Məhkəmə qərarları › İş №3(011)-110/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-110/2024

16.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-110/2024 16.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1979-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla bağlı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən Şəxs barəsində 15 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 06 yanvar 2024-cü il tarixdə keçmiş qaynasının işlədiyi kafeyə sadəcə ailə problemlərinin həll etmək məqsədi ilə söhbət etməyə getmişdir, o, heç kimi vurmamışdır. Əksinə 3 nəfər qadın onu taxta ilə döymüşdür. Məhkəmədən onun barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, O, kafedə xadimə işləyir. Şəxs onun iş yerinə gələrək, onu orada taxta ilə döyüb, sürüyərək küçəyə çıxartmışdır. Bununla bağlı 102 xidmətinə şikayət etmişdilər. Şəxs onun əlini dişləyib, saçını topa ilə çıxartmışdır. Həmçinin bildirmişdir ki, dəfələrlə içkili halda evə gələrək onu və qızının hədələyir. Odur ki, Şəxs barəsində inzibati qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru X4 izahat verərək göstərdi ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib olunmuşdur. 06 yanvar 2024-cü il tarixdə saat 16:49-da Bakı şəhəri, Xətai rayonu, P.Həşimov 141\9D-da yaşayan X3 DİN-nin 102 xidmətinə məlumat verərək keçmiş həyat yoldaşı Şəxs onun anası Zərərçəkmiş şəxs işlədiyi Nur mərasim evinin yaxınlığında yerləşən kafeyə gedərək anasını döyməsini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmiş və onun həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı X5 tərəfindən qəbul edilmiş 15 yanvar 2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati hüquq pozuntusunun tərkibi olduğundan, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin 35-ci PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs 15 yanvar 2023-cü il tarixdə saat 18:00-da tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X11 09 yanvar 2024-cü il tarixli 16№-li ekspert rəyindən görünür ki, X1 təpə və sağ əl nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddətləri qərarda göstərilmiş xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. X2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə demək olar ki, həmin xəsarətlər həm onun özü tərəfindən yetirilməsi və ya öz boyu hündürlüyündən yıxılma nəticəsində törənməsi az inandırıcıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs təpə və sağ əl nahiyələrinin sıyrıqları xəsarətlər bərk küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlmiş və ya sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan, dərəcələri təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini ağırlaşdıran halların olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs 350 (üç yüz əlli) manat məbləğində cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar