Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1086/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdülrəşid oğlunun iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 137 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Əbdülrəşid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Əbdülrəşid oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13552/2016 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqəsini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına müvafiq qərar və bildiriş göndərilmiş, borclunun izahatı alınmışdır. Lakin, borclu maddi imkanı olmadığından icra sənədinin icrasını tam təmin edə bilmədiyini bildirmişdir. Eyni zamanda Şəxs Əbdülrəşid oğlu tərəfindən indiyənədək aliment borcundan müxtəlif vaxtlarda ödənişlər edilmiş və hal-hazırda sonuncu tərəfindən icra sənədi üzrə olan 2977 (iki min doqquz yüz yetmiş yeddi) manat aliment borcundan 920 (doqquz yüz iyirmi) manat ödəniş edilmiş, lakin qalan 2057 (iki min əlli yeddi) manat aliment borcu ödənilməmişdir. Odur ki, borclu Şəxs Əbdülrəşid oğlu barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əbdülrəşid oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13552/2016 saylı icra sənədinə əsasən ondan xx.xx.2015-ci il təvəllüdlü Göyçayskiy Nazlı Anar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutlaraq iddiaçı Göyçayskiy Gülay Ravil qızına ödənilməlidir. Tərəfindən indiyənədək aliment borcundan xx.xx.2017-ci il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat ödənilmiş, hal hazırda isə 920 (doqquz yüz iyirmi) manat ödəniş etmişdir. Ayıq sürücü xidmətində işləyir, ölkə ərazisində pandemiya ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejiminə görə işləri dayanmışdır. Borcu ödəməkdən yayınmır və bundan sonra da hər ay 400 (dörd yüz) manat olmaqla qalan borcunu ödəməyə hazırdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq barəsində aparılan inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13552/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs Əbdülrəşid oğlundan xx.xx.2015-ci il təvəllüdlü Göyçayskiy Nazlı Anar qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutlaraq iddiaçı Göyçayskiy Gülay Ravil qızına ödənilməlidir; icraata başlama haqqında xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)- 13552/2016 saylı icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs Əbdülrəşid oğluna göndərilmişdir; xx.xx.2017-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli,xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2018-ci il tarixli, ********* nömrəli, xx.xx.2017-ci il tarixli, ********* nömrəli, xx.xx.2018ci il tarixli, ********* nömrəli və xx.xx.2019-cu il tarixli, ********* nömrəli qəbzlərin surətindən görünür ki, Şəxs Əbdülrəşid oğlu tərəfindən indiyənədək aliment borcundan xx.xx.2017-ci il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat ödəniş edilmişdir; Şəxs Əbdülrəşid oğlunun Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə vermiş olduğu xx.xx.2020-ci il tarixli izahatında görünür ki, Şəxs ona verilən suallara cavab olaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13552/2016 saylı icra vərəqəsi əsasında tutlacaq aliment borcunu işsiz olduğu, heç yerdə işləmədiyi indiyədək 2171 manat ödəniş etdiyini, qalan aliment borcunu isə hissəhissə ödəyəcəyini bildirmişdir; qəbzlərdən görünür ki, Şəxs Əbdülrəşid oğlu tərəfindən 920 (doqquz yüz iyirmi) manat pul İsmayılov Göyçayskiy Gülay Ravil qızına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Əbdülrəşid oğlu tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli, 2(011)-13552/2016 saylı icra sənədi üzrə icraata başlama haqqında qərar xx xxxxxx 2016-cı il tarixdə qəbul edilmiş, Şəxs Əbdülrəşid oğlu aliment borcundanxx.xx.2017-ci il tarixdə 150 (bir yüz əlli) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 120 (bir yüz iyirmi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat, xx.xx.2018-ci il tarixdə 117 (bir yüz on yeddi) manat,2020-ci ilin iyul-avqust ayında isə 920 (doqquz yüz iyirmi) manat olmaqla pul ödəmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan şəxsə istinad olunan maddənin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs Əbdülrəşid oğlu tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Əbdülrəşid oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Əbdülrəşid oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №3(011)-1086/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1086/2020
04.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver