Məhkəmə qərarları › İş №3(011)-1094/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1094/2020

30.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1094/2020 30.07.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli İbrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, fərdi işlə məşğul olan, evli, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 19732,50 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 9351/2017 saylı xx xxxxxx 2017-cui il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 34000 manat pul X3 xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 19732,50 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı xx xxxxxx 2017-cui il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 34000 manat pul X3 xeyrinə ödənilməlidir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu pulu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Bu səbəbdən də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Xətai Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 8790/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs 19732,50 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı xx xxxxxx 2017-cui il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 34000 manat pul X3 xeyrinə ödənilməlidir. Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq borclu olduğu pulu ödəməməklə icra vərəqəsini icra etməmişdir. Hal-hazıradək Şəxs icra vərəqəsini icra etməmiş, cəmi 1000 manat ödəniş etmişdir. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-8790/2019 saylı xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən məndən 19732,50 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Bundan başqa Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9351/2017 saylı xx xxxxxx 2017-cui il tarixli icra sənədinə əsasən məndən ümumilikdə 34000 manat pul X3 xeyrinə ödənilməlidir. Pandemiyaya görə işləyə bilməmişəm. Buna görə də borcumu ödəyə bilməmişəm. O, borcunu ödəməkdən yayınmır. Borcunu ödəməyə söz verir. Məhkəmə, icra məmurunun və borclunun izahatlarını, həmçinin iş materialını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, icra məmurunun, borclunun izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir, onun icra vərəqəsini qərəzli olaraq icra etməməsini, icra məmurunun qanuni tələblərini yerinə yetirməməsini nəzərə alaraq Şəxs həmin maddənin sanksiyası həddində həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətində inzibati tənbeh - həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx xxxx 2020-ci il tarixindən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar