Məhkəmə qərarları › İş №3(011)-1119/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №3(011)-1119/2021

12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(011)-1119/2021 12.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi İbrahimli ibrahim Adil oğlu, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Tural Rəhimovun iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-1363/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 saylı mənzilə dair Şəxs MMC ilə X4 arasında-xx xxxxxx 2007-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilməsi, X4 ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 saylı mənzilindən çıxarılması, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 saylı mənzil X2 təhvil verilsməsi, X1 ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 8-ci mərtəbəsində, ümumi sahəsi 157,6 kv.m-dən ibarət olan 3 otaqlı, 28 saylı mənzilinə sahiblik və istifadə hüququ tanınması, ekspertiza tədqiqatlarının dəyəri olaraq 570,84 (beş yüz yetmiş manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. A İ blok, 4-cü mərtəbə, sahəsi 55,1 kv.metr olan, 1 otaqlı məzilin dövlət qeydiyyatına alınması üçün lazımı bütün sənədlərin X5 verilməsi vəzifəsi Şəxs MMC-nın üzərinə qoyulması qət edilmişdir. Lakin hüquqi şəxs Şəxs MMC tərəfindən qeyd olunan qətnamə icra edilməmişdir. Buna görə də hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Tural Rəhimov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməyərək, Xətai Rayon Məhkəməsinin 2(011)-1363/18 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icra edilməmişdir. Buna görə də hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi, tələbkar X3 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin səlahiyyətli nümayəndəsinin, X1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi hüquqi şəxs Şəxs MMC icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona 3000 (üç min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar