Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11/2022 06.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, 12 sentyabr 2021-ci il tarixində saat 04:35 radələrində Şəxs BC kateqoryalı, AD 213623 seryalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə etdiyi 1 nömrəli çörək zavodunun balansında olan “Hyundai HD 72 yük” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə 40 km/saat sürətlə hərəkətdə olub sağa dönmə əməliyyatı edərkən idarəetməni itirməsi səbəbindən qabaq sağ təkərini səkiyə və X.Məmmədov küçəsinin 29, 49-cu məhəlləsində yerləşən “Qartal” kafesinə vuraraq avtomobili aşırmış, özunun və sərnişin qismində 1997-ci il təvəllüdlü X2 xəsarət alması ilə həmçinin “Qartal” kafesinin divarlarının zədələnməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir, nəticədə özünün sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər, X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər dəymişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin axtarış üzrə inspektoru Polad Xəlilov tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 17 dekabr 2021-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu 1 nömrəli çörək zavodunda sürücü işləyir, şirkətin balansında olan “Hyunday HD 72 yük” markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobili BC kateqoriyalı, AD 213623 seriyalı sürücülük vəsiqəsi ilə yol vərəqəsi əsasında idarə edir, 12 sentyabr 2021-ci il tarixində saat 04:35 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, R.Məmmədov küçəsi ilə 40 km saat sürətlə 8 Noyabr küçəsi istiqamətində hərəkətdə olarkən tormoz sistemi ilə əlaqədar idarəetməni itirmiş və avtomobil aşmış, özünün və avtomobilində sərnişin qismində X2 xəsarət aldığını, həmçinin “Qartal” kafesinin divarının zədələnməsini bildirmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, 2021-ci ildən Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən 1 nömrəli çörək zavodunda ekspeditel işləyir, 12 sentyabr 2021-ci il tarixində saat 04:35 radələrində Şəxs avtomobilində sərnişin qismində olarkən X.Məmmədov küçəsində hərəkətdə olduqları zaman avtomobilin aşması səbəbindən xəsarət almışdır. Şəxslə barışmışdır heç bir şikayət və tələbo yoxdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Münasib Əliyev tərəfindən qəbul edilmiş 05.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surətinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Ədlyyə Nazirliyinin Məhkəmə Ekspertizası yol Nəqliyyat Hadisələri üzrə 8/2358 saylı rəyindən göründüyü kimi “Hyundai HD 72 yük” markalı **-JG- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqmda» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 02.10.2021-ci il tarixli 908 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əlin 5-ci daraq sümüyünün yerdəyişən qapalı sınığı və əsas falanqasının çıxığı; döş qəfəsinin sol yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmş 12.09.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsüsü olduğu avtomobilin aşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 02.10.2021-ci il tarixli 908 saylı rəyindən görünür ki, Şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol əlin 5-ci daraq sümüyünün yerdəyişən qapalı sınığı və əsas falanqasının çıxığı; döş qəfəsinin sol yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmş 12.09.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sürücüsüsü olduğu avtomobilin aşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aid edilir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X6 02.10.2021-ci il tarixli 907 saylı rəyindən görünür ki, X2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-ağrı simptomu və oynaqda hərəkət məhduddiyyətilə müşayiət olunan sol bazu oynağının yumşaq toxumalarının hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş 12.09.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində sərnişini olduğu avtomobilin aşması nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, tərəflərin izahatı, ekspert rəyi və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici hal kimi əməlindən səmimi peşmançılığı, zərərçəkmişlə barışması müəyyən edilmiş, ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara məcmu halında qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, onun barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(011)-11/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver