Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11049/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 08 dekabr 2025-ci il tarixli MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, 36 saylı Notariat Kontorunun 8i-3691 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X2 925 manat tutularaq "xxxx" MMCyə ödənilməlidir. Belə ki, borclunun iş yerinə əmək haqqından tutulma göndərilmiş, lakin bugünədək tutulmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. O, etirazında bildirmişdir ki, müəssisənin işçisi X7 tərəfindən AllAllFinance MMC-dən 925 (doqquz yüz iyirmi beş) manat məbləğində kredit götürülməsi ilə bağlı icra və probasiya orqanı tərəfindən əmək haqqından tutulma barədə icra vərəqi müəssisəyə təqdim edilmişdir. Həmin icra vərəqinə əsasən müəssisə tərəfindən ilkin olaraq 200 (iki yüz) manat məbləğində tutulma aparılmış, sonradan isə 725 (yeddi yüz iyirmi beş) manat əsas borc və 64,75 (altmış dörd manat yetmiş beş qəpik) məbləğində icra haqqı tutulmaqla borc tam şəkildə icra edilmiş və müvafiq icra orqanına köçürülmüşdür. Beləliklə, inzibati xəta haqqında protokol tərtib edildiyi tarixədək, eləcə də iş üzrə məhkəmə baxışına qədər icra vərəqindən irəli gələn bütün öhdəliklər tam və faktiki olaraq yerinə yetirilmiş, hazırda müəssisəmizin üzərində icra olunmamış hər hansı borc və öhdəlik mövcud deyildir. Buna baxmayaraq, icra və probasiya orqanı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə istinad edilməklə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol müəssisənin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan, müəssisəyə hər hansı çağırış, bildiriş və ya rəsmi məktub göndərilmədən, habelə tərtib edilmiş protokolun surəti müəssisəyə təqdim edilmədən tərtib edilmişdir. Bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Həmin maddəyə əsasən, inzibati xəta haqqında protokol inzibati məsuliyyətə cəlb edilən hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə tərtib edilməli, protokol tərtib edilərkən hüquqi şəxsə izahat vermək, sübutlar təqdim etmək və vəsatət qaldırmaq hüquqları izah edilməli, eyni zamanda protokolun surəti hüquqi şəxsə təqdim olunmalıdır. Bu prosessual tələblərə əməl edilməməsi nəticəsində müəssisənin müdafiə hüquqları məhdudlaşdırılmışdır ki, bu da inzibati icraatın qanuniliyinə xələl gətirir. Eyni zamanda nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeyd hissəsinə əsasən, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edilənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Hazırkı iş üzrə icra sənədindən irəli gələn öhdəliklər hüquqi şəxs olan Şəxs MMC tərəfindən inzibati iş üzrə məhkəmə baxışına qədər tam şəkildə yerinə yetirilmiş, icra vərəqi faktiki olaraq icra edilmişdir. Bu isə inzibati məsuliyyətin tətbiqi üçün qanuni əsasların mövcud olmadığını göstərir. Bundan əlavə, inzibati məsuliyyətin məqsədi icra sənədinin icrasını təmin etməkdən ibarətdir. Mövcud halda isə həmin məqsəd inzibati xəta haqqında protokol tərtib edildiyi tarixədək və xüsusilə də məhkəmə baxışına qədər tam şəkildə təmin edilmişdir. Bu baxımdan hüquqi şəxs barəsində inzibati məsuliyyətin tətbiqi nə qanunun məqsədinə, nə də ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun gəlmir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz hesab edilməsi, iş üzrə inzibati icraata xitam verilməsi, habelə hüquqi şəxs barəsində inzibati məsuliyyətin tətbiq edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru və tələbkar "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, işə icra məmurunun və tələbkar "xxxx" MMC-nin Azərbaycan səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 36 saylı Notariat Kontorunun 8i-3691 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X2 cəmi 925 manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. “Elektron icra" informasiya sistemindən əldə edilmiş məlumata əsasən borclu X4 "xxxx" MMC-də işlədiyi müəyyən edildiyindən icra sənədi icra edilməsi üçün MMC-yə göndərilmiş, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən təklif olunur ki, borclu X4 əmək haqqından 50% miqdarında tutaraq tələbkar "xxxx" MMC-nin iş materiallarına əlavə olunmuş bank hesabına köçürülməsi xahiş olunmuş, eləcə də "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən icra sənədi üzrə tutulmalı olan məbləğin 7%-i həcmində, yəni 64.75 manat məktuba əlavə edilmiş Bakı şəhəri Xətai rayonu İcra şöbəsinin depozit hesabına köçürülməsini və nəticəsi barədə məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi qəbzlərdən görünür ki, MMC tərəfindən 200 manat, 725 manat və 64.75 manat ödəniş "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyərək, inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və hüquqi şəxsin nümayəndəsinin izahatlarından görünür ki, icra sənədi üzrə borc məbləği borclunun əmək haqqından tutulmalar aparılması üçün onun iş yeri olan hüquqi şəxs Şəxs MMC-yə göndərilmiş, MMC tərəfindən həmin borc məbləği tələbkarın bank hesabına ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mərhələdə hüquqi şəxsin əməlində icra sənədinin icrasından yayınma halı müəyyən edilmədiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 105 və 114cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №3(011)-11049/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11049/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver