Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10393/2025 28.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxs X10 nümayəndəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X14 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Dmanisi rayonunda anadan olmuş, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(011)-814/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 tərəfindən MN ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X7 izahatında göstərmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(011)-814/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərinin tələblərini yerinə yetirməmişdir. Belə ki, əmlakın 1/2 hissəsi olan 25347 manat və alimentin qalan borcunu ödəməmişdir. Rəsmi iş yeri və gəliri olmasına baxmayaraq borcu ödəmir. Qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 nümayəndəsi X11 izahatında göstərmişdir ki, avtomobil X10 adına olmağına baxmayaraq şəxs avtomobili ona vermir. Qarşı tərəfə avtomobili təhvil versələr həmin borcdan çıxacaqlarını desələr də, “Hyundai Elantra” markalı avtomobili indiyə kimi verməmişlər. Bundan başqa alimenti ödəmir. 3 uşaqdır, biri xəstədir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi X20 izahat verərək göstərmişdir ki, qeyd olunan avtomobil Şəxs olsa da, qaraj və mənzil X10 istifadəsindədir. Şəxsin rəsmi əməkhaqqı 545 manatdır. Ələ gələn maaş 490 manatdır. Bu maaşla hər ay 705 manat aliment ödəməsi mümkün deyil. Şəxs tərəfindən hər ay ödəniş olmuşdur. Bəzi ay az, bəzi ay çox olmuşdur. Hazırda anası 2100 manat ödəniş edə bilər. X5 razılaşmır və bütün borcun ödəönməsini tələb edir. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili ilə eyni məzmunlu izahat verərək qərar qəbul edilərkən qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 27 dekabr 2011-ci il təvəllüdlü X17, 22 aprel 2015-ci il təvəllüdlü X12 və 12 yanvar 2021-ci il təvəllüdlü X15 nikah pozulduqdan sonra anaları iddiaçı X10 yanında saxlanaraq onun himayəsinə verilməsi, 27 dekabr 2011-ci il təvəllüdlü X8, 22 aprel 2015-ci il təvəllüdlü X4 və 12 yanvar 2021-ci il təvəllüdlü X1 üçün 31 yanvar 2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X16 ödənilməsi, Cavabdeh Şəxs 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X16, dövlət rüsumunun kəsrini təşkil edən 20 (iyirmi) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, “X27” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 9.000 manat vəsait üzərində X10 1/2 (ikidə bir) hissədə, cavabdeh Şəxs 1/2 (ikidə bir) hissədə pay hüququ tanınsın və 9.000 manatın yarısı olan 4.500 (dörd min beş yüz) manat cavabdeh Şəxs iddiaçı X10 xeyrinə tutulmsı, “X24 Mikroavtobus” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 35.000 manat vəsait üzərində X10 1/2 (ikidə bir) hissədə, cavabdeh Şəxs 1/2 (ikidə bir) hissədə pay hüququ tanınsın və 35.000 manatın yarısı olan 17.500 (on yeddi min beş yüz) manat vabdeh Şəxs iddiaçı X10 xeyrinə tutulması, “Hyundai Elantra” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsindən əldə edilən 6.333,90 manatın yarısı olan 3.166,95 (üç min yüz altmış altı manat doxsan beş qəpik) manat Şəxs alınaraq X16 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olan 165.50 (bir yüz altmış beş manat əlli qəpik) manat cavabdeh Şəxs, 15.28 (on beş manat iyirmi səkkiz qəpik) manat iddiaçı X9 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, 2(011)-814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, e-2(011)-456/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, borclu Şəxs icra sənədində göstərilən tələbin dərhal icra edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3646/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli 17 may 2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunun müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 528.1-1 maddəsinə əsasən, İctimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİ bəndinə əsasən, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. “İnsan Hüquqlarının və X13 haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. Heç kəs qanunla müəyyən olunmuş hallardan və qaydadan başqa, azadlıqdan məhrum edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs nəinki məhkəmə qərarı ilə müəyyən edilmiş məbləğdə, hətta daha az - maddi imkanı çata biləcəyi məbləğdə belə ödəniş etməmişdir. Bu, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin inzibati qaydada 500 manatdan 1000 manatadək miqdarda cərimə edilməsi ağlabatan və inzibati tənbeh tədbirinin məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilməz. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq, ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 28 noyabr 2025-ci il tarixdən, saat 14:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-10393/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10393/2025
28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver