Məhkəmə qərarları › İş №3(011)-10338/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10338/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10338/2025 26.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X4, zərərçəkmiş şəxslər X7 və X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1963-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Səbail Rayon Məhkəməsinin 2(009)-2736/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(009)-91/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(009)-1840/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 3(009)-1159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 3(009)-1990/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-5747/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən MN ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X10 protokolu müdafiə edərək əlavə etmişdir ki, Səbail Rayon Məhkəməsinin 2(009)- 2736/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(009)-91/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(009)-1840/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 3(009)-1159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 3(009)-1990/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-5747/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə ayrı-ayrılıqda 10500, 3700, 18430, 7796, 86, 500 və 500 manat borcu yaranmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2736/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə ödənişlər edilmiş və X2 xeyrinə hal-hazırda 3700 manat ödənilməmiş borc qalmışdır. İş materiallarında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1840/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən X1 xeyrinə 1000 manat həcmində ödəniş edilməsi barədə qəbzlər vardır, lakin qalan icra sənədləri üzrə heç bir ödəniş edilməmişdir. Sonuncu ödəniş 2024-cü ilin iyun ayında edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, barəsində Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası hökm edilmiş, Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsinədə cəzasının 5 ilini çəkdikdən sonra qalan hissəsindən azad edilmişdir. Bu günə qədər 7000-ə yaxın ödəniş etdiyini, lakin qardaşının onkoloji xəstəliyi və anasının vəfat etməsi onu maddi sıxıntılarla üzləşdirmişdir. Həmçinin özü də xəstəliyi ilə əlaqədar 2 aydır ki, işsizdir. İcra sənədləri üzrə yaranmış borclarını ödəmək məqsədilə Xaçmaz rayonundakı torpaqlarını satışa çıxarmış, onların satılmasını təmin etmək üçün rayonda olmuş və icra şöbəsinə gələ bilməmişdir. Bir il öncə X8 az məbləğdə ödəniş etmiş, X2 xanım olmasını və ehtiyaclarını nəzərə alaraq ona olan borcunun ödənilməsinə öncəlik vermişdir. Borcların ödənilməsindən qəsdən boyun qaçırmadığını, lakin halhazırda maddi imkanının olmadığını, ona ödənilməli olan borclar ödənilən kimi ödənişləri təmin edəcəyini bildirmişdir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, dəfələrlə polis və məhkəmə orqanlarına müraciətlər etməsinə baxmayaraq borcun ödənilməsinə nail ola bilməmişdir. Borc ödənilmədiyindən həm özünün, həm də oğlunun müalicəsinin edilməsində sıxıntılar yaşayır. Şəxs ona borcunu ödəyəcəyi ilə bağlı boş vədlər vermişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada həbs seçilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahatında göstərmişdir ki, Şəxs ona olan borcunu ödəməmişdir. Yaxın zamanda insult keçirdiyini və müalicəsi ilə bağlı maddi sıxıntılar yaşadığını qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada həbs seçilməməsini, beləliklə onun işləyib borcunu ödəməsi üçün imkanı olacağını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN ******* nömrəli, 26 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Səbail Rayon Məhkəməsinin 2(009)-2736/2017 nömrəli, xx.xx.2017-ci il tarixli, 2(009)-91/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 2(009)-1840/2014 nömrəli, xx.xx.2014-cü il tarixli, 3(009)-1159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 3(009)-1990/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Xətai Rayon Məhkəməsinin 2(011)-5747/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədləri üzrə ayrı-ayrılılqda 10500, 3700, 18430, 7796,86, 500 və 500 manat məbləğində pul vəsaiti Şəxs tutularaq tələbkarların xeyrinə ödənilməlidir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2736/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. 29 may 2025-ci il tarixli qərarla Şəxs barəsində axtarış elan edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-91/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra vərəqəsinə əsasən, X11 və Şəxs arasında Bakı şəhəri 16 saylı notariat kontorunda bağlanmış 22 noyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Şəxs 18400 (on səkkiz min dörd yüz) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, ümumilikdə 18430 (on səkkiz min dörd yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq X8 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1840/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsinə əsasən, 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5747/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən edilərək cavabdeh Şəxs 20 fevral 2023cü il tarixli kredit müqaviləsi üzrə 6951,19 manat əsas borc, 512,56 manat faiz borcu, 233,8 manat cərimə borcu olmaqla, cəmi 7697 (yeddi min altı yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik kredit borcu və 99,31 manat dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1990/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-1159/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimənin tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, iş üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən, İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 26 noyabr 2025-ci il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar