Məhkəmə qərarları › İş №3(011)-10392/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10392/2025

24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10392/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X19 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarla 1000 (bir min) manat cərimələnmişdir. Qərara əsasən "xxxx" MMC-nin direktoru X19 işçi X2 xx.xx.2025-ci il tarixdə iş vaxtı xəsarət alması ilə zədələnmiş, bədbəxt hadisə barədə işəgötürən DƏMX-ə məlumat verməməsinə görə məsuliyyətə cəlb edilmişdir. Barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarda şəxsin təqsirli bildiyi əməli konkret olaraq sadalamamış və formal yanaşma tərzi göstərmişdir. Belə ki, X6 ilə "xxxx" MMC arasında 01.04 2025-ci il tarixində əmək müqaviləsi bağlanmış və o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26a ünvanında yerləşən "BAGEL BAR" adlı kafedə təmizləyici kimi işə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixində (şənbə günü) isə X2 iş saatları növbəli olduğuna görə o, səhər növbəsində yəni, 07:00-dan 16:00-dək işdə olmuş (işçi tabeli şikayətə əlavə edilir) və işdə olduğu zamanı heç bir xəsarət almamışdır. Sonuncunun iş vaxtı 16:00-da bitmiş va o növbənin davam etməsi üçün növbəni 2-ci növbədə təmizləyici kimi çalışan X20 təhvil verərək iş yerini tərk etmişdir (işçi tabeli şikayətə əlavə edilir). X7 isə alından almış xəsarəti taxmini axşam radələrinda evdə olarkən almış və xx.xx.2025-ci il tarixdə saat 00:00-da özünün yaşadığı ünvana yəni, ünvan 2ır. Bu da bir daha onu sübut edir ki, X8 xx.xx.2025-ci il tarixində saat 16:00-da növbəsini X21 tahvil verdikdən sonra evdə olan zaman alındən xəsarət almış və bu səbəbdən də təcili tibbi yardımı özünün yaşadığı ünvana çağırmışdır. Yuxarıda qeyd olunanlardan və iş üzrə əlavə edilmiş sübutlardan da açıq-aydın müəyyən olunur ki, X9 19 iyul 2025-ci il tarixdə iş zamanı heç bir xasarat almamış o, xx.xx.2025-ci il tarixda saat 00:00-da özünün yaşadığı ünvana təcili tibbi yardım çağırmışdır (ambulator xəstənin tibhi kartasından çıxarış şikayətə əlavə edilir). Qeyd olunanlara asasən, X22 Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarı qanunsuz və əsassızdır. AR Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ila tasdiq edilmiş İstehsalatda haş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının 1.3-cü bəndində də qeyd edildiyi kimi, İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xasarai əmək vəzifələrinı yerinə yetirərkən işçinin bədən üzvlərinin toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin qərarın 14-cü bəndində isə İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən işçilərın öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra işçılarin xəsarət alması və ya ölümü müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş badbəxt hadisə kimi rəsmiləşdirilmədiyi və uçota almmadığı deyilir. Bundan başqa, inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibatı tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür Har hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tarafindan icra olunmaması, təqsirinın olub-olmaması sübutlarla müəyyən olunmalı va bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahivvətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanım olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibatı xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən amali (hərəkət və ya hərəkətsizliyı) törətmiş şəxsın inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi inzibati orqan fiziki şəxsın konkret təqsirini müəyyən etmədən və müvafiq sübutlar olmadan barəsində qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdır ona görə də qeyd olunan qərarın ləğv olunması zərurəti meydana gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 24 cü maddəsinin 1. İnsan ləyaqəti qorunur və ona hörmət edilir İİ. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır İİİ. Hüquqlar və azadlıqlar har kasin cəmiyyat və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin 1. Hər kəsin qanunla qadağan olunmayan usul və vasitələrlə öz hüquqlarını və azadlıqlarımı müdafiə etmək hüququ vardır. İİ Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. "İnzibati xətanın anlayışından bahs edilən İXM-nin 12-ci maddəsinə əsasən hamin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan amal (harakat və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, na vaxt, neca, hansı üsulla, hansı hərəkət və ya hərəkatsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi (bu hissə xüsusi qaraldılıb) və bu amalin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Lakin bunun üçün təqsir sübut olunmalıdır. Çünki AR İXM-nın 81-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin taqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakımin, səlahiyyətli orqanın (vəzifəli şəxsın) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2-ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edirik ki, İXM-nin 53.0 maddəsinin 53.0.1 -ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X5 Xətalar Məcəlləsinin 128.2.3-cu maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından səlahiyyatli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respiblikasının İnzibati Xətalar Məcəlləsinin 129.13-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsın ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən məhkəmədə verilən iddialarda inzibatı hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş dövlət rüsumunun ödənilməsindən azaddırlar. Göstərilən əsaslara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərar qanuni hesab edilə bilməz, bu səbəblə də həmin qərar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X11 inzibati tənbeh vermə haqqında qərarın məzmununa uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X19 tərəfindən işçisi X10 ilə bağlı xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş hadisə barədə DƏMX-nə həmin gün deyil xx.xx.2025-ci il tarixində məlumat verilmişdir və bunu təsdiq edən çıxarış məhkəməyə təqdim olunur. Bununla da "xxxx" MMC-nin direktoru X19 tərəfindən Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinin tələbləri pozulduğundan barəsində xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Odur ki, göstərilənlərə əsasən o, "xxxx" MMC-nin direktoru X19 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayətçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətçinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X22 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X24 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X19 tərəfindən işçisi X10 ilə xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" MMC-nin direktoru X19 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış 13 avqust 2025-ci il tarixli 05/25 saylı məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-də çalışan X6 xx.xx.2025-ci il tarixində işdə olarkən mətbəxdə stəkanı təmizləyib yuyarkən stəkan əlində sınmış və bunun nəticəsində sağ əlinin 5-ci barmağında kəsik yaranmış, əməkdaşa dərhal filial əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilmiş, əməkdaşa xəstəxanaya aparılması təklif edilmiş, lakin əməkdaş yaxşı olduğunu, hər hansı şikayəti olmadığını və xəstəxanaya getmək zərurəti olmadığını bildirərək evə getmək istədiyini bildirmişdir. Daha sonra evdə olarkən ailə üzvünün təkidi ilə təcili yardım vasitəsilə xəstəxanaya aparılmış və xəstəxana əməkdaşları tərəfindən ambulator müalicə göstərilmiş və həmin gün də evə buraxılmışdır. Əməkdaşa 20 iyul tarixindən 03 avqust tarixinə qədər istirahət üçün icazə verilmiş və həmin müddət üçün də əmək haqqı tam hesablanmışdır, 04 avqust tarixindən isə əməkdaş işə davam etməkdədir; Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.1-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarının 1.6-cı bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. İşəgötürən (müəssisənin vəzifəli şəxslərinə) zərərçəkənə ilk tibbi yardım göstərilməsini, onun tibbi sanitar hissəsinə və ya digər müalicə idarəsinə çatdırılmasını təşkil etməyə, hadisə baş vermiş iş yerindəki şəraiti və avadanlıqların vəziyyətini hadisənin baş verdiyi anda olduğu kimi saxlamağa (əgər həmin şərait və vəziyyət ətrafdakı işçilərin həyatı və səhhəti üçün təhlükə törətmirsə, qəzaya səbəb olmursa) borcludur. Həmin Qərarın 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X22 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X22 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Həmin Qərarın 1.8-ci bəndində isə qeyd olunmuşdur ki, istehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X22 Xidməti həyata keçirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X22 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X24 tərəfindən "xxxx" MMC-nin direktoru X19 tərəfindən işçisi X10 ilə xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verməməsi əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şikayət ərizəsində göstərilmişdir ki, X6 ilə "xxxx" MMC arasında 01.04 2025-ci il tarixində əmək müqaviləsi bağlanmış və o, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26a ünvanında yerləşən "BAGEL BAR" adlı kafedə təmizləyici kimi işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixində (şənbə günü) isə X2 iş saatları növbəli olduğuna görə o, səhər növbəsində yəni, 07:00-dan 16:00-dək işdə olmuş və işdə olduğu zamanı heç bir xəsarət almamış və bununlada tərəflərindən hər hansı bir inzibati xəta pozuntusu törədilməmiş, 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta hadisəsi olmadığına görə ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 13 avqust 2025-ci il tarixli 05/25 saylı məktubdan məlum olur ki, "xxxx" MMC-də çalışan X6 xx.xx.2025-ci il tarixində işdə olarkən mətbəxdə stəkanı təmizləyib yuyarkən stəkan əlində sınmış və bunun nəticəsində sağ əlinin 5-ci barmağında kəsik yaranmışdır. Göründüyü kimi şikayətdə istinad edilən hallar şikayətçinin özü tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsinə ünvanlanmış 13 avqust 2025-ci il tarixli 05/25 saylı məktub ilə təkzib edilir. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilmiş, "xxxx" MMC-nin direktoru X19 tərəfindən xx.xx.2025-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə DƏMX-nə həmin gün məlumat verilməməsi təsdiq edilmiş, bununla da şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar