Məhkəmə qərarları › İş №3(011)-1094/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1094/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1094/2024 02.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Polis İdarəsindən daxil olmuş Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayevin xx.xx.2024-cü il tarixli qərarından və həmin qərara əsasən tərtib edilmiş 22 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2024-cü il tarixdə, saat 12:15-də idarə etdiyi “Hyundai County” avtobus markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıma avtobusu ilə Xətai rayonu, 8 Noyabr prospekti ilə yolun sağ tərəfdən 2-ci hərəkət zolağı ilə təxminən saatda 30 km sürətlə hərəkətdə olarkən, geriyə dönmək üçün sağa doğru Ramiz Quliyev küçəsinə tərəf dönən zaman sağ tərəfdən 1-ci hərəkət zolağında hərəkət edən X2 idarə etdiyi “King Song N12” markalı dövlət qeydiyyat nişanı təhkim olunmayan samokatı vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 11 yanvar 2024-cü il tarixdə saat təxminən 12:15 radələrində idarə etdiyi “Hyundai County” markalı Az **-JD-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıma avtobusu ilə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti ilə yolun sağ tərəfdən 2-ci hərəkət zolağı ilə təxminən saatda 30 km sürətlə hərəkətdə olmuş, sonra geriyə dönmək üçün sağa doğru Ramiz Quliyev küçəsinə tərəf dönən zaman sağ tərəfdən 1-ci hərəkət zolağında Orxan adlı şəxsin idarə etdiyi skuterlə hərəkətdə olarkən avtobusun arxa sağ tərəfi ilə toqquşma baş vermiş və nəticədə skuteri idarə edən Orxan adlı şəxs yerə yıxılmışdır. Bundan sonra o avtobusdan düşərək Orxana yaxınlaşmış, özünə nəsə olub-olmadığını soruşmuşdur, sonra nəsə lazım olduğu halda əlaqə saxlamağı üçün ona telefon nömrəsini və 35 manat skuterini təmir etdirməyi üçün vermişdir, daha sonra isə oradan çıxıb getmişlər. Təxminən 3-4 saatdan sonra Orxan Zamiqə zəng edərək qoluna nəsə olduğunu bildirmiş, Zamiq isə Orxanın ondan pul tələb etmək üçün zəng etdiyini düşünüb əsəbləşmiş və Orxana “nə bilirsən et” demişdir. Sonradan Orxana zəng etsə də o telefona cavab verməmişdir. O, Orxana dəymiş 165 manat ziyanı tamamilə ödəmişdir. Qeyd edilənlərə əsasən onun barəsində yüngül inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş Bakı şəhəri Xətai Rayon Polis İdarəsi nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Vlazim Musayevin 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, cinayət işinin başlanması rədd edilmiş, Hyundai Country markalı Az **-JD-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü, xx.xx.1991-ci il təvəllüdlü, abkı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Aslanov küçəsi, ev 29-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Xətai RPİ-nin DYPŞ-yə göndərilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsin 36 nömrəli canlı şəxsin məhkəmə-tibb müayinəsi rəyindən görünür ki, X1 dirsək oynağı nahiyəsinin oynaqda hərəkət məhdudluğu ilə müşayiət olunmuş şişkinlik halında əziyi müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə baş vermiş YNH zamanı törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Xətai rayon DYPŞ-nin 22 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 11 yanvar 2024-cü il tarixdə “Hyundai County” markalı Az **-JD-*** dövlət qeydiyyat nişanlı sərnişin daşıma avtobusu ilə hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətlərinin yetirilməsinə görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati materialda olan sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar