Məhkəmə qərarları › İş №3(011)-1085/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1085/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1085/2020 13.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, protest verən Bakı şəhəri Xətai rayon prokurorluğunun nümayəndəsi Fariz İbrahimovun, inzibati xəta haqqında iş üzrə qərarından protest verilmiş Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X4 iştirakları ilə, Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov protestlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov protesti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə müvafiq olaraq «Siqnal» X1 idarəsinin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən duracağında saxlanılan avtomobillərin qanunluğu tərəfindən yoxlanılmış və müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud surətdə pozularaq avtomobilin qanunsuz olaraq duracağa yerləşdirilmişdir.Belə ki, xx.xx.2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan X5 xx.xx.2020-ci il tarixdə saat 22:31-də idarə etdiyi “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən Bakı şəhəri Xətai rayon DYPŞ-nin Yol patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən İXM-nin 342.5-ci maddəsinə əsasən elektron protokol tərtib olunmuş, avtomobil xx.xx.2020-ci il tarixli aktla duracağa yerləşdirilmiş, inzibati təcrübə üzrə baş inspektor, polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla 50 manat cərimə edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, İXM-nin 122.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) inzibati cərimənin məbləği və ödənilməsi qaydası göstərilməlidir. Lakin baş inspektor Fərid Əhədov tərəfindən tərtib edilmiş elektron qərarda müəyyən edilmiş hallar, inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməmişdir. Göstərilənlərdən əlavə, həmin qərara bir ədəd duracaq aktı əlavə olunmuş və müəyyən edilmişdir ki, Fuad Ağaməmmədovun İXM-nin 342.5-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə əlaqədar avtomobili qanunsuz olaraq duracağa yerləşdirilmişdir. İXM-nin 96.1-ci maddəsinə əsasən dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə, dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə, dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən iki ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Göründüyü kimi sürücü Fuad Ağaməmmədovun İXM-nin 96.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmədiyi halda, inspektor R.Quluzadə tərəfindən qanunsuz olaraq avtomobil duracağa yerləşdirilmişdir. Həmçinin, İXM-nin 100.4-cü maddəsinin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Lakin, sürücünün protokola imza etməməsi barədə protokolda hər hansı qeyd aparılmamışdır. Bundan əlavə, İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bundan başqa, İXM-nin 93-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Nəqliyyat vasitəsinə baxış haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və ya nəqliyyat vasitəsinin sahibi, habelə hal şahidləri tərəfindən imzalanır. Nəqliyyat vasitəsinə baxış haqqında protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və nəqliyyat vasitəsinin sahibinə verilir. Göründüyü kimi, baş inspektor Fərid Əhədov nəqliyyat vasitəsini saxlayıb ona baxış keçirərkən nəqliyyat vasitəsinə normativ tələblər pozulmaqla, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasazlığını müəyyən etmədən, baxış zamanı hal şahidlərinin iştirakını təmin və baxışın keçirilməsi barədə protokol tərtib etmədən, sürücü barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Odur ki, Bakı şəhəri Xətai rayon DYPŞ-nin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Fərid Əhədovun inzibati xəta haqqında iş üzrə 25,06.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və bu baxımdan məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərardan verilmiş protestə qanunla nəzərdə tutulmuş qaydada mahiyyəti üzrə baxılmalı və nəticəsindən asılı olaraq Azərbaycan Respublikası İXM-nin 134-cü maddəsində nəzərdə tutulan qərarlardan biri qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai rayon prokurorluğunun nümayəndəsi Fariz İbrahimov protestdə göstərilənlərə uyğun izahat verərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin nümayəndəsi X6 protestə etiraz edərək göstərdi ki, Azərbaycan Respublikası İXM-nin 96.1.6-cı maddəsinin tələblərinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmuşdur. Həmçinin, Azərbaycan Respublikası İXM-nin 98-ci maddəsinin tələblərinə əsasən, yəni qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə də qeyd olunan hal mövcud olmuşdur. Bu səbəbdən Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni və əsaslı olduğunun bildirərək protestin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə protesti, icraatın iştirakçılarının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, protest təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon DYPŞ-nin yol ptraul xidməti inspektoru, polis serjantı X9 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 22:31-də idarə etdiyi “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən İXM-nin 342.5-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta hadisəsini törətdiyi əsas gətirilməklə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur; xx.xx.2020-ci il tarixli, 191 nömrəli avtonəqliyyatın saxlanma qəbulu barədə aktdan görünür ki, X2 idarə etdiyi “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili öz hərəkəti ilə duracağa gətirilmişdir; Bakı şəhəri Xətai RPİ-nin DYPŞ-nin polis mayoru, X7 inzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 22:31-də idarə etdiyi “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsində hərəkətdə olarkən İXM-nin 342.5-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta hadisəsini törətdiyi üçün barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 96.1-ci maddəsinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır: 96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda; 96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə; 96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə; 96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda; 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda; 96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda; 96.1.7 icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə; 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati orqanın nümayəndəsi Azərbaycan Respublikası İXM-nin 96.1.6-cı maddəsinin və 98-ci maddəsinin tələblərinə əsasən “Khazar” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsinin qanuni olduğunu bildirmişdir. Məhkəmə, inzibati orqanın nümayəndəsinin dəlilləri ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İXM-nin 96.1.6-cı maddəsinin tələblərindən göründüyü kimi, nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarının olması imperativ olaraq göstərilmişdir. Lakin, inzibati orqan nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, xarici işıq cihazlarının və ya qabaq şüşənin şüşə silgəclərin, şüşəyuyanların nasaz olması və belə nasazlığın aradan qaldırılmasının mümkün olmaması barədə də hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən protest əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır; 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun protesti təmin edilməli, Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞnə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Bakı şəhəri Xətai rayon prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanovun protesti təmin edilsin. X3 İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə tənbeh verilməsinə dair Bakı şəhəri Xətai rayon DYPŞ-si tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhəri Xətai rayon DYPŞ-nə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə şikayət və protest verilə bilər. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar