Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xankəndi Şəhər Prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 29 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında qərarın tərtib olunmasına səbəb kimi hüquqi şəxs Hüquqi şəxs "X12" MMC-də inşaat mühəndisi vəzifəsində işləyən vəzifəli şəxs X10 adıçəkilən hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X5 05 iyul 2024-cü il tarixdən 15 iyul 2024-cü il tarixədək olan müddət ərzində Xankəndi şəhəri və ətraf rayonlarda tikintisi "X12" MMC tərəfindən həyata keçirilən elektrik stansiyalarının tikintisində "elektrik" kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırlmış tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə tərəflərin iştirakı olmadan iclasın keçirilməsini mümün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli "X3 Sistemi" vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 "X2 Sistemi vasitəsi ilə əldə olunmuş "əmək müqaviləsi məlumatlarına baxış keçirilərkən işçi X6 ilə işəgötürən "X12" MMC arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış əmək müqaviləsi barədə məlumatlar vardır. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli "X3 Sistemi" vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 "X12" MMC-də "inşaat mühəndisi" vəzifəsində işləməsi barədə qüvvədə olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsi vardır. Materiala əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-5/2-670019/2024 nömrəli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq altsisteminə baxış keçirilərkən X1 əmək müqaviləsi bildirişinin xx.xx.2024-cü il tarixində sistemə daxil edildiyi və onunla "X12" MMC arasında xx.xx.2024-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. X6 izahatında 05 iyul 2024-cü il tarixdən Xankəndi və Xocalı rayonları ərazisində elektrik stansiyalarının tikintisini həyata keçirdən "X12" MMC-də elektrik vəzifəsində işlədiyini, ancaq onunla şirkət arasında əmək müqaviləsinin 15 iyul 2024-cü il tarixdə bağlandığını bildirmişdir. X10 izahatında X4 "X12" MMC-də xx.xx.2024-cü il tarixdən elektrik vəzifəsində işə qəbul edildiyini və həmin tarixdən etibarən elektrik kimi işlərin görülməsinə cəlb edildiyini, X5 işlərin görülməsinə cəlb edən, onun gördüyü işə nəzarət edən vəzifəli şəxsin mühəndis kimi özünün olduğunu, ancaq X4 əmək müqaviləsinin Əmək Müfəttişliyinin elektron alt sisteminə "X12" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə daxil edildiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Şəxs tərəfindən X4 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilmişdir. Beləliklə, X4, X7 izahatları, "X3 Sistemi vasitəsilə əmək müqaviləsinə dair məlumatlara baxış keçirilməsi haqqında protokollar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Qarabağ regional şöbəsindən daxil olmuş məktub ilə hüquqi şəxs Şəxs əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №3(011)-11/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11/2025
13.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver