Məhkəmə qərarları › İş №3(011)-1105/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1105/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1105/2023 07.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Nailə Namiq qızının katibliyi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 09 fevral 2023-cü il tarixli MN saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2023cü il tarixli, 6-1.26/2-129/2023 saylı məktubu ilə tələb edilən sənədləri (xx.xx.2022-ci il tarixdə ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yağıncağın protokolu və həmin yığıncaqda səhmdarların iştirakını təsdiq edən sənəd) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, "xxxx" ASC xx.xx.2022-ci il tarixdən fəaliyyətini dayandırmışdır və bu səbəbdə ümumi yığıncağ keçirilməmiş, həmçinin Mərkəzi Bank tərəfindən tələb edilən sənədlərin təqdim edilməsi qeyri mümkün olmuşdur. Qeyd edilənlərə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 26 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) bir qrup vətəndaşların kollektiv müraciəti daxil olmuş, Mərkəzi Banka "xxxx" ASC-nin bir qrup səhmdarlar tərəfindən təqdim edilmiş müraciətə əsasən müəyyən olunmuşdur ki, səhmdarlar "xxxx" ASC tərəfindən 19 sentyabr 2022-ci il tarixinə edilmiş səhmdarların ümumi yığıncağında iştirak etmək məqsədi ilə cəmiyyətin binasına yaxınlaşmışlar, lakin həmin iclas baş tutmamışdır. Vətəndaşların müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (19 sentyabr 2022-ci il tarixində səhmdarların ümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağının protokolu və sözügedən yığıncaqda səhmdarların iştirakinı təsdiq edən sənəd) əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim etməyiniz xahiş olunmuşdur. İş materiallarında olan poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankın məktubu "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 dekabr 2022-ci il tarixdə qəbu edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankın 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Vəzir Rəcəbov Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 19 sentyabr 2022-ci il tarixinə təyin edilmiş səhmdarların ümumi yığıncağının keçirilmədiyini bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən "xxxx" ASC-yə 26 dekabr 2022-ci il tarixli 6-1.26-2- 2022-18735 saylı sorğu göndərilmiş, sorğuda cəmiyyət tərəfindən 19 sentyabr 2022-ci il tarixində səhmdarlarınümumi yığıncağının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncağının protokolu və sözügedən yığıncaqda səhmdarların iştirakinı təsdiq edən sənəd əlavə edilməklə 7 (yeddi) gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). Lakin sorğuda verilməsi tələb edilən sənədlər "xxxx" ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 13 yanvar 2023-cü il tarixli 6-1-26/2-129/2023 saylı məcburi göstəriş məktubu ünvanlanmışdır (bununla bağlı poçt göndərişinin verilməsi barədə rəsmi xəbərnamə mövcuddur). İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ərizəyə əsasən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi fəaliyyətinin dayandırılması təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-cı maddəsinə əsasən, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar