Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1087/2021 25.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Axundov Fuad Aydın oğlunun sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X14 İdarəsinin 11.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayında ona tərtib olunan cəriməni ödədiyi halda 2020-ci ilin dekabr ayında onu sürücülük hüququndan məhrumetmə qərarı qəbul olunmuş və onun bundan xəbəri olmamışdır. Məhrumetmə haqqında qərar qeydiyyatda olduğu ünvanda yaşadığı halda ona heç bir məktub və bildiriş gəlməmişdir. Belə ki, 09.01.2021-ci il tarixində X11 Xidmətinin vətəndaşı onu saxlayaraq 332.3-cü maddəsini nəzərdə tutaraq 200 manat məbləğində cərimə tətbiq edilmişdir. Ona tətbiq edilən əvvəlki cərimənin sürücülük hüququndan məhrum edilməmişdən qabaq 3 ay ödənilməsinə baxmayaraq və onun sürücülük hüququndan azad edilməyindən xəbəri olmamışdır. Beləliklə o, göstərilənləri nəzərə alaraq barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək, Bakı şəhər X14 İdarəsi tərəfindən tərtib olunmuş 11.01.2021-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11.01.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs kimi “Hyundai Solaris” minik markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi göstərilmiş, bu səbəbdən o, İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3383/2021 saylı 06.11.2020-ci il tarixli qərarından görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-3383/2021 saylı 27.01.2021-ci il tarixli qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 332.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - iki yüz manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 3383/2021 saylı 06.11.2020-ci il tarixli qərarına əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. X4 məhkəməyə təqdim etdiyi 14.12.2020-ci il tarixli qəbzlə 11.03.2020-ci il tarixli İXP seriyalı ******* saylı qərar üzrə hesablanmış 64 manat məbləğində cəriməni ödədiyinə görə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qərarına xitam verilmişdir. Barəsində şikayət verilmiş 11.01.2021-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan müəyyən edilir ki, X8 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılan araşdırma ilə müəyyən edilmişdir ki, X8 Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 noyabr 2020-ci il tarixli qərarın surətini aldıqdan sonra o, həmin qərarın qəbul edilməsinə əsas olmuş İXP seriyalı ******* nömrəli qərarla təyin edilmiş cəriməni, o cümlədən, 3 ay ərzində gecikməyə görə hesablanmış dəbbə pulunu tam şəkildə ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki xəta subyektiv cəhətdən qəsdlə törədilə bilər. Yəni, inzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməli, onun nəticələrini qabaqcadan görüb, bunu arzu etməli, yaxud, həmin nəticənin baş verməsinə şüurlu surətdə yol verməlidir. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, X8 onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamış, yalnız məhkəmənin 06 noyabr 2020-ci il tarixli 3(011)-3383/2020 saylı qərarını əldə etdikdən sonra onun qəbul edilməsinə əsas olmuş inzibati xətanın hüquqi nəticələrini aradan qaldırıb cərimə məbləğini ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində qəbul edilmiş 11.01.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti təmin edilməli, Bakı şəhəri Baş X14 İdarəsi tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti qismən təmin edilsin. X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Bakı şəhəri Baş X14 İdarəsi İdarəsi tərəfindən qəbul edilmiş 11.01.2021-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №3(011)-1087/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1087/2021
25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver