Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1072/2024 05.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Sadıxov Rəfail Adil oğlu, Məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs MMC–nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs MMC Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusuna əsasən mülkiyyətində olan “DAF FTXF 105” yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı sorğu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC nümayəndəsi X3 izahat verərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC balansında olan «DAF FTXF 105 YÜK» markalı **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə qayda pozuntusunun kim tərəfindən törədilməsi barədə sorğu göndərilmişdir. Bildirmişdir ki, kommersiya fəaliyyətinin həyata keçirilməsi üçün Cəmiyyətin balasında hazırda 32 sayda nəqliyyat vasitələri mövcuddur. Cəmiyyətə məxsus olan həmin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrində təşkilatın hüquqi ünvanı-ünvan 1i göstərilmişdir. Lakin Cəmiyyət həmin ünvanda faktiki olaraq fəaliyyət göstərmir. Cəmiyyətin hal-hazırda faktiki ünvanı ünvan 2yri yaşayış sahəsi olmasına və bu haqda dəfələrlə aidiyyati DYP idarəsini məlumatlandırmaqlarına baxmayaraq, Cəmiyyətə məxsus olan nəqliyyat vasitələrini etibarnamə üzrə idarə edən sürücülər barəsində hər hansısa yol hərəkəti qaydalarının pozulması ilə bağlı dövlət yol polisi tərəfindən tərtib və tətbiq edilən inzibati xəta hadisələri ilə bağlı məlumatlar daimi olaraq Cəmiyyətin hüquqi ünvanı olan ünvan 1inə göndərilməkdə davam edir. Odur ki, inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Xətai Rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusundan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “DAF FTXF 105” yük markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə saat 13:38-də idarə etmiş fiziki şəxs haqqında sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumat verilməsi bildirilmişdir. xəbərnamədən görünür ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sorğusu xx.xx.2023-cü il tarixdə Şəxs MMC tərəfindən qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Şəxs MMC bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı «DAF FTXF 105 YÜK» markalı **-JY-*** dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs X1 (sürücülük vəsiqəsinin seriyası və nömrəsi AF 406069) müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin sorğusu Şəxs MMC tərəfindən qanunla müəyyən edilmiş müddətdə cavablandırılmışdır. Buna görə də hüquqi şəxsin əməlində inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDIM: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №3(011)-1072/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1072/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver