvvəyə minir. Qərar ona 15 fevral 2023-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə iclasında X10 və onun nümayəndəsi X6 hər biri ayrı-ayrılıqda şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının və xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı protokolunun ləğv edilərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişlər. Həmçinin, X3 əlavə olaraq bildirmişdir ki, rəhbərlik etdiyi "xxxx" MMC-də yoxlama keçirilən zaman heç bir rentgen avadanlığının olmamasına baxmayaraq barəsində əsassız olaraq inzibati tənbeh tətbiq etmə qərar qəbul edilməklə cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin etibarnamə üzrə nümayəndəsi X7 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Göstərilənlərə əsasən o, X10 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını, şikayət ərizəsini, şikayətçinin, onun nümayəndəsinin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin NRFN şöbəsinin böyük məsləhətçisi X9 tərəfindən 02 fevral 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-də xx.xx.2023-cü il tarixli RT yoxlaması zamanı RŞ-nin İŞM ilə fəaliyyət üçün xüsusi icazə olmadığından və bununlada Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı müəyyən edildiyindən vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolun qeyd hissəsində X10 qısa vaxt ərzində nöqsanları aradan qaldıracağını qeyd etmiş və protokolla tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən 15 fevral 2023-cü il tarixində tərtib olunmuş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyinin yoxlama tədbirinin nəticələri üzrə xx.xx.2023-cü il tarixli P-23/027 nömrəli yoxlama aktı əsasında tərtib edilmiş 27 fevral 2023-cü il tarixli QN-23/027 nömrəli qərarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-də keçirilən yoxlama zamanı aşağıdakı pozuntular aşkar edilmişdir: ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyəti həyata keçirmək üçün xüsusi icazə yoxdur, tənzimləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı” yoxdur, radioaktiv mənbə və digər ionlaşdırıcı şüalanma mənbələrinin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənzimləyici orqana təqdim edilmir, ionlaşdırıcı şüalanma mənbələri ilə işləyən işçilər fərdi dozimetrlərlə təchiz olunmamışlar, tənzimləyici orqanla razılaşdırılmış “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” yoxdur. "xxxx" MMC-nin 453587 nömrəli mədaxil qəbzindən görünür ki, həmin klinikada Rentgen-Vizioqraf aparatından istifadə olunmuşdur. Məhkəməyə təqdim olunmuş bir ədəd fotoşəkildən görünür ki, "xxxx" MMC-də yerləşən otaqda rentgen aparatı mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; 268.0.1-ci maddəsinə əsasən radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, ev 10, mənzil 19 ünvanında yerləşən "xxxx" MMC-də RTM keçirilən zaman Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 758 nömrəli Fərmanının 3-cü bəndinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən 2500 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. X3 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xüsusatlarla razılaşmayaraq rəhbəri olduğu klinikada rentgen aparatının olmadığını bildirərək barəsində qəbul edilmiş qərarın qanunsuz olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Həmçinin, X10 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qısa vaxt ərzində nöqsanları aradan qaldıracağını qeyd etmiş və protokolla tanış olmasını öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin 453587 nömrəli mədaxil qəbzindən və fotoşəkildən görünür ki, həmin klinikada Rentgen-Vizioqraf aparatından istifadə olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X2 üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmiş 15 fevral 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar