Məhkəmə qərarları › İş №3(011)-11052/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11052/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11052/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 21 noyabr 2025-ci il tarixli, 00100-03573/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) Şəxs ünvanına gələn və Bakı Baş Gömrük idarəsində **********5627 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********5627 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 22584.80 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 20794.51 kimi göstərilmiş, bundan əlavə **********5627 nömrəli bəyannamənin 44-cü qrafasında qeyd olunan invoysun nömrəsi 1940/11 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında invoys nömrəsi 1940/12 kimi, **********5627 sorğu nömrəli gömrük bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 22584.80 kimi **********8931 saylı qısa idxal bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 20794.51 kimi qeyd olunmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) Şəxs tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında protokolla razılaşaraq barələrində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci tarixli **********5627 sorğu nömrəli gömrük bəyannaməsindən və xx.xx.2025-ci tarixli **********8931 sorğu nömrəli qısa idxal bəyannaməsindən görünür ki, gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 22584.80 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 20794.51 kimi göstərilmiş, bundan əlavə **********5627 nömrəli bəyannamənin 44-cü qrafasında qeyd olunan invoysun nömrəsi 1940/11 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında invoys nömrəsi 1940/12 kimi, **********5627 sorğu nömrəli gömrük bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 22584.80 kimi **********8931 saylı qısa idxal bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 20794.51 kimi qeyd edilmişdir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 21 noyabr 2025-ci il tarixli, 00100-03573/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) Şəxs ünvanına gələn və Bakı Baş Gömrük idarəsində **********5627 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********5627 sorğu nömrəli gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 22584.80 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 22-ci qrafasında qeyd olunan ümumi invoys dəyəri 20794.51 kimi göstərilmiş, bundan əlavə **********5627 nömrəli bəyannamənin 44-cü qrafasında qeyd olunan invoysun nömrəsi 1940/11 kimi, **********8931 saylı qısa idxal bəyannaməsinin 44-cü qrafasında invoys nömrəsi 1940/12 kimi, **********5627 sorğu nömrəli gömrük bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 22584.80 kimi **********8931 saylı qısa idxal bəyannaməsinin 42-ci qrafasında qeyd olunan invoys dəyəri 20794.51 kimi qeyd olunmaqla Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) Şəxs tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs tərəfindən xx.xx.2025-ci tarixli **********5627 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal edilən mallar üzrə təqdim edilmiş xx.xx.2025-ci tarixli **********8931 sorğu nömrəli qısa idxal bəyannaməsinin 22, 42 və 44-cü qrafalarında malların invoys dəyəri və invoys nömrəsi fərqli göstərilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) «Neftqaztikinti» X4 Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (Socar) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar