Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1070/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlu, Məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs Məhdud Məsulyyəti Cəmiyyəti Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan «HUNDAİ ELANTRA» minik markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin vəkili Vəkil izahat verərək göstərdi ki, protokol onunla əsaslandırılmışdır ki, şirkətin mülkiyyətində olan “HYUNDAİ ELANTRA” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən inzibati xəta törədilmiş və şirkət tərəfindən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat Xətai rayon Polis İdarəsinin Dövlət X3 sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Protokol qanunsuz və əsasız olaraq tərtib edilmişdir. Sorğu daxil olduqdan sonra 5 gün müddətində cavablandırılmışdır Belə ki, iş materiallarına əlavə edilmiş **-AE-*** nömrəli xəbərnamədən göründüyü kimi, DYPŞ tərəfindən Şirkətə sorğu xx.xx.2023-cü il tarixdə göndərilmiş, həmin sorğu Şirkətə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş ******* nömrəli qaimədən göründüyü kimi, Şirkət tərəfindən həmin sorğuya cavab xx.xx.2023-cü il tarixdə DYPŞ-ə göndərilmiş, xx.xx.2023-cü il tarixdə cavab DYPŞ-ə çatdırılmışdır. Sorğuya cavab sorğu daxil olduğu tarixdən (xx.xx.2023-cü il tarixdən) sonra ötən 4-cü gündə verilmişdir. Bu isə Şirkətin əməlində İXM-in 347-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olmamasına birbaşa işarə edir. Belə ki, İXM-in həmin maddəsinə əsasən nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi inzibati məsuliyyət yaradır. Şirkət isə sorğu daxil olduğu vaxtdan (xx.xx.2023-cü ildən) 5 gün müddətində (xx.xx.2023-cü ildən) ona cavab vermişdir. Vəzifəli şəxs isə Protokol tərtib edilərkən həmin halı aydınlaşdırmamış, sorğu Şirkətə daxil olduğu vaxtdan sonra hansı müddətdə onun cavablandırılmasını müəyyən etməmişdir. Bu da qanunsuz və əsassız Protokol tərtibi ilə nəticələnmişdir. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət X3 sorğusu xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən qəbul edilmişdir. Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “HYUNDAİ ELANTRA” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 15:22-də idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. Şəxs MMC tərəfindən Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC tərəfindən «HYUNDAİ ELANTRA» minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs X1 olması haqqında məlumat verilmişdir. qaimənin surətindən görünür ki, Şəxs MMC sorğuya verdiyi cavab məktubu xx.xx.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqanın sorğu məktubu Şəxs MMC daxil olduğu vaxtdan 5 gün müddətində cavablandırılmışdır. Bununla da, hüquqi şəxsin əməlində inzibati xəta olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusu Şəxs MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavablandırılmışdır. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53.1.2, 105.1, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1070/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1070/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver