Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1083/2020 22.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Cəfərov x4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cəfərov x4 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra vərəqəsinə əsasən x3 Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 32 saylı fərdi yaşayış evinə köçürülməlidir. Lakin həmin fərdi yaşayış evi qardaşı x2 məxsusdur və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Qardaşı Şəxs və onun ailəsi ilə tələbkar x3 arasındakı münasibətlər olduqca kəskindir və birbirlərini görməyə gözləri yoxdur. Belə ki, qardaşı övladını evləndirmək niyyətindədir və o evə gəlin köçürmək istəyir. Odur ki, qardaşı və onun ailəsi ilə tələbkar R.N.Cəfərovanın həmin evdə birlikdə yaşamaları qeyri-mümkün olduğundan həmin icra vərəqəsinin tərəfindən icrasının təmin edilməsində çətinliklər yaranmışdır. Bir ara tələbkarla aralarında müəyyən kompensasiya ödənilməsi ilə əlaqədar əvəzlənməsi danışıqlar olunmuş, lakin razılaşma əldə olunmamışdır. Yaxınlarını vəfatı ilə əlaqədar icra sənədinin icrası ilə bağlı müəyyən aralar da yaranmışdır. Əməlindən səmim peşmandır və qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədindən görünür ki, x3 Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 32 saylı fərdi yaşayış evinə köçürülməlidir; icraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov vətərəfindən icra məmuru Ülvi Əkbərlinin iştirakı ilə tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinin icrası ilə bağlı xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 32 saylı fərdi yaşayış evinə gedilmiş, həmin evin qapısını döysələr də qapını açan olmamış, bundan sonra qonşulardan soraqlaşma aparılmış, qonşular həmin fərdi yaşayış evinin Şəxs qardaşına məxsus olmasını bildirmiş, həmin an tələbkarla telefon əlaqəsi yaradılmış, tələbkar verilmiş məlumatın yalnış olduğunu, həmin mənzili Şəxs məxsus olduğunu bildirmiş, bununla yanaşı borcluya məxsus mobil telefon nömrəsinə zəng edilmiş, lakin borclu telefon zəngini cavablandırmamışdır; Şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2019-cu il tarixli izahatından görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi aldığıını bildirərərk, ona verilən suallara cavab olaraq göstərmişdir ki, x1 Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 32 saylı fərdi yaşayış evinə köçürülməsi qeyri-mümkündür, belə ki, həmin fərdi yaşayış evi qardaşı x2 məxsusdur və o, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Qardaşı Şəxs və onun ailəsi ilə tələbkar x3 arasındakı münasibətlər olduqca kəskindir və bir-birlərini görməyə gözləri yoxdur. Belə ki, qardaşı ovladını evləndirmək niyyətindədir və o evə gəlin köçürmək istəyir. Odur ki, qardaşı və onun ailəsi ilə tələbkar R.N.Cəfərovanın həmin evdə birlikdə yaşamaları qeyri-mümkündür; Borclunun axtarışı haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir; Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin Şəxs ünvanladığı xx.xx.2019cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinin icrası ilə əlaqədar icra şöbəsinə dəvət olunmuş, əks halda barəsində qanunamüvafiq qaydada tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; Şəxs Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2020-ci il tarixli izahatından görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi aldığıını bildirərək ona verilən suallara cavab olaraq tələbkarla aralarında danışıqlar aparılaraq işi kompansasiya verilmək yoli ilə qaydasına qoyulacağını göstərmişdir; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(011)-556/17 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin bu qənaəti həmçinin onunla da əsaslandırılır ki, Şəxs icra sənədi üzrə x1 köçürülməli olduğu Bakı şəhəri Xətai rayonu M.Davud küçəsi 32 saylı fərdi yaşayış evinin qapısını bağlamış, həmin evin qardaşına məxsus olduğunu bildirərək x1 evə köçməsinə maneə yaratmış, icra məmurunun çağırışlarına gəlməmiş, barəsində axtarış elan edilmiş, polis əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə gətirilmişdir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1083/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1083/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver