Məhkəmə qərarları › İş №3(011)-1050/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1050/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1050/2023 28.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən Şəxs barəsində 06 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən tərtib olunmuş 06 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarda göstərilmişdir ki, Şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X2 təqsirləndirilən şəxs Kazım-zadə Peyman Kərim oğlunun vasitəsi ilə xx.xx.2022-ci il tarixli müqavilə əsasında “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış və bunun nəticəsində 3250 manat gəlir əldə etmişdir, həmçinin Şəxs 2021-2022-ci ilin oktyabr ayınadək avtomobil alqı-satqısı ilə məşğul olsa da bununla bağlı hər hansı dövlət orqanında rəsmi qeydiyyatdan keçməmiş və həmçinin vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdan keçərək VÖEN almamışdır. Avtomobilləri ya nağd şəklində birdəfələlik ya da icarə müqaviləsi altınca ilkin ödəniş etmək şərti ilə 03 illik, gündəlik 25AZN olmaqla aylıq 750 manata kreditə verməklə qeyri rəsmi lizinq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə dövlət büdcəsinə ödədiyini, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən inzibati xəta hadisəsi nəticəsində vurulmuş 3250 manat məbləğində ziyanın tam olaraq dövlət büdcəsinə ödənildiyini bildirərək Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsinin qeydinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsə və səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən işə zərərçəkmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən tərtib olunmuş 06 fevral 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan fəaliyyət göstərən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 05 mart 2022-ci il tarixli müqavilədən görünür ki, Şəxs 3 il müddətinə gündəlik 25 manat olmaqla, ümumilikdə 1000 manat müqabilində nəqliyyat vasitəsini X1 istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. Muğanbank ASC “Qərb” Filialının və Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi nəticəsində dəymiş 3250 manat məbləğində ziyan tam olaraq dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 145.1.4-cü maddəsinə əsasən İXM-də şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda iş üzrə icraata xitam verilir; 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə- inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissəsində qeyd edilmişdir ki, bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi özünün etiraf edici izahatı və iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X2 xx.xx.2022-ci il tarixli müqavilə əsasında “Toyota Prius” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobili satmış və bunun nəticəsində 3250 manat gəlir əldə etmişdir, həmçinin Şəxs 2021-2022-ci ilin oktyabr ayınadək avtomobil alqı-satqısı ilə məşğul olsa da bununla bağlı hər hansı dövlət orqanında rəsmi qeydiyyatdan keçməmiş və həmçinin vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyatdan keçərək VÖEN almamışdır. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs tərəfindən inzibati xəta hadisəsi nəticəsində əldə edilmiş 3250 (üç min iki yüz əlli) manat məbləğində gəlirin tam şəkildə dövlət büdcəsinə ödənilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə ödədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar