Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1031/2024 03.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi, ev 12, mənzil 89 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 27 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə olan 200 manat məbləğində inzibati cərimə borcu borclu tərəfindən ödənilməmişdir. Beləliklə göstərilənlərə əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 160 saat ictimai işlər tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(011)-4574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs tərəfindən apellyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ictimai işlər tənbeh tədbir tətbiq edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 3(011)-4574/2023 saylı qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə materiallar yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması əsas gətirilərək Xətai rayon DYPŞ-in əməkdaşı onun Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmasını nəzərə alaraq barəsində 200 manat məbləğində cərimə cəzası tətbiq etmişdir. Hal-hazırda barəsində tərtib edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə 200 manat məbləğində cərimə borcu tərəfindən tam olaraq ödənilmişdir. Beləliklə göstərilənlərə əsasən o, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:08-də M.Hadi küçəsində olarkən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol Patrul Xidməti inspektoru, polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 17:08-də M.Hadi küçəsində olarkən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 200 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov tərəfindən tərtib edilmiş 27 oktyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin TP ******* nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə olan 200 manat məbləğində inzibati cərimə borcu borclu tərəfindən ödənilməmişdir. Bununlada o, Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsində əzərdə tutulmuş inzibati xətanı törətmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı icra sənədi əsasında iş üzrə icraata başlanılmış, qərar tələbin könüllü icrası barədə bildirişlə Şəxs göndərilmiş və sonuncu tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir; "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən 200 manat məbləğində inzibati cərimə borcu dövlət nəfinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 145.1.4-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. 529 - Qeyd: bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan üzərinə qoyulmuş cərimə öhdəliyini yerinə yetirməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, baxış dövründə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən 200 (iki yüz) manat məbləğində cərimə borcunun məhkəmə qərar qəbul edənədək tam şəkildə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs cərimə borcunu tam olaraq ödədiyindən inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1031/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1031/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver