Məhkəmə qərarları › İş №3(011)-1109/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1109/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1109/2024 22.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, X1 iştirakı ilə X1 barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X4 şikayətlə məhkəməyə müraciət edərək barəsində Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhər DYPİ-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat cərimə edilmişdir. Həmin protokol və onun əsasında qəbul edilmiş qərarda onun İXM-in 327.4-cü madddəsində göstərilən xətanı törətməsinin qeyd edilməsi əsassızdır. O bu qərarla razı olmadığını bildirmişdir, belə ki, qərarda inzibati xətanın törədilmə tarixi xx.xx.2023-cü il tarixidir. İnzibati xəta hadisəsinin baş verməsindən bir aydan çox müddət keçəndən sonra o, polis əməkdaşları tərəfindən mobil nömrə vasitəsilə polis idarəsinə dəvət edilmişdir. Orada inzibati xəta hadisəsinin baş verməsinə dair videogörüntülərə baxış keçirilmiş, həmin videogörüntüdə olan avtomobil ona məxsus “TOYOTA PRİUS” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil olsa da, həmin vaxt avtomobilin onun tərəfindən idarə edilməsi aydınlaşdırılmamışdır. Videogörüntülərdə də avtomobili kimin idarə etdiyi qətiyyən məlum olmur. Həmin vaxt o avtomobili ayıq sürücü xidmətindən istifadə edərək idarəetməyə vermişdir və qanunun qeyd olunan tələbləri onun tərəfindən pozulmamışdır. Törədilən inzibati xəta hadisəsinin aydınlaşdırılması üçün o, hadisə baş verən vaxt yəni bir ay öncə polis əməkdaşları tərəfindən çağırılardısa xətanı törədən ayıq sürücünün ad və soyadını dəqiq təqdim edə bilərdi. Lakin, inzibati xəta hadisəsindən bir aydan çox müddət keçdiyindən o artıq onu xatırlamır və belə bir hal baş verəcəyini anlaya bilməzdi. Bütün halların ətraflı araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli inzibati xəta hadisəsinin videogörüntüsünün tələb edilərək məhkəmə iclasında baxış keçirilməsini xahiş etmişdir. Bakı şəhər DYP-nin İXP ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizəsinin təmin olunmasını, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhər X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının Bakı şəhər X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Şikayəti, iş materiallarını, hesab edirəm ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə hesab edir ki, verilmiş ərizə sadəcə məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmişdir.Belə ki ,məhkəmə iclasında şikayətçi ona məxsus nəqliyyat vasitəsinin əks istiqamətə hərəkət edərkən foto şəkilinin çəkilməsini etiraf etmişdir. İş materiallarında olan Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 “Toyota Prius (hibrid)” minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 18:01-də Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə inzibati xəta törətdiyinə görə barəsində 150 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən irtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə- yüz əlli manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Məhkəmə hesab edir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Bakı şəhər X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhərinin Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar