Məhkəmə qərarları › İş №3(011)-1108/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1108/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1108/2024 27.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 27 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3139/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 mart 2023cü il tarixdən etibarən cavabdeh Şəxs hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməlidir. Ödənilməmiş aliment borcu bu günə qədər 1840 manat təşkil edir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs sonuncu dəfə 11 mart 2024-cü il tarixdə 220 manat ödəniş etmiş, bununla aliment borcundan ümumilikdə 800 manat ödəmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, maddi vəziyyəti çətin olduğundan tam ödəniş edə bilmir. Sonuncu dəfə 11 mart 2024-cü il tarixdə 220 manat olmaqla, ümumilikdə 800 manat məbləğində ödəniş etmişdir. Hər ay 220 manat aliment pulunu ödəyir və qısa zamanda qalan borcunu ödəyəcəyini bildirmişdir. İcra məmurunun tələblərini yerinə yetirdiyini, qısa müddətdə qalan aliment borcunu ödəyəcəyini, icra sənədinin icrasından yayınmaq niyyətinin olmamasını qeyd edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək Şəxs tərəfindən ümumilikdə 800 manat ödəniş olunduğunu və qalan borcun qısa zamanda ödəniləcəyi barədə söz verildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun ifadəsini dinləyib, aşağıdakı əsaslara görə hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırması zamanı barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatında aliment borcunun olmasını qəbul etməsi, onun vaxtaşırı ödənişlər etdiyi, aliment ödəməkdən imtina etmədiyi müəyyən edilmişdir. Bu hallar onun icra sənədinin icrasından qərəzli olaraq yayınmamasını təsdiq edir. Həmçinin icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda belə Şəxs icra sənədini üzrsüz səbəblərdən icra etmədiyi barədə hər hansı bir sübut mövcud deyildir, belə ki, o, mütəmadi olaraq ödənişlər edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, inzibati işin materialları araşdırılmaqla müəyyən olunur ki, Şəxs tələbkara aliment üzrə ödənişlər etmiş, icra sənədini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırmamış, icra məmurunun qanuni tələblərindən üzrsüz səbəbdən yayınmamışdır və iş üzrə bunun əksini təsdiq edən sübutlar (Şəxs əlavə gəlirlərinin mövcud olması, borcun ödənilməsinə yönəldilə biləcək əmlakı gizlətməsi, icra məmurunun çağırışlarına gəlməməsi və s.) mövcud deyildir. Bu isə onun qərəzli olaraq icradan boyun qaçırmamasını bir daha sübut edir. Məhz bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs əməlində qərəz olmadığından və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53 və 105-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar