Məhkəmə qərarları › İş №3(011)-1091/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1091/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1091/2020 28.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, fərdi işlə məşğul olan, subay, ünvan 1 mənzil 65 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7293/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməlidir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7293/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməlidir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu 3320 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X9 tərtib etdiyi xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7293/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməlidir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu 3320 manat aliment borcunu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Hal-hazıradək Şəxs icra vərəqəsini icra etməmiş, icra sənədi üzrə borcdan bu günədək heç bir ödəniş etməmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-7293/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X4 verilməlidir. Bİr yerdə yaşadıqları üçün uşaqlarına baxır, imkanı olanda pul verir. O, borcunu ödəməkdən yayınmır. Borcunu ödəməyə söz verir. Məhkəmə, icra məmurunun və borclunun izahatlarını, həmçinin iş materialını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, icra məmurunun, borclunun izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, onun icra vərəqəsini qərəzli olaraq icra etməməsini, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq Şəxs həmin maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxx 2020-ci il tarixindən saat 11:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar