Məhkəmə qərarları › İş №3(011)-10398/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №3(011)-10398/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(011)-10398/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 18 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda vətəndaş X3 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxs Şəxs MMC-yə 3-17-5/2-79585/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilərək sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb olunsa da, sənədlər xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində natamam təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli, 3-17-5/2-79585/2025 nömrəli sorğu məktubu göndərilmişdir, X4 şikayətçi olmuşdur. Bahəddin Eldarov 2021-ci ildə işdən çıxmışdır. Arxiv sənədləri güzdək anbarında saxlanılırdı, 29 sentyabr tarixində baş vermiş yanğın nəticəsində 14 min kvadrat metr torpaq sahəsi yanmış, həmin yanğın nəticəsində arxiv sənədlərinin saxlanıldığı güzdək anbarı da yanmışdır. Həmin hadisə ilə bağlı cinayət işi başlamışdır, hazırda Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq Baş İdarəsində müvafiq araşdırma gedir. Həmin yanğın nəticəsində sənədlərin siyahısı olmasada, bununla bağlı 29 sentyabr 2025-ci il tarixli, 32 K nömrəli əmr mövcutdur, əmrdə göstərilmişdir ki, yanğın nəticəsində 2016-2023-cü illər dövrünə aid İnsan Resursları, Maliyyə və Hüquq şöbələrinə məxsus sənədlər tam yanaraq məhv olmuşdur, hadisə barədə müvafiq yanğından mühafizə orqanına məlumat verilmiş və rəsmi akt tərtib edilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq Baş İdarəsinə müraciət edilmişdir. Beləliklə o, göstərilənlərə əsasən barələrində əsassız olaraq tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC tərəfindən zəruri sənədlərin səlahiyyətli orqana təqdim edilmədiyini bildirərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Həmçinin verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, tərəflərindən göstərişin hüquqi şəxsin ünvanına göndərilməsini və onlara çatdırılmasını təsdiqləyən sənədləri hal-hazırda təqdim edə bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X8 tərəfindən tərtib edilmiş 18 noyabr 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən hüquqi şəxs Şəxs MMC-yə 3-17-5/2-79585/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu göndərilərək müvafiq sənədlərin 7 iş günü müddətində təqdim edilməsi tələb olunsa da, sənədlər xx.xx.2025-ci il tarixində və xx.xx.2025-ci il tarixində natamam təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin çıxışlarını dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 539.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduqlarından, işə baxılarkən həmin nöqsanların aradan qaldırılması mümkün olmadığından həmin materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC-yə barələrində başlanmış inzibati iş üzrə icraatda səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsinə dair məktubun göndərilməsini və tərtib olunmuş inzibati xəta haqqında protokolun hüquqi şəxsə çatdırılmasını təsdiqləyən hər hansı bir sənəd iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC tərəfindən zəruri sənədlərin təqdim edilmədiyini, lakin göstərişin hüquqi şəxsin ünvanına göndərilməsini və onlara çatdırılmasını təsdiqləyən sənədləri hal-hazırda təqdim edə bilmədiklərini qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən müvafiq icra hakimiyyəti orqanının göstəriş məktubunun qəbul edilibedilməməsi müəyyən olunmalıdır. Odur ki, yuxarıda sadalanan nöqsanlarla əlaqədar olaraq məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilib-edilməməsi və ya onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi üçün əsasların olub-olmaması məsələsinin həlli istiqamətində müəyyən nəticəyə gəlmək mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iş materialında mövcud natamamlıqları məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığı üçün inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 18 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə geri qaytarılsın. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar