Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1034/2021 18.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, X2 Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində işi ilə əlaqədar yaşadığından yaxını X1 xahişi ilə ona məxsus ucuzluq mağazasını etibarnamə ilə idarə etmiş, idarə etdiyi müddətdə Nazirlər Kabneti tərəfindən qəbul edilmiş xüsusi karantin rejiminin tədbirlərinə riayət etmişdir. İdarə etdiyi ucuzluq mağazasında xidmət müqaviləsi əsasında satıçılar götürülmüş, satıçılar öz sahələrinə aid malların satışını həyata keçirmişlər. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru ona yaxınlaşaraq mağazanın idarəçisi olub-olmadığını soruşmuş, o da ona həmin mağazanı etibarnamə ilə idarəçiliyində olduğunu bildirmiş, həmin vaxt sahə inispektoru ona, satıçılardan birinin tibbi maskadan düzgün istifadə etmədiyini bildirimiş, o, satıçını çağırmış, satıçı tibbi maskadan düzgün istifadə etdiyini bildirmişdir. O, polis əməkdaşına hadisə ilə bağlı hər hansı çəkiliş və ya digər görüntünün olub-olmamasını soruşmuş, polis əməkdaşı ona, qoruyucu vasitədən düzgün istifadə etmədiyinə görə onu 4000 manat cərimə etdiyini bildirmişdir. O, polis əməkdaşına, satıçı qoruyucu vasitədən düzgün istifadə etməyibsə satıcının cərimə edilməsini bildirsə də, buna məhəl qoyulmayaraq həmin vaxt barəsində protokol tərtib etmiş və o, isə heç bir hüquq pozuntusu etmədiyindən həmin protokolu izma etməkdən imtina etmişdir. Protokolu imzalamaqdan imtina etdiyindən onu tutub 34-cü PŞ-nə aparmış, şöbədə ona, 4000 manat cəriməni yerində ödəniləcəyi təqdirdə buraxılacağı bildirilmişdir. Bir sutka o, şöbədə saxlanıldıqdan sonra yaxınları tərəfindən 102 Məlumta Mərkəzinə zəng etdikləri şikayətlərdən sonra onu buraxmışlar. Daha sonra düşünmüş ki, yaxınları tərəfindən 102 xidmətinə şikayət etdiyindən və onu buraxdıqlarından protokolu da cırıb atmışlar. Lakin Masallı rayon İcra və Probasiya şöbəsindən xx.xx.2021-ci il tarixdə ona poçt vasitəsi ilə daxil omuş zərfi açıb tanış olduqda, onun 4000 manat cəriməyə görə çağrıldığını öyrənmişdir. xx.xx.2021-ci il tarixdə Masallı rayon İcra şöbəsinə gəlib çağırılmağının səbəbini soruşduqda, icra məmuru ona karantin rejimini pozduğuna görə 4000 manat cərimə edildiyini bildirmişdir. O, icra işi ilə tanış olarkən icra işinin arasında inzibati xəta haqqında qərarın və protokolun olduğunu görmüş və ki, qeyd edilən polisin qərarının ona gəlmədiyini və baş verənlərdən məlumatıının olmadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə Masallı rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək Xətai RPİ-nin 34-cü PŞ-nin barəsində qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarını və protokolunu götürmüşdür. xx.xx.2020-ci il tarixdə qəbul edilmiş qərarla tanış olarkən, sahə inispektoru tərəfindən mağazada xidməti müqavilə əsasında VÖEN-lə təmin edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına baxmayaraq, satıcının əvəzinə o, 4000 manat cərimə edilmişdir. xx.xx.2020-ci il tarixdə tərtib edilən protokolda da karantin qaydalarının pozulduğu və bununla da İXM-in 211.1-ci maddəsi ilə məsuliyyət daşıdığı qeyd edilmiş, lakin protokolda hansı qaydaların konkret pozulduğu göstərilməmişdir. Həmçinin, protokola imza etmədiyi halda həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə də inzibati xəta haqqında qərar qəbul edilərək o, 4000 manat cərimə edilmişdir. Halbuki, o, tərtib edilən protokolla razı olmadığından və protokola imza etmədiyindən, polis idarəsinə dəvət edilməklə törədilən inzibati xəta onun və inispektorun iştirak ilə araşdırılmalı və sonra qərar qəbul edilməli oldduğu halda o, protokola baxılması ilə bağlı polis şöbəsinə dəvət edilməmiş və protokol tərtib edildiyi tarixdə də qərar qəbul edilmişdir. Bununla da onun müdafiə hüquqları pozulmuşdur. Bundan başqa, qəbul edilmiş qərarda onun İXM-in 211.1-ci maddəsinin tələbləri pozulduğu qeyd edilmiş və hansı hərəkətləri etdiyi, yəni müvafiq icazə olmadan mağazanı işlətdiyi və yaxud qoruyucu vasitə olan tibbi maskadan istifadə etməsi göstərilməli olduğu halda, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən bu hallara da diqqət edilməmiş və həmin qərar qəbul edilərkən və İXM-in 211.1-ci maddəsi tətbiq edilərkən guya onun “karantin rejimi qaydaları”nı pozması göstərilmişdir. Karantin rejiminin pozulması o deməkdir ki, Nazirlər Kabneti tərəfindən qəbul edilmiş qərarla fəaliyyətinə qadağa qoyulan sahaibkarlıq subyektlərinin və digər iş fəaliyyətlərinin icazə olmadan karantin müddətində özbaşına həmin fəaliyyətlə məşğul olmasıdır və bunla da şəxs karantin rejimi qaydalarını pozmuş hesab olunur. Nazirlər Kabnetinin xx.xx.2020-ci il tarixli qərarı ilə ticarət obyektlərinin fəaliyyətinə icazə verilmiş, qərarda göstərilən müddətdə o da hamı kimi mağazanı açıb işlətmişdir. Əgər qoruyucu vasitələrdən düzgün istifadə edilməməsi aşkar edilmişsə onda həmin əməl İXM-in 211.2-ci maddəsi ilə tövsüf edilməli idi, lakin səlahiyyətli orqan tərəfindən qərəzli şəkildə İXM-nin 211.1-ci maddəsi tətbiq edilmişdir. Onun idarə etdiyi mağazanın fəaliyyəti sahə inispektorunun protokol tərtib etdiyi müddətdə Nazirlə Kabnetinin xx.xx.2020-ci il tarixli, 336 saylı qərarı ilə icazə verilmiş, eyni zamanda inzibati xətanı törədən şəxs başqası olduğu halda, yəni tibbi maskadan xidməti müqavilə ilə satıcılıq edən şəxs düzgün istifadə etmədiyindən satıcının barəsində protokol tərtib edilməli olduğu halda, onun barəsində tərtib edilmiş və qərar qəbul edilmişdir. Bundan başqa, barəsində tərtib edilmiş protokolla razılaşmadığı halda protokola onun iştirakı ilə baxılmalı olduğu halda, iştirakı təmin edilməmiş, hüquq və vəzifələri izah edilməmiş və inzibati xəta haqqında protokol tərtib edildiyi tarixdə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, həmin qərarla hüquqları pozduğundan ləğv edilməli və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli İXM-in 129.1.3-cü maddəsinin şərh edilməsinə dair qərarına əsasən Qanunverici tərəfindən Azərbaycan Respublikası İXM-in 129.1.3-cü maddəsində dəyişiklik edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1 –ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və vaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Şikayətçi N.K.Hidayətov şikayətinin hüquqi əsası kimi İXM-nin 53, 105, 211.1, 211.2, maddələrinə, Nazirlər Kabnetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” xx.xx.2020-ci il tarixli 336 saylı qərarına istinad etmişdir. Məhkəmə iclasında X5 oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2020-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində Xətai rayonu M.Rüstəmov keçəsi ev 20 ünvanında işlətdiyi “Ucuzluq” univermağında xüsusi karantin rejmi qaydalarını pozması əsas gətirilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin sahə rəisi, polis mayoru Məhşur Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, səlahiyətli orqanın vəzifəli şəxsi tərəfindən X2 xüsusi karantin qaydasının tələblərini pozması əsas gətirilməklə İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxxx 2020-ci il tarixli, 359 nömrəli qərarına əsasən Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılmış, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 2.1.1.1-ci bəndin mətnində “30 sentyabr saat 00:00-dək” sözləri “2 noyabr saat 06:00-dək” sözləri ilə əvəz edilsin. X3 hər hansı inzibati xətanı törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. İnzibati xəta haqqında protokolda şikayətçinin karantin qaydalarının pozulduğu qeyd edilmiş, lakin hansı qaydaların pozulduğu göstərilməmişdir. Bundan əlavə, şikayətçinin idarə etdiyi mağazanın fəaliyyətinə protokol tərtib etdiyi tarixdə Nazirlə Kabnetinin xx.xx.2020-ci il tarixli, 336 saylı qərarı ilə icazə verilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmadan tərtib edilərək qəbul edilmişdir. Bundan əlavə, qərar qəbul edilərkən şikayətçinin iştirakı təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissədə şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Xətai RPİ-nin 34-cü PŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqanan (vəzifəli şəxsə) qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1034/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1034/2021
18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver