Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-10753/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Mustafayev İlkin Nizami oğlunun katibliyi ilə, X1 barəsində DİN BDYPİ tərəfindən EQ 32140891 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32140891 saylı inzibati xəta haqqında protokol əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati xəta işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, 21 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə inzibati xəta aşkar edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Qeydiyyat nişanı **-UM-*** olan "Hyundai Tucson" markalı nəqliyyat vasitəsinə yazılan cərimə barədə məlumatı 22 noyabr 2025-ci il tarixində "SMS Radar" mobil tətbiqi vasitəsilə əldə etmişdir. İnzibati xəta, Nərimanov rayonu, Atatürk prospektində foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələ ilə qeydə alınmışdır. Hesab edir ki, barəsində qəbul olunmuş qərar qanunsuzdur və heç bir əsas olmadan çıxarılmışdır. Həmin gün və həmin saatda **-UM-*** olan "Hyundai Tucson" markalı nəqliyyat vasitəsinə idarə edən şikayətçi olmamışdır, lakin ona aydın olmayan səbəbdən cərimə yazılıb. Buna əmin olmaq üçün sms radar vasitəsi ilə əldə olunmuş şəkillərə baxmaq kifayət edir. Şikayətçi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və şikayətinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində qərar çıxarılmış X3 şikayətlə məhkəməyə müraciət edərək EQ 32140891 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Bununla razılaşmayaraq bildirir ki, X3 21 noyabr 2025-ci il tarixində saat 17:30 radələrində idarə etdiyi “Hyundai Tucson” minik markalı avtomobillə Bakı şəhəri Atatürk prospektində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan zolaqla hərəkət etdiyinə görə ərazidə olan xüsusi texniki vasitə ilə qeydə alınmışdır. Foto və video materiallara əlavə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN BDYPİ tərəfindən EQ 32140891 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixində, saat 17:30-da “Hyundai Tucson” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsi əsas gətirilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati xəta hadisəsinin görüntülərini əks etdirən CD diskə baxış keçirilərkən xx.xx.2025-ci il tarixində, saat 17:30-da “Hyundai Tucson” minik markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şikayətçi idarə etdiyi avtomobillə ictimai nəqliyyatın hərəkət etməsi üçün nəzərdə tutulmuş yola daxil olmuşdur. Məhkəmə şikayətçinin həmin gün avtomobilin onun tərəfindən idarə edilməməsi ilə bağlı şikayətdə qeyd etdiklərinə münasibətdə qeyd edir ki, şikayətçi istinad etdiyi halı sübuta yetirəcək hər hansı dəlili məhkəməyə təqdim etməmiş, avtomobilin şikayətçi tərəfindən idarə edilməməsi işin hər hansı halı ilə öz təsdiqini tapmamışdır. Odur ki, barəsində haqlı olaraq qərar qəbul edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, DİN BDYPİ tərəfindən EQ 32140891 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X2 şikayəti təmin edilməsin. DİN BDYPİ tərəfindən EQ 32140891 saylı protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-10753/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-10753/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver