Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1048/2020 10.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Elşad Ağayevin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Xətai rayon prokurorluğundan daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə, saat 13:25-də ünvan 2 ünvanında karantin rejimini pozmuşdur. Bakı şəhəri Xətai Rayon Prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə bağlı qərar qəbul edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1048/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1048/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs barəsində Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1048/2020 saylı xx.xx.2020-ci il tarixli inzibati tənbeh tətbiq etmə haqqında qərarı üzrə inzibati həbs bir ayadək müddətə təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1198/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəxs şikayəti qismən təmin edilmiş və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-1048/2020 saylı xx.xx.2020ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi Elşad Ağayev qərarın məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq xx.xx.2020-ci il tarixli qərar qəbul olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək xx.xx.2020-ci il tarixində saat 13:25-də Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 27 ünvanında yaşayış yerini sms icazə sistemindən istifadə etməyərək tərk etdiyini, şəxsi əşyalarının taxi xidməti vasitəsilə çatıdırlan zaman evdən uzaqlaşdığını, həmin vaxt polis əməkdaşları tərəfindən saxlanıldığını, hazırda işləmədiyini, 4 ay əvvəl fitness salonunda məşqçi kimi fəaliyyət göstərdiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs İnzabti Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması ilə bağlı qərar qəbul edilmişdir; Müavfiq icazə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs həmin tarixə aktiv icazəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir; 32.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı (maddə 32.1.1) məsuliyyəti yüngülləşdirən hal hesab edilir; “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1. təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2. ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3. yaxın qohumunun dəfnində iştirakla əlaqədar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə xx xxxx 2020-ci il tarixli qərarında göstərilmişdir;
1. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. adında və 6.1-ci bəndində “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə əvəz edilsin; 1.2. 1-ci hissədə “şəhərlərinin və Abşeron rayonunun” sözləri “, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının” sözləri ilə, “5 iyul” sözləri “10 avqust” sözləri ilə əvəz edilsin; 2 1.3. aşağıdakı məzmunda 1.1-1-ci bənd əlavə edilsin: “1.1-1. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.”; 1.4. 1.10-cu bənddən “və “E-Təbib” mobil tətbiqindən istifadə” sözləri çıxarılsın və həmin bəndə “Çağrı Mərkəzinə” sözlərindən sonra “, “E-Təbib” mobil tətbiqindən istifadə ilə bağlı yaranan çətinliklərlə əlaqədar isə 8113 Çağrı Mərkəzinə” sözləri əlavə edilsin. Müəyyən edilsin ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı: 2.1. 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 6 iyul saat 06:00-dək, 2020-ci il 11 iyul saat 00:00-dan 2020-ci il 13 iyul saat 06:00-dək, 2020-ci il 18 iyul saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahının qeyd edilən qərarlarında nəzərdə tutulmuş qaydada müvafiq icazə almayaraq yaşadığı ünvanı tərk etmişdir. Qeyd olunan halı Şəxs mübahisələndirməyərək etiraf etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları əsasında sübuta yetirilmişdir. Qeyd olunan hallar inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatları və digər iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddələri üzrə məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, ilk dəfə inzibati xətanı törətməsini və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Sədrlik edən: İbrahim İbrahimli