Məhkəmə qərarları › İş №3(011)-11095/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-11095/2025

23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-11095/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 01 dekabr 2025-ci il tarixli, 00100-03539/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyatı üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/032304 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, "xxxx" QSC-nin (VÕEN: **********) ünvanına gələn yük **********9572 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 2-ci qrafasında qeyd olunan ixracatçının adı, **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasıyla uyğunsuzluq təşkil edir Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin ünvanına gələn və Bakı Baş Gömrük İdarəsində **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********9572 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci qrafasında Göndərən/İxracatçı "Ege İMBAT İNSAAT İHRACAT İTHALAT" kimi, **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasında Göndərən/X5 EMEA S.L.U kimi, qeyd olunmaqla "xxxx" QSC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 protokola etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən General Supply QSC-nin inzibati xəta törətdiyi bildirilmiş və İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirilmişdir ki, General Supply QSC ünvanına gələn yük **********9572 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin bəyannamənin 2-ci qrafasında qeyd olunan ixracatçının adı ilə **********1003 saylı Qısa idxal Bəyannaməsinin 2-ci qrafasında göstərilən ixracatçı adı arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan uyğunsuzluq mexaniki səhvdən irəli gəlmişdir. Belə ki: Gömrük bəyannaməsində göndərən/ixracatçı EGE İMBAT İNSAAT İHRACAT İTHALAT TURİZM SANAYİ VE TİCARET ANONİM SİRKETİ kimi göstərilmişdir. X4 isə səhvən göndərən/X5 EMEA S.L.U. kimi qeyd edilmişdir. Əslində mallar EGE İMBAT İNSAAT İHRACAT İTHALAT TURİZM SANAYİ VE TİCARET ANONİM SİRKETİ-dən alınıb. Qısa idxal bəyannaməsi yazılarkən gömrük sisteminə əlavə edilən sənədlər və yol qaiməsi/yükdaşıma sənədi (CMR) də göstərir ki, göndərici həqiqətən EGE İMBAT İNSAAT İHRACAT İTHALAT TURİZM SANAYİ VE TİCARET ANONİM SİRKETİ-dir. Əks halda mallar gömrük orqanı tərəfindən buraxılmazdı. Bu baxımdan qeyd olunan məsələdə inzibati xəta tərkibi mövcud deyil, odur ki, başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin rəis müavini Nazim Məmmədlinin raportundan görünür ki, "xxxx" QSC ünvanına gələn yük **********9572 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 2ci qrafasında qeyd olunan ixracatçının adı, **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasıyla uyğunsuzluq təşkil edir; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 dekabr 2025-ci il tarixli, 00100-03539/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-1100/012/032304 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, "xxxx" QSC-nin (VÕEN: **********) ünvanına gələn yük **********9572 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 2-ci qrafasında qeyd olunan ixracatçının adı, **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasıyla uyğunsuzluq təşkil edir Araşdırma zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin ünvanına gələn və Bakı Baş Gömrük İdarəsində **********9572 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklə bağlı **********9572 sorğu nömrəli gömrük bəyannaməsinin 2-ci qrafasında Göndərən/İxracatçı "Ege İMBAT İNSAAT İHRACAT İTHALAT" kimi, **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafasında Göndərən/X5 EMEA S.L.U kimi, qeyd olunmaqla "xxxx" QSC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, GENERAL SUPPLY" QSC ünvanına gələn yük **********9572 nömrəli gömrük bəyannaməsinin 2-ci qrafasında qeyd olunan ixracatçının adı ilə **********1003 saylı qısa idxal bəyannaməsinin 2-ci qrafası arasında uyğunsuzluq olması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs QSC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar