Məhkəmə qərarları › İş №3(011)-1054/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1054/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1054/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Şikayət verən şəxs – X1 iştirakı ilə, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul olunan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X4 İdarəsinin inzibati tənbeh vermə haqqında 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus olan “ASAN PAY“ elektron şəxsi kabinetinə İXP ******* saylı protokol yerləşdirilmiş və buna müvafiq olaraq ona xx.xx.2024-cü il tarixli qərara əsasən 150 manat və 4 bal cərimə hesablanmışdır. Bu barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində “ASAN PAY” elektron şəxsi kabinetindən qeyd edilmiş protokol üzrə aidiyyatı quruma iki dəfə şikayət etmişdir. Belə ki, İXP ******* saylı protokolda iddia edilən xətanın törədildiyi tarix xx.xx.2024-cü il tarixli olmasına baxmayaraq protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, qərar isə xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmçinin bildirmək istəyir ki, iddia edilən inzibati xəta haqqında ona heç bir foto və video təqdim edilməmişdir. Qeyd olunanlarla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daha öncə şikayət etmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6214/2024 saylı qərarına əsasən TP ******* saylı qərar ləğv edilməli idi. Lakin Bakı Şəhər DYPİ-si TP ******* saylı qərarı ləğv edib, əvəzində xx.xx.2024-cü il tarixdə eyni məzmunlu yeni TP ******* saylı qərar qəbul edib. TP ******* saylı qərar barədə xx.xx.2024-cü il tarixdə yenidən Xətai Rayon Məhkəməsinə şikayət etmiş və məhkəmədən TP ******* saylı qərarın birdəfəlik tam ləğvi barədə qərar çıxarmasını xahiş etmişdir. Ancaq keçirilmiş təkrar məhkəmədə də Bakı DYPİ tərəfindən heç kimin iştirak etməməsinə və DYP tərəfindən həb də heç bir sübut (şəkil və video) təqdim edilməməsinə baxmayaraq, Xətai Rayon Məhkəməsi ona yazılmış TP ******* qərarın qismən ləğv edilməsi barədə 3(011)-65/2025 saylı qərar çıxarmışdır. Xətai Rayon Məhkəməsinin bu qərarına əsasən Bakı Şəhər DYPİ xx.xx.2025-ci il tarixdə TP ******* saylı qərarını qəğv edib əvəzinə eyni məzmunlu yeni TP ******* saylı qərar çıxardıb. Yuxanda qeyd olunanlardan göründüyü kimi Xətai Rayon Məhkəməsi İXP ******* saylı protokol əsasonda yazılmış qərarların ləğvi barədə 2 dəfə məhməkə qərarı qəbul etsə də, Bakı Şəhər DYPİ ona heç bir sübut təqdim etmədən təkrar-təkrar yeni qərar qəbul edir ki, bu proses beş ay davam etməkdədir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Bakı şəhəri DYPİ-nirı TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhər X4 İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər X4 İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli qərar ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 150 manat inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 327.4-cü maddəsinə əsasən, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və bununla da həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhər X4 İdarəsinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhər X4 İdarəsinin 29 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar