Məhkəmə qərarları › İş №3(011)-1083/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1083/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1083/2024 03.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, Şikayətçi şəxs X10 etibarnamə üzrə nümayəndəsi, «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndələri X19 və X15 iştirakları ilə, X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X16 şikayətini onunla əsaslandırmışdır ki, Azpetrol Ltd." MMC-nin 94 saylı "Mayak-2" YDM-də elektromexanik işləyən X8 08 dekabr 2023-cü il tarixində, təxminən saat 12:30 radələrində vəzifə təlimatında nəzərdə tutulmuş işinin icrasını həyata keçirmişdir. İ.Manafov təqribən saat 15:30 radələrində özünü halsız hiss etdiyini bildirmiş, dərhal məntəqənin direktoru tərəfindən məntəqəyə təcili tibbi yardım maşını çağırılmış, həkim briqadası tərəfindən İ.Manafovun vəziyyəti yoxlanılmış, sonuncunun vəziyyətində hər hansı bir problemin olmadığı bildirilmiş, daha sonra İ.Manafov işinin icrasını davam etdirmiş, həmin gün iş növbəsini başa vurmuşdur. İ.Manafov 09-10 dekabr 2023-cü il tarixlərində evdə istirahətdə olmuş, xx.xx.2023-cü il tarixində məntəqəyə zəng vuraraq ona əmək qabiliyyətinin olmamasına dair vərəqə açıldığı barədə məlumat vermişdir. Daha sonra sonuncu X20 Xidmətinə şikayət edərək əlində şişmə və ağrıların olduğunu bildirmiş, həmin ağrıların yaranmasını isə əmək fəaliyyəti zamanı işinin icrası ilə əlaqələndirmişdir. Qeyd edilən məsələ ilə əlaqədar, "xxxx" MMC-nin Baş X2 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1 və 198.1.6-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən 22 fevral 2024-cü il tarixli, MN № ******* nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edilmişdir. X20 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında qərarı ilə, "xxxx" MMC-nin Baş X2 Azərbaycan Respublikası İXMnin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1250 (bir min iki yüz əlli) manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edirik ki, X20 Xidməti Bakı şəhər idarəsi tərəfindən 22 fevral 2024-cü il tarixli, MN № 1931973 nömrəli "İnzibati xəta haqqında" protokolu əsasında qəbul edilmiş X20 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarı qanunsuz və əsassız olduğuna görə ləğv edilməli və inzibati icraata xitam verilməlidir. Nə inzibati protokolda nədəki inzibati qərarda "Azpetrol Ltd. MMC-nin Baş X1 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb edilməyi əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən, İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Göründüyü kimi, qanunvericilik məhz İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün inzibati məsuliyyəti müəyyən etsə də, X20 Xidməti Bakı şəhər idarəsi, X5 münasibətdə istehsalatda baş verən hər hansı bir bədbəxt hadisə faktı qeydə alınmadığı halda (təhqiqat davam edir), qanunun normasını səhv tətbiq etməklə qanunsuz cərimə tətbiq etmişdir. Zəruri olaraq qeyd etmək istəyirik ki, inzibati cərimənin tətbiq edilməsinə əsas olmuş X4 X20 Xidmətinə əlində şişmə və ağrıların iş vaxtında olmasına dair şikayəti həqiqəti əks etdirmir. Belə ki, İ.Manafovun özünü halsız hiss etməsi ilə əlaqədar 08 dekabr 2023- cü il tarixində məntəqəyə təcili tibbi yardım maşını gəldiyi üçün Respublika Təcili və X11 Mərkəzi" X25ə vəkil sorğusu göndərilmiş, 08 dekabr 2023-cü il tarixində təxminən saat 16:00 radələrində "xxxx" MMC-nin "Mayak-2" YDM-nə gəlmiş təcili tibbi yardım maşınında olan həkim briqadası tərəfindən X4 ilkin müayinəsi zamanı açılmış kartanın müvafiq qaydada təsdiq edilmiş surətinin, eyni zamanda sözügedən şəxsə qoyulan diaqnoz və ilkin tibbi müayinə barədə ətraflı məlumatın, habelə sözügedən kartada Manafovun işinin icrasının davamiyyətinə dair həkim-briqadası tərəfindən kartada hər hansı bir qeyd-şərtin aparılıbaparılmaması barədə məlumatın verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X27 "Respublika Təcili və X11 Mərkəzi" X25 21 fevral 2024-cü il tarixli, 18-1-88/2-250/2024 saylı məktubunda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15:38-də "RTTTYM"-nə Qaradağ rayonu, Lökbatan dairəsi, "Azpetrol" yanacaqdoldurma məntəqəsi ünvanından İsgəndər adlı şəxsin "halının pis" olması səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 15 saylı bölmənin həkimi Aynur Adıgözəlova icra edərək, xəstə X6 "Qabırğaarası nevralgiya" diaqnozu qoyulmuş, xəstə ilkin tibbi yardımdan imtina etmişdir. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən məktuba əlavə edilmiş AR Səhiyyə Nazirliyi Təcili Tibbi Yardımın TQS *** **** saylı qeydiyyat vərəqəsinin "şikayətlər və anamnezə aid qeydlər" qrafasında qeyd edilmişdir ki: xəstə nəfəs alıbvermədə və hərəkət zamanı döş qəfəsində olan ağrıdan şikayət edirdi, deməsinə görə bu vəziyyəti soyuqdəymə ilə əlaqələndirir. Göründüyü kimi, X8 08 dekabr 2023-cü il tarixində təcili tibbi yardım maşınında gələn həkim briqadasına da döş qəfəsində olan ağrıdan şikayət etdiyini bildirmiş, hətta mövcud ağrını soyuqdəymə ilə əlaqələndirmişdir. İ.Manafov əlinin ağrıması, şişməsi və s. kimi məhz əlində ağrının olması barədə həkim briqadasına hər hansı bir məlumat verməmişdir. Nəzərə alsaq ki, X8 9-10 dekabr tarixlərində evdə olmuşdur. Bu da onu deməyə əsas verir ki, İ. Manafovun əlində olan ağrının evdə olduğu müddətdə hər hansı bir gördüyü işin səbəbli əlaqəsinin nəticəsi olması istisna deyildir. Heç də təsadüfi deyildir ki, İ.Manafovun məhz 11 dekabr 2023-cü il tarixində əmək qabiliyyətinin olmamasına dair bülleten açdırmışdır. Nəticə etibarı ilə qeyd edilməlidir ki, Manafovun əlində olan ağrılar, şişmələr sonuncunun evdə olduğu vaxtda yaranmış, işdə olduğu müddətdə onun əlində ağrı və ya şişmələrin olması barədə şikayətçinin və eyni zamanda X20 Xidmətinin arqumentləri təqdim edilən sübutla (Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X27 "Respublika Təcili ve X12 Mərkəzi" X25 21 fevral 2024-cü il tarixli, 18-1-88/2- 250/2024 saylı məktubu və digər sənədlər) təkzib olunmaqdadır. Daha sonra onu da qeyd etmək istəyirik ki, «İşçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin Siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli 7 nömrəli qərarında, "Qabırğaarası nevralgiya" diaqnozu nəzərdə tutulmamışdır. Göründüyü kimi, X20 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarı əsassız olaraq tərtib edilmişdir ki, bu səbəbdən də "xxxx" MMC-nin Baş X2 barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə tərtib etdiyi inzibati qərar ləğv edilməli və icraata xitam verilməlidir. "xxxx" MMC-nin Baş X1 Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 1250 (bir min iki yüz əlli) manat məbləğində cərimə edilməsinə dair X20 Xidməti Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN № ******* nömrəli "İnzibati tənbeh vermə haqqında" qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında şikayətçi şəxs X10 etibarnamə üzrə nümayəndəsi, «Kiçikbəyov və Partnyorları» Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X13 tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X4 “Qabırğaarası nevrologiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin həmin qərarın təsviri-əsaslandırıcı hissəsinə nəzər saldıqda ekspertin rəyindən də göründüyü kimi X4 bədənində hər hansı bir xəsarətin olması faktı təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X21 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Bakı Baş Səhiyyə Mərkəzi” X27 39 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan 1956-cı il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə cərrahi kabinetə müraciət etmiş və deməsinə görə xx.xx.2023-cü il tarixdə işdə ağır vedrə qaldırdıqdan sonra sağ əlin üst və mil-bilək nahiyəsində kəskin ağrı, ödem əmələ gəlmişdir.Xəstə xx.xx.2023-cü il tarixdə poliklinikada rentgen və ultrasəs müayinədən keçirilmiş, hadisə barədə Qaradağ Rayon 10 saylı Polis Bölməsinə məlumat verilmiş və ETTOİ- na göndəriş verilmişdir.. Xəstə isə X7 getmiş, xx.xx.2023-cü il tarixdə təkrar müayinədə olumuşdur. Xəstəyə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və cərrahın nəzarəti altında "Sağ mil- bilək nahiyyəsinin bağların gərilməsi. Sağ əlin tendovaginiti. Sinoviit " diaqnozu ilə ambulator şəkildə konservativ və fizioterapevtik müalicələr aparmışdır. Xəstə xx.xx.2024-cü il tarixdə nisbi yaxşılaşma ilə əmək qabiliyyəti olmaması vərəqəsi bağlanmaqla, işə yazılmışdır. Xəstə xəsarəti xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, poliklinikaya xx.xx.2023-cü il tarixdə müraciət etmiş və müraciət edərkən özünü adekvat aparmışdır. Xəstənin narkoloji və psixiatrik qeydiyyatda olub olmaması barədə ixtisaslaşdırılmış tibb müəssisəsinə sorğu göndərilməsi tövsiyyə olunur. Göstərilənlərə əsasən hesab edir ki, baş verən hadisə barədə hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilmədiyi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni olduğundan şikayət təmin edilməməli və dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X19 izahat verərək bildirmişdir ki, baş vermiş hadisə barədə Bakı şəhəri Qaradağ Rayon Prokururluğunda müvafiq araşdırma aparılmış, həmçinin alınmış izahatlardan da, göründüyü kimi müvafiq xəsarət var və bununla bağlı işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilmədiyi üçün qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı tam qanuni hesab edirlər. Şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Şikayət vermiş şəxs X16 məhkəmə iclasına gəlməmiş, məhkəmə hesab etmişdir ki, şikayət vermiş şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etdiyi üçün şikayət vermiş şəxsin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətlə əlaqədar inzibati işin materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X3 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinib 1250 manat məbləğində cərimə edilmişdir. 29 mart 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi Teymurov Teymur tərəfindən qəbul edilmiş qərardan görünür ki, X4 “Qabırğaarası nevrologiya” diaqnozu ilə xəstələnməsi faktında cinayət hadisəsi olmadığından 35-C-24 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi MTE PA Birliyi PHŞ-in Qaradağ rayon şöbəsinin 28.,03.2024-cü il tarixli, 208 sayli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində heç bir xəsarət aşkar edilməmisdir. İ.N Manafovun adına tərtib olunmuş tibbi sənəddə, göstərilmiş "Qabırğaarası nevralgiya diaqnozu xroniki, nevroloji xəstəliklər qrupuna aid olduğundan həmin diaqnoz, obyektiv, məhkəmə-tibbi və klinik əlamətləri ilə təsdiq olunmadığı üçün xəsarət kimi qiymətləndirilməmiş və dərəcə təyinində nəzərə alınmamışdır. Materiala əlava edilmiș Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bak şəhər TTYS-nin 15 saylı bölməsi tərəfindən tərtib edilən 8789 nömrəli "Təcili yardımın qeydiyyat vərəqi"-ndən görünür ki, xx.xx.2023-cű il tarixdə "103" Çağrı Mərkəzinə daxil olmuş məlumatdan sonra həkim Aynur Adigözəlova TTY avtomobilinin sürücüsü ilə birlikdə qeyd olunan "Azpetrol" YDM-nə gəlmiş və xəstə X8nu müayinə edərək ona "Qabırğaarası nevroalgiya" diaqnozu qoymuş, həmin vaxt xəstə İskəndər Manafov nəfəs alıb-verməkdə və hərəkət zamanı döș qəfəsində olan ağrıdan şikayət etmiş və bu vəziyyətini soyuqdəymə ilə əlaqələndirmişdir. Xəstə inyeksiyadan imtina etmiş, həmçinin həkim tərəfindən xəstənin ümumi vəziyyəti kafi dəyərləndirilmiş, sahə həkiminə görülməsi məsləhət edilmişdir. Beləliklə, ünvan 4 ünvanında yașayan, xx.xx.1956-c1 il təvəllüdlü, " Azpetrol LTD' MMC-nin 94 saylı "Mayak- 2" YDM-də elektromexanik peşəsində işləyən X4 xx.xx.2023-cü ildə, saat 15:30 radələrində işlədiyi yanacaqdoldurma məntəqəsində olduğu zaman xəsarət alması ilə bağlı Azərbaycan Respublikasının Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətindən daxil olmuş məlumatla əlaqədar toplanmış izahat və sənədləri müqayisəli təhlil edərək nəticəyə gəlirəm ki, İskəndər Manafov xx.xx.2023-cũ ildə, saat 15:30 radələrində 94 saylı "'Mayak-2" YDM-də işdə olduğu zaman heç bir xəsarət almamış, ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də, kənar şəxsin(şəxslərin) qəsdi və ya ehtyatsızlığı olmamış və o, həmin tarixdə qeyd olunan YDM-də ișdə olduğu zaman qəflətən səhhəti pisləşmiş, bununla əlaqədar çağırılan Bakı şəhər TTYS-nin 15 saylı bölməsinin həkimi tərətindən ona xroniki, nevroloji xəstaliklər qrupuna aid "Qabırğaarası nevralgiya" diaqnozu qoyulmaqla ilkin tibbi yardım göstərilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 “Bakı Baş Səhiyyə Mərkəzi” X27 39 nömrəli şəhər poliklinikası tərəfindən ünvanlanmış 25 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yaşayan 1956-cı il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə cərrahi kabinetə müraciət etmiş və deməsinə görə xx.xx.2023cü il tarixdə işdə ağır vedrə qaldırdıqdan sonra sağ əlin üst və mil-bilək nahiyəsində kəskin ağrı, ödem əmələ gəlmişdir.Xəstə xx.xx.2023-cü il tarixdə poliklinikada rentgen və ultrasəs müayinədən keçirilmiş, hadisə barədə Qaradağ Rayon 10 saylı Polis Bölməsinə məlumat verilmiş və ETTOİ- na göndəriş verilmişdir.. Xəstə isə X7 getmiş, xx.xx.2023-cü il tarixdə təkrar müayinədə olumuşdur. Xəstəyə xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsi açılmış və cərrahın nəzarəti altında "Sağ mil- bilək nahiyyəsinin bağların gərilməsi. Sağ əlin tendovaginiti. Sinoviit " diaqnozu ilə ambulator şəkildə konservativ və fizioterapevtik müalicələr aparmışdır. Xəstə xx.xx.2024-cü il tarixdə nisbi yaxşılaşma ilə əmək qabiliyyəti olmaması vərəqəsi bağlanmaqla, işə yazılmışdır. Xəstə xəsarəti xx.xx.2023-cü il tarixdə almasına baxmayaraq, poliklinikaya xx.xx.2023-cü il tarixdə müraciət etmiş və müraciət edərkən özünü adekvat aparmışdır. Xəstənin narkoloji və psixiatrik qeydiyyatda olub olmaması barədə ixtisaslaşdırılmış tibb müəssisəsinə sorğu göndərilməsi tövsiyyə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır 555.1-ci maddəsinə əsasən İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs X16 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhər Qaradağ Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 29 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən hallar və həmin qərarın halhazırda qüvvədə olması nəzərə alınmalıdır. Belə ki, baş vermiş hadisə ilə bağlı Bakı şəhər Qaradağ Rayon Prokurorluğunda müvafiq araşdırma aparılmış, tərəflərin izahatlı alınmış, həmçinin iş üzrə müvafiq ekspertiza keçirilərək 29 mart 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda da, müəyyən edilmişdir ki, İskəndər Manafov xx.xx.2023-cũ ildə, saat 15:30 radələrində 94 saylı "'Mayak-2" YDM-də işdə olduğu zaman heç bir xəsarət almamış, ona qarşı hər hansı qanunsuz hərəkət, eləcə də, kənar şəxsin(şəxslərin) qəsdi və ya ehtyatsızlığı olmamış və o, həmin tarixdə qeyd olunan YDM-də ișdə olduğu zaman qəflətən səhhəti pisləşmiş, bununla əlaqədar çağırılan Bakı şəhər TTYS-nin 15 saylı bölməsinin həkimi tərətindən ona xroniki, nevroloji xəstaliklər qrupuna aid "Qabırğaarası nevralgiya" diaqnozu qoyulmaqla ilkin tibbi yardım göstərilmişdir. Məhkəmə hesab edir ki, X10 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X10 əməlində inzibati xəta tərkibi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117, 134, 135 və 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin Bakı şəhər idarəsinin 06 mart 2024-cü il tarixli, MN1612592 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 əməlində inzibati xəta tərkibi müəyyən olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar