Məhkəmə qərarları › İş №3(011)-10320/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-10320/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-10320/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X1, X2 Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətini nəzərdən keçirib, MÜƏYYƏNETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X4 AR DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AR DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan görünür ki, həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətində məhkəməyə şikayət vermək hüququ X3 izah edilmişdir. İş materiallarından görünür ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi təxminən 01 (bir) ay 04 (dörd) gün sonra, yəni xx.xx.2025-ci il tarixində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş TP ******* nömrəli qərardan verilmiş şikayətinin icraata qəbulundan imtina olunmalı və geri qaytarılmalıdır. X3 qərardadda göstərilən nöqsan aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 120- 132-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X4 tərəfindən AR DİN-in Bakı şəhər X8 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında xx.xx.2025-ci il tarixində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərardan verilmiş şikayətin icraata qəbulundan imtina olunsun və şikayət və əlavə olunmuş sənədlər geri qaytarılsın. Hakim: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar