Məhkəmə qərarları › İş №3(011)-1094/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1094/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1094/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, məhkəmə iclas katibi Təhməzov Nihad İlham oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Xətai rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsindən daxil olmuş 06 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədləri üzrə borcu ümumilikdə 54715 manat təşkil edir. Lakin borclu icra sənədinə əsasən olan borclarını uzun müddət ərzində ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək borcluya tələbin icrası üçün bildirişlər göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs şifahi və yazılı xəbərdarlıq edilərək qətnamələrin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şirinov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədləri üzrə ümumilikdə 54715 manat məbləğində borcu vardır. Həmin icra sənədləri üzrə olan borcunu başqa məhkəmədə hazırki işlə əlaqəli olan olan cinayət işinin olması ilə əlaqədar olaraq icra edə bilməmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində halhazırda yekunlaşmış cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmışdır və ona külli miqdarda ziyan dəymişdir. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınma səbəbi odur ki, yuxarıda sadalanan icra sənədləri üzrə borcu Zaminbankın rəhbərinə əlbəəl ödəmiş, o isə dələduzluq edərək həmin pulu kredit borcuna yönəltməmim və öz ehtiyyaclarına xərcləmişdir. Göründüyü kimi o borcunu tam olaraq Zamin Banka ödəmişdir, lakin cinayət əməli nəticəsində borcu silinməmişdir. Lakin dələduzluq qurbanı olmasına baxmayaraq indi də borcunu ödəməkdən yayınmır, icra sənədləri üzrə olan borcunu hər ay hissə-hissə olmaqla ödəməyə hazırdır. Beləliklə o, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında 06 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(011)-930/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(011)-1616/2021 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-1006/2020 saylı icra sənədləri bir icraatda birləşdirilmişlər; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 5000 manat əsas borc, 1833.95 manat faiz borcu və 56 manat məbləğində cərimə borcu olmaqla, cəmi 6889.95 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 85%, yəni 26 manat hissəsinin cavabdehə aid edilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 3845.55 manat əsas borc, 823.99 manat faiz, 100 manat cərimə, müqavilə bitdikdən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 740.94 manat faiz borcu olmaqla, cəmi 5510.48 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq LPO "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı icra sənədindən görünür ki,18 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi əsasında cavabdeh Şəxs 9443.86 manat əsas borc, 2439.85 manat faiz borcu, 1406.94 manat Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu, 180 manat cərimə borcu olmaqla, cəmi 13470.65 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 15208.39 manat məbləğində əsas borc, 4385 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 2198.62 manat faiz borcu və 262 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 22054.01 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manat hissəsinin cavabdehə aid edilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 11011.69 manat məbləğində əsas borc, 1000.88 manat məbləğində faiz borcu, 37.05 manat məbləğində cərimə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 1600.38 manat məbləğində faiz borcu, cəmi 13650 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 26.90 manat məbləğində pulun tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədinə əsasən iş üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmiş və sonuncu tərəfindən imza edilməklə qəbul edilmişdir; Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-80/2022 saylı hökmündən görünür ki, "xxxx" ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri vəzifəsində işləmiş X2 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə Şəxs zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun çıxışı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs məhkəmə qərarında göstərildiyi qaydada icranı təmin etməmiş, icra sənədlərinin icrasına laqeydlik göstərmiş və səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə bu qənaəti həmçinin onunla da əsaslandırır ki, cavabdeh Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-5529/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-5857/2020 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-930/2021 saylı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(011)-1616/2021 saylı və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1006/2020 saylı icra sənədləri üzrə ümumilikdə 54715 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASCnin xeyrinə ödənilməsinin qət edilməsinə baxmayaraq, Şəxs yaranmış borcunu ödəməkdən boyun qaçırmış və borc məbləğindən bu vaxtadək heç bir ödəniş etmişdir. Bunlar, onun məhkəmə qərarının icrasına biganə yanaşdığını və qərarı qərəzli olaraq üzrsüz səbəbdən icra etmədiyini təsdiq edir. Bununlada, Şəxs dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Həmçinin məhkəmə qeyd edir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hallar kimi şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar